/ / Diplomatik korpusun nümayəndələri Ağdamda Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklərin şahidi olublar
Diplomatik korpusun nümayəndələri Ağdamda Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklərin şahidi olublar
01.12.2020 [09:01]
Noyabrın 28-də Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklər, cinayət izləri ilə tanış etmək olub.
Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Diplomatlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar. Onlar burada ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər. Məlumat verilib ki, ermənilər Ağdamda yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.
Hikmət Hacıyev bildirib ki, diplomatik korpusun nümayəndələri ilə yanaşı, bu səfərdə Ağdamın “Qarabağ” futbol klubunun üzvləri, dini konfessiyaların nümayəndələri də iştirak edirlər. “Qarabağ” uzun illərin intizarından sonra artıq doğma Ağdama gəlib.
Prezidentin köməkçisi qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 853 saylı qətnamədə Ağdamın işğalı qəti şəkildə pislənilir və Ermənistan qoşunlarının çıxarılması tələb olunur. O vaxtdan bu günədək Ermənistan öz qoşunlarını Ağdamdan çıxarmamışdı. Azərbaycanın ən çiçəklənən rayonlarından biri olan Ağdam tamamilə məhv edilib. Artıq dünya ictimaiyyəti ermənilərin törətdikləri bu vəhşilikləri real olaraq görür. Erməni vandalizmi göz qabağındadır. Ağdamlılara qarşı törədilmiş etnik təmizləmə beynəlxalq hüquqa əsasən soyqırımı adlandırılırsa, şəhərə qarşı törədilmiş vəhşilik isə urbisid adlandırıla bilər. Bu, 1963-cü ildən bəri beynəlxalq münasibətlərdə şəhərlərin viran qoyulmasını xarakterizə edən bir termindir. Bu gün Ağdam şəhəri dünyada urbisid, yəni, şəhərə qarşı həyata keçirilən soyqırımı muzeyidir. Bunu beynəlxalq ictimaiyyət görür. Ancaq Azərbaycan öz quruculuq siyasəti ilə Ağdamı yenidən dirçəldəcək, cənnətə çevirəcək. Azərbaycan buradakı bütün abidələri yenidən bərpa edəcək, onlara qayğı göstərəcək. Eyni zamanda, erməni işğalı zamanı dağıdılmış xristian abidələri də bərpa ediləcək. Onlar qorunacaq, bəşər sivilizasiyasının tərkib hissəsi olaraq zəruri diqqət və qayğı göstəriləcək. Bu gün dini konfessiyaların nümayəndələrinin də Ağdamda olması ölkəmizin multikulturalizmə, mədəniyyətlərarası, dinlərarası dialoqa töhfəsinin bariz nümunəsidir. Biz simvolik olaraq indi Ağdam məscidinin qarşısındayıq.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov dövlətimizin başçısının müdrik siyasəti nəticəsində Ağdamın bir güllə belə atmadan, bir şəhid vermədən azad edildiyini bildirib. O, Prezidentimizin rəhbərliyi ilə Ağdamın bərpa ediləcəyini, dünyanın dağıdıcı Ermənistandan fərqli olaraq Azərbaycanın nə qədər qurucu dövlət olduğunu görəcəyini bildirib, bütün ağdamlılar adından Müzəffər Ali Baş Komandan minnətdarlıq edib.
Səfərdə iştirak edən dini konfessiyaların nümayəndələri işğaldan azad edilmiş rayonların sakinlərini və bütün Azərbaycan xalqını təbrik ediblər. Onlar, eyni zamanda, gördükləri dağıntılardan kədərləndiklərini bildiriblər.
Dini konfessiyaların nümayəndələri onlara göstərilən diqqət və qayğıya Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, ölkəmizdə mövcud olan multikulturalizmdən məmnunluqlarını ifadə ediblər. Həmçinin ölkəmizin ərazisində mövcud olan bütün məbədləri tarixi sərvətimiz hesab edən dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.
Diplomatların diqqətinə çatdırılıb ki, digər tarixi abidələrimiz kimi, XIX əsrin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan edilib, yandırılıb, dağıntılara məruz qalıb. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra məsciddə təmizlik işləri aparılıb, 27 ildən sonra azan verilib.
Diplomatlar burada məşhur fotoqraf Reza Deqatinin 1992-ci ildə Xocalı faciəsindən sonra çəkdiyi fotolara da baxıblar.
Sonra Xalq artisti Mənsum İbrahimov Ağdam Dram Teatrının binasının qalıqları önündə “Qarabağ şikəstəsi”ni oxuyub.
Daha sonra Ağdam Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarı ziyarət olunub. Diqqətə çatdırılıb ki, Şəhidlər xiyabanı da erməni vandalları tərəfindən yerlə-yeksan edilib, məzarların yeri belə bilinmir. Burada mindən artıq məzar var idi. Onlar ermənilər tərəfindən tamamilə dağıdılıb.
Diplomatlar Çörək muzeyinə, Qarabağ xanı Pənahəli xanın imarətinə (XVIII əsr), Natəvanın və onun oğlunun türbəsinə (XIX əsr) də baxıblar.
Səfər zamanı “Qarabağ” futbol klubu 27 ildən sonra doğma meydanda - məşhur “İmarət” stadionunda simvolik futbol matçı oynayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

