Rəngli inqilabların bədbin sonluqları
13.04.2010 [09:18]
Qırğızıstanda baş verən dövlət çevrilişi bu gün dünyanın əsas diqqət mərkəzində olan hadisələrdəndir. Talaş şəhərindən başlayan üsyan bütün ölkəni bürüdü. Paytaxt Bişkekdə hadisə nəticəsində 30 nəfər öldü, 300 nəfər isə yaralandı. Tərəflər arasında baş vermiş silahlı toqquşmalar zamanı ölənlərin sayı 100 nəfəri ötüb, 500-dən artıq insan yaralanıb. Artıq ölkənin idarəsi tam olaraq inqilab edən qüvvələrin əlinə keçib. Verilən son məlumatlara görə isə, müvəqqəti hökumət bir sıra ölkələrdəki səfirləri geri çağırıb. Bundan başqa, hakimiyyətə gələn müxalifət qüvvələri Rusiya tərəfi ilə bir sıra danışıqlar aparıblar və rəsmi Moskva yüksək səviyyədə onlara dəstək verəcəyini bildirib. Qurulan müvəqqəti hökumətə isə sabiq xarici işlər naziri Roza Otunbayeva başçılıq edir.
ümumiyyətlə, Qırğızıstanda baş verənlərin səbəblərinin araşdırılması onu göstərir ki, inqilabların və xalqın iradəsinə söykənməyən, xarici qüvvələr tərəfindən idarə olunan hökumətlərin yaranmasının bu dövlətin sonrakı taleyində hansı rolu oynaya biləcəyi haqda fikirlər birmənalı deyil.
Xatırladaq ki, 2005-ci ilin martında baş verən “zanbaq inqilabı” nəticəsində, Qırğızıstanın prezidenti Əsgər Akayev hakimiyyətdən kənarlaşdırılıb. İnqilab nəticəsində, hakimiyyətə gələn qüvvələrin keçirdiyi prezident seçkisində qələbə qazanan Kurmanbek Bakiyev isə bu ilin aprelində baş verən inqilab nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.
İnqilab, yoxsa maraqların savaşı?
ümumiyyətlə, Qırğızıstanda baş verən hadisələr bir həqiqəti yenidən təsdiqlədi: xarici dairələrin maraqların və idarəçilərin təsiri ilə həyata keçirilən inqilablar nəticə etibarı ilə eyni sonluğa məhkumdur. Ən əsası onlar, heç də üzdə iddia etdikləri kimi xalqın marağı uğrunda “mübarizə” aparmırlar. Ən yeni tariximizdə baş verən rəngli inqilabların eyni ssenari ilə baş verdiyi kimsəyə sirr deyil. Həmin inqilabların verdiyi nəticələr isə ortadadır: Ukraynada hakimiyyəti ələ alan “narıncılar” sonradan bir neçə hissəyə parçalandı və onların 5 illik hakimiyyətləri dövründə istər iqtisadi, istərsə də siyasi böhrandan qaçmaq mümkün olmadı. Nəticədə isə xalq 5 il öncə hakimiyyətə gətirdiyi qüvvələrə elə bir etimadsızlıq göstərdi ki, onların yenidən siyasi müstəvidə hansısa uğur əldə edəcəyinə ümid sıfıra bərabərdir. Gürcüstanda baş verən “məxməri inqilabın” qanlı nəticəsi isə 2008-ci ilin avqustunda özünü göstərdi. Açıq şəkildə antirusiya siyasəti həyata keçirməyə çalışan Saakaşvili hakimiyyəti sarsıdıcı zərbələrə tuş gəldi. Cənubi Osetiya və Abxaziyada separatçı rejimlər daha da gücləndirildi, hətta bəzi ölkələr bu iki qondarma respublikanı tanıdıqlarını bəyan etdilər. Ərazi bütövlüyünü təmin etmək cəhdinin isə hansı nəticələr verdiyi hamıya bəllidir. “8 günlük müharibə” nəticəsində Gürcüstan həm ağır itkilər verdi, həm də adıçəkilən ərazilərin yenidən Gürcüstana ilhaq olunması ilə bağlı öz qarşısında daha böyük manelər yaratdı.
Maraqlıdır ki, eyni ssenari üzrə inkişaf etdirilən bu proseslərdə yer alan xalqın heç bir şeydən xəbəri olmur. Strateji maraqların təmin olunması üçün xarici güclər özlərinə lazım olan qüvvələri hakimiyyətə gətirmək üçün xalqdan, sadəcə, istifadə edir. Xalq isə bundan xəbərsiz bir şəkildə utopik vədlərin təsiri altındadır. Bu çox ağır bir məqamdır. O baxımdan ki, qarşı-qarşıya dayanan eyni millətdir, onları qarşı-qarşıya qoyan qüvvələr isə, sadəcə, öz maraqlarının keşiyindədirlər. “Demokratiya ixracı” adı altında yaradılan bu qarşıdurmaların əsl məğzi isə sonradan üzə çıxır. Məsələn, Qırğızıstanda baş verən 2005-ci il inqilabının əsas səbəbləri bir neçə ildən sonra üzə çıxdı. Bu bir fakt idi ki, Bakiyev-Kulov birliyi birmənalı şəkildə Qərbyönümlü şəxslər hesab edilirdilər. ABŞ isə Qırğızıstanda öz hərbi bazalarını yerləşdirərək, Əfqanıstana keçidi tam nəzarətə götürmək fikrində idi. O baxımdan, ABŞ-ın bu inqilabı “dəstəkləməsi” öz maraqlarının xatirinə həyata keçirilirdi. Bakiyev Rusiya ilə ABŞ arasında ikili oyun qurmaq istəyib və hər iki ölkədən pul alaraq, onların maraqlarını həyata keçirəcəyinə söz verib. Nəticə və aqibət isə ortadadır...
Bəli, bu fakt bir daha onu deməyə əsas verir ki, kənardan ixrac olunan istər “demokratiya”, istərsə də inqilablar həmin ölkəyə və xalqa zərərdən başqa heç nə vermir. Maraqlıdır ki, inqilab edən, hansısa qüvvəni hakimiyyətə gətirən güclər sonradan qarşı güc mərkəzi ilə üz-üzə qalmaqdan çəkinir. Nəticədə isə istifadə olunan dövlət arxasında kimlərinsə dayandığını hesab edib meydan oxuduğu ölkənin qarşısında tək qaldığını gec dərk edir. Məsələn, Gürcüstan kimi...
Sem dayının nökərləri və ya Azərbaycan müxalifəti kimlərin maraqları uğrunda
“mübarizə” aparır?
Rəngli inqilabların düşdüyü uğursuzluq zolağı haqda danışarkən 2003-cü ildə Azərbaycanda baş verən hadisələrə toxunmamaq mümkün deyil. Həmin dövrdə narıncı köynək, qalstuk, pencək-şalvarla öz qarderobunu bəzəyən müxalifətin bəzi qüvvələri də xarici maraqların təsiri altında ölkədə qarşıdurma yaratmağa cəhd göstərmişdilər. Maraqlıdır ki, həmin vaxt bəzi xarici ekspertlər rəngli dalğanın Azərbaycana da təsirsiz ötüşməyəcəyi haqda proqnozlar verirdilər. üzdə fərqli amillər səbəb kimi göstərilsə də, təbii ki, bu proqnozların alt qatında yatan əsl səbəbin “demokratiya” ixrac edən ölkənin gücündən ibarət olduğu bəlli idi. Bəs niyə, Azərbaycanda digər ölkələrdən fərqli olaraq yalnız rəngli fiasko yaşandı?
Yuxarıda qeyd etdiyimiz kimi, rəngli çevrilişlərin mərkəzində hər bir şeydən, yalançı oyunlardan, iyrənc siyasətdən xəbərsiz xalq dayanır. Azərbaycan xalqı isə həmin dövrdə də, öz müdrikliyini bir daha nümayiş etdirdi. Proseslərin fövqündə dayanan və hansısa narıncı ixracın pafoslu, sabun köpüyü kimi yalan axarına düşməyən, hadisələri soyuq başla dəyərləndirən xalqımız ölkəsinin sabitliyini, inkişafını və dövlət maraqlarını üstün tutdu. Təbii ki, bu məqamda bir məsələyə də toxunmaq lazımdır. Xalqımız seçki zamanı dəstəklədiyi namizədin tərəfində dayandığını bir daha nümayiş etdirdi və iğtişaşçıları qınadı. Bu fakt bir daha Azərbaycanda keçirilən seçkilərin xalqın iradəsinə əsaslandığını sübut edir. Xalqımız dərk edirdi ki, 1992-ci ildə və 1993-cü ilin birinci yarısında yaşadıqları yenidən başına gələ bilər. Bu isə yolverilməz idi. ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sabit və inkişafı hədəfləyən Azərbaycan modeli cəmisi 10 il ərzində olduqca böyük yol keçmişdi. Bu modelin daha da inkişaf etdirilməsi üçünsə, xalqın maraqlarını müdafiə edən, dövlətin mənafeyini düşünən, yalnız müstəqil siyasət yürütmək qabiliyyətində və qətiyyətində olan liderin ölkə rəhbərliyinə gəlməsi vacib şərt idi. Belə bir məqamda xalqımız xarici qüvvələrin əlində oyuncağa çevrilmiş müxalifətə birmənalı şəkildə “yox” deyərək, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi.
Azərbaycan xalqının və hakimiyyətinin vəhdəti isə bu gün ən çox diqqət mərkəzində olan, strateji coğrafi mövqeyə malik Cənubi Qafqazda və Asiya ilə Avropanın qovşağında sabit, güclü dövlət yaratmağa yol açıb. Azərbaycan dövlətinin inkişaf yolu müstəqil xarici siyasət kursu və güclü iqtisadiyyata əsaslanır.
Dövlətimizin günü-gündən güclənməsi istər xarici düşmənlərimizdən, istərsə də içimizdəki bədxahların çirkin oyunlarından qorunmağa imkan verir. Artıq hər kəs bilir ki, başqa dövlətlərdə oynanılan oyunların Azərbaycana tətbiqi qeyri-mümkündür. çünki bu ölkədə xalq-hakimiyyət birliyi yalnız dövlətin mənafeyinin qorunmasına səfərbər olub.
Fakt ortadadır. SSRİ-nin dağılması ilə post-sovet məkanında zorla hakimiyyətə gələn qüvvələr kimliyindən asılı olmayaraq zorla da hakimiyyətdən devriliblər...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

