/ / Eldar İbrahimov: Qəhrəman əsgər və zabitlərimiz Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın zəfər tarixini yazmaqdadır
Eldar İbrahimov: Qəhrəman əsgər və zabitlərimiz Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın zəfər tarixini yazmaqdadır
06.11.2020 [09:37]
“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda əsl qəhrəmanlıq tarixi yazır. Hazırda şanlı ordumuz döyüş əməliyyatlarını uğurla həyata keçirir, düşməni üç onillik ərzində işğal altında qalan torpaqlarımızdan qovur. Qəhrəman əsgər və zabitlərimiz Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın zəfər tarixini yazmaqdadır”. Bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Eldar İbrahimov bildirib ki, hərb meydanında uğurlarla yanaşı, Azərbaycan Prezidentinin informasiya cəbhəsində tarixi nailiyyətləri də, xüsusilə diqqəti cəlb edir. Dövlətimizin başçısı mütəmadi olaraq bütün dünyada yüksək populyarlığa, geniş tamaşaçı və oxucu auditoriyasına malik kütləvi informasiya vasitələrinə ətraflı müsahibələr verərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Çox haqlı olaraq Prezident İlham Əliyevin beynəlxalq səviyyədə tanınan media qurumlarına müsahibələri master-klas nümunələri kimi dəyərləndirilir. Dövlətimizin başçısının informasiya cəbhəsində böyük fəallıq göstərərək Ermənistanın təbliğatını zəiflətməsi, qarşı tərəfin “qara piar”ının, “feyk nyus”larının əsl mahiyyətini açıb göstərməsi döyüş meydanlarında qazanılan qələbələrimiz qədər önəmlidir.
“Bildiyiniz kimi, dövlətimizin başçısı İtalyanın “La Repubblica” qəzetinə müsahibə verib. Ölkə başçısı müsahibədə Azərbaycanın ölkənin ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqeyini, Dağlıq Qarabağ münaqişəsinin tarixini, düşmən təxribatına cavab verən Ordumuzun xilaskarlıq missiyası yerinə yetirdiyini, Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəmədiyini və digər mühüm məqamları özünəməxsus tərzdə səbr və təmkinlə diqqətə çatdırıb. Azərbaycan Prezidentinin bildirdiyi kimi, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri - üç ölkə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Həmin qətnamələr əslində üç onillik ərzində davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qanuni bazanı şərtləndirir. Lakin Ermənistan beynəlxalq hüquqa sayğısızlıq göstərərək bu qətnamələri yerinə yetirməyib və işğalçılıq siyasətini, təxribatlarını davam etdirib. Düşmən dövlətin hərbi birləşmələri bu cür təxribatlardan birini sentyabrın 27-də daha geniş miqyasda törətdi. Belə olan halda Azərbaycanın öz Ordusunun gücündən istifadə etməkdən başqa çıxış yolu qalmadı. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Azərbaycanın gördüyü cavab tədbirləri ölkəmizi, insanlarımızı qorumaq, tarixi ədaləti və beynəlxalq hüququ təmin etmək məqsədi daşıyır. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını uğurla həyata keçirir. Beynəlxalq reytinq təşkilatlarının dəyərləndirmələrinə görə, Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Ordumuzun təchizatı yüksək səviyyədədir. Onun arsenalında düşmənin hədəflərini dəqiqliklə müəyyənləşdirməyə və məhv etməyə qadir olan silahlar var. Bu gün Azərbaycan Ordusu qabaqcıl yeniliklərdən, mükəmməl texnologiyalardan istifadə etməklə dünya hərb tarixinə yeniliklər bəxş edir. Eyni zamanda, Ordumuzun şəxsi heyətində çox yüksək döyüş ruhu var. Bu da onunla bağlıdır ki, Silahlı Qüvvələrimiz doğma torpaqlarda vuruşur, əsgər və zabitlərimizin qanı doğma torpaqlara axır. Qısa müddət ərzində müzəffər Azərbaycan Ordusu düşmən ölkənin işğal altındakı ərazilərdə qurduğu istehkamları yarmağa müvəffəq olub. İndiyədək təxminən 200-dən çox yaşayış məntəqəmiz, o cümlədən Suqovuşan, Hadrut qəsəbələri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, bir sıra strateji yüksəkliklər işğaldan təmizlənib, Azərbaycanla İran arasındakı dövlət sərhədimiz tam bərpa olunub. Artıq işğaldan təmizlənən ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ərazi bütövlüyünü tam bərpa etməyə yaxınlaşır. İnanırıq ki, tezliklə həmin tarixi günün şahidi olacağıq”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

