/ / “Human Rights Watch” təşkilatının hesabatı Ermənistanın hərbi cinayətlərinin ifşa olunması baxımından mühüm əhəmiyyətə malikdir
“Human Rights Watch” təşkilatının hesabatı Ermənistanın hərbi cinayətlərinin ifşa olunması baxımından mühüm əhəmiyyətə malikdir
17.12.2020 [09:23]
Məlum olduğu kimi, Ermənistan 30 ilə yaxın davam edən təcavüzkar siyasəti nəticəsində ölkəmizə və xalqımıza qarşı çoxsaylı hərbi cinayətlər törədib. Ölkəmizin apardığı 44 günlük Vətən müharibəsində də işğalçı dövlət cinayətkar mahiyyətinə uyğun olaraq dinc insanları, yaşayış məntəqələrini, mülki infrastrukturları hədəfə alıb, qadağan olunmuş silahlar istifadə edib. Bunun nəticəsində mülki şəxslər həlak olub, çox sayda insan isə yaralanıb. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Belə ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri hadisə yerlərinə gedərək həmin cinayətlərin canlı şahidi olublar. Eləcə də bir sıra nüfuzlu beynəlxalq kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri də həmin cinayətləri işıqlandıraraq dünya ictimaiyyətinə təqdim ediblər.
Bu məqamda qeyd etmək yerinə düşər ki, beynəlxalq qeyri-hökumət təşkilatı olan “Human Rights Watch” Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə qarşı raket hücumları ilə bağlı apardığı araşdırmalara dair növbəti hesabat yayıb. Hesabatda Ermənistanın və ya Dağlıq Qarabağdakı qondarma rejimin hərbi qüvvələrinin altı həftəlik müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrini dəfələrlə qadağan olunmuş silah-sursatlar vasitəsilə atəşə tutduqları bildirilir. Vurğulanır ki, qadağan olunmuş silahların istifadəsi müharibə qanunlarının pozulmasıdır.
Məsələ ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, “Human Rights Watch” təşkilatı 44 günlük müharibə dövründə ikinci dəfədir ki, həqiqəti əks etdirən açıqlama verir. Onun sözlərinə görə, təşkilatın birinci hesabatı Bərdə və Gəncəyə kasetli bombaların atılması ilə bağlı idi, indi də sənəd bir az geniş formada təqdim olunur: “Human Rights Watch”un növbəti hesabatında kasetli bombalardan, qadağan olunmuş silahlardan mülki əhaliyə qarşı istifadə edilməsini göstərməsi vacib məqamlardan biridir. Çünki biz Ermənistanla səngərlərdə döyüşü dayandırmışıq, əslində Ermənistan dayanmır, yenə də təxribatlara əl atır”.
Hüquq müdafiəçisi qeyd edib ki, Ermənistanın müharibə cinayətləri törətməsi nəticəsində Azərbaycana vurduğu maddi-mənəvi ziyanlar var: “Bunların gələcəkdə qiymətləndirilməsi, Ermənistanın bununla bağlı konpensasiya ödəməsi istiqamətində işlər aparılmalıdır. Ermənistanın hərbi cinayətkarlarının axtarışa verilməsi üçün də bu cür sənədlərdən istifadə etməliyik. Ona görə də hesab edirəm ki, gələcəkdə bizim sivil mübarizəmizdə bu cür sənədlərin olması olduqca vacibdir. Bunu müsbət dəyərləndirirəm. Eyni zamanda, hüquq mütəxəssisi kimi qeyd edərdim ki, “Human Rights Watch” kimi təşkilat ikili balansından əl çəkməli, həqiqətin harada olduğunu tam göstərməli idi”.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə bildirib ki, “Human Rights Watch”un araşdırmaçıları 2020-ci ilin noyabr ayında Azərbaycana səfərləri zamanı ölkənin üç rayonunda kasetli silah-sursatdan istifadə olunan dörd hücumu sənədləşdiriblər. Bu hücumlar nəticəsində 2-si uşaq olmaqla, 7 mülki şəxs həlak olub, eyni zamanda, 2-si uşaq olmaqla, 20 mülki şəxs isə yaralanıb. Hesabatda düzgün olaraq qeyd edilir ki, kasetli silahlardan istifadə beynəlxalq sazişlə qadağan olunub. Bu silahların, xüsusilə də mülki əhaliyə qarşı istifadəsi qəbuledilməzdir.
Onun sözlərinə görə, hesabatda kasetli silahların xüsusiyyətləri barədə də məlumat verilir: “Hesabatda bu ilin oktyabr ayında Bərdə şəhərinə atılan və 21 mülki şəxsin ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan kasetli silah hücumu da sənədləşdirilib. Noyabr ayının birinci yarısında Azərbaycana araşdırma səfəri zamanı “Human Rights Watch” Ermənistan silahlı qüvvələri tərəfindən biri Bərdə, ikisi Goranboy, biri Tərtər rayonunda olmaqla dörd kasetli silah hücumu sənədləşdirib. Kasetli silahlar mülki və hərbi obyektləri ayıra bilmədiyi üçün onların istifadəsi müharibə qanunlarını pozur. Bütövlükdə, biz bilirik ki, bu təşkilat həmişə Azərbaycana qarşı ikili standartlarla çıxış edir. Ötən dövr ərzində bunun dəfələrlə şahidi olmuşuq. 44 günlük müharibə dövründə Azərbaycan tərəfi “Human Rights Watch”un nümayəndələrini ölkəmizə dəvət etdi ki, həqiqətləri öz gözləri ilə görsünlər. Bütün hallarda belə bir hesabatın hazırlanması önəmlidir. Çünki bu hesabat Ermənistanın hərbi cinayətlərini özündə əks etdirir. Və bu bir faktdır ki, həmin sənəd vasitəsilə dünya ictimaiyyəti erməni cinayətlərinin şahidi olur. Bu cinayətlərə görə Ermənistan cavab verəcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

