Makron erməni lobbisinin iradəsindən asılı vəziyyətdədir
30.12.2020 [09:27]
Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsində işğalçı Ermənistanın ağır məğlubiyyətə uğraması dünya erməniliyini və onların havadarlarını ciddi şəkildə narahat etməkdədir. Bu dairələr hələ də işğalçıların məğlubiyyətini həzm etmək istəmirlər. Bunlardan biri də Fransa və onun prezidenti Emmanuel Makrondur. Fransa indiyədək ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə çalışmalı idi. Amma ötən müddət ərzində bunun tam əksi müşahidə olunub. Fransa işğalçı Ermənistanı, onun işğalçı siyasətini dəstəkləyib.
Qeyd edək ki, sentyabrın 27-də Vətən müharibəsi başlanan vaxtdan Fransa həmsədr ölkə kimi bitərəfliyini tam unudaraq açıq-aşkar Ermənistana dəstək nümayiş etdirib. Bunu 44 günlük müharibə dövründə Fransa prezidenti Makronun, xarici işlər nazirinin bəyanatları da təsdiqləyir. Fransa rəhbərliyinin Ermənistana dəstəyi ilə bağlı yeni faktlar da üzə çıxır. Belə ki, Ermənistanın “Qraparak” nəşri yazıb ki, noyabrın 9-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edibmiş. Nəşrin yazdığına görə, Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta sms yazdığını bildirib.
Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Fransa prezidenti Emmanuel Makronun müharibə vaxtı Ermənistanın baş naziri Nikol Paşinyana mesaj göndərdiyini etiraf etməsi onun qatı ermənipərəst mövqeyində olduğunu sübuta yetirir. Onun erməni icmasının nümayəndələri ilə naharda iştirak etməsi, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentinə yaraşmayan formada Ermənistan qarşısında öhdəliklərindən danışması bir daha Makronun ermənipərəst mövqeyini ortaya qoyur. Bununla da, Makronun timsalında Fransa dövlətinin islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasəti isbatlanır.
S.Vəliyeva bildirib ki, Makronun açıqlamaları və fəaliyyəti Fransanın balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmadığını bir daha göstərir və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək: “Fransa prezidenti bu ölkənin erməni lobbisinin, ermənipərəst dairələrinin tam təsiri altındadır və dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq, məğlub Ermənistanın “vəkili” kimi çıxış edir. Azərbaycan ictimaiyyəti bir daha əmin olur ki, dünyanın 7 ən güclü ölkəsindən biri olan Fransa erməni lobbisinin iradəsindən asılı vəziyyətdədir və erməni maraqları Fransanın mənafelərindən daha üstündür. Qarabağ müharibəsi Fransa üçün qlobal etimad sınağı oldu. Fransa Qarabağ müharibəsində neytrallığını qoruya bilmədi, ermənipərəst mövqeyi ilə özünü ifşa etdi. Bu səbəbdən də qlobal miqyasda Fransanın sülhyaratma imici ləkələndi. Çətin ki, bundan sonra dünyanın problemlərinin həllində kimsə Fransaya inansın, etibar etsin”.
Millət vəkili Arzu Nağıyev isə qeyd edib ki, həm Emmanuel Makronun şəxsən özünün, həm də Fransanın işğal olunmuş ərazilərdə siyasi, iqtisadi və hərbi maraqları olub. Ona görə də Makron hökuməti bu ərazilərin əldən çıxması ilə barışa bilmir: “44 günlük müharibə ərəfəsində olduğu kimi, müharibədən sonra da Fransanın, o cümlədən Makronun mövqeyində heç bir dəyişiklik olmadı. Bu ölkə kiçik bacıları Ermənistana həm siyasi, həm iqtisadi, həm də humanitar dəstəklərini davam etdirdi. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa bitərəf mövqe sərgiləməli idi”.
A.Nağıyev söyləyib ki, Makron ATƏT-in Minsk qrupunun həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib: “Makronun açıqlamaları və fəaliyyəti bir daha göstərir ki, Fransa balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

