Türkiyənin mövqeyi dəyişməzdir
30.04.2010 [10:09]
Son zamanlar beynəlxalq münasibətlər sistemində əsaslı proseslər və dəyişikliklər müşahidə edilməkdədir. Bu proseslər fonunda önə çıxan regional aktorlardan biri isə qardaş Türkiyədir. Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlişi ilə həyata keçirilən rasional-realist strategiya və uğurlu diplomatiya nəticəsində, Türkiyə beynəlxalq münasibətlər sistemində öz yerini daha da möhkəmləndirib. Təsadüfi deyil ki, Ankara artıq regional və qlobal miqyasda baş verən proseslər zamanı, ilk növbədə, özünün və strateji tərəfdaşlarının milli maraqlarını rəhbər tutaraq konkret qərarlar qəbul edir, praqmatik addımlar atır. Məhz bunun nəticəsi olaraq Türkiyə müasir beynəlxalq münasibətlər sistemində ideoloji, diplomatik-siyasi, hərbi və iqtisadi-maliyyə cəhətdən mövqeyi nəzərə alınan başlıca tərəfdaşlardan birinə çevrilib...
Daha doğrusu, Türkiyə bu gün öz fəaliyyətinin miqyası baxımından müxtəlif regionlarda siyasi-iqtisadi proseslərin və problemlərin nizamlanması prosesinin mühüm aktorlarından hesab olunur. Məsələn, qardaş ölkə Yaxın və Orta Şərq, Balkanlar, Mərkəzi Asiya və Cənubi Qafqaz kimi mühüm strateji əhəmiyyətə malik olan bölgələrdə cərəyan edən hadisə və proseslərin tənzimlənməsi yönündə olduqca prinsipial siyasət aparır. Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən intensiv və hücumçu xarici siyasət kursu hazırda Türkiyəni dünyanı idarə edən güclərin başlıca strateji tərəfdaşlarından və istinad mərkəzlərindən birinə çevirib.
Yuxarıda qeyd etdiyimiz kimi Türkiyənin aparıcı rol oynadığı regionlardan biri də Cənubi Qafqazdır. Bütövlükdə götürdükdə Qafqaz bölgəsi özünün siyasi-iqtisadi problemlərinə və proseslərinə görə olduqca mürəkkəb bir regiondur. “Labirint”ə bənzəyən bu regionda baş verən hərbi-siyasi-iqtisadi proseslər və tendensiyaların mərkəzində yer almaq olduqca praqmatik siyasət və işlək mexanizm-resurslar tələb edir. Əvvəllər bu və ya digər səviyyədə bu bölgədə baş verən proseslərdə iştirak edən Türkiyə indi artıq regionun başlıca tənzimləyici aktorlarından biri hesab olunur.
Onu da qeyd etmək yerinə düşər ki, dünyanın aparıcı dövlətləri kimi Türkiyə də Cənubi Qafqazı özünün maraq dairəsi hesab edir və bölgədə aktiv siyasət yeridir. Ona görə də Cənubi Qafqazın fundamental-köklü problemlərinin özünün və strateji tərəfdaşlarının milli maraqlarına müvafiq qaydada həll edilməsi vəzifəsi Ankaranın strateji kursunun əsasında dayanır. Məsələn, Cənubi Qafqazı “barıt çəlləyi”nə çevirən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi məsələsində Ankara olduqca prinsipial mövqe tutur. Baş nazir Rəcəb Tayyib Ərdoğanın timsalında dəfələrlə elan edilib ki, Cənubi Qafqazda uzunmüddətli sülh, sabitlik və təhlükəsizlik mühitinin yaranması üçün Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi lazımdır. Məhz bunun bariz təcəssümü və təzahürüdür ki, Ankara Türkiyə-Ermənistan sərhədlərinin açılması, diplomatik münasibətlərin bərpa edilməsi prosesinin Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bəyan edir. Cənab Ərdoğan xarici ölkələrə, xüsusilə də, ABŞ-a etdiyi bütün rəsmi və işgüzar səfərlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi məsələsini daim israrçı şəkildə vurğulamaqda və bu problemi mütəmadi qaydada beynəlxalq siyasi gündəmdə aktual mövzu kimi saxlamağa cəhd etməkdədir. Vaşinqtona son səfəri çərçivəsində Baş nazirin bu məsələ ətrafında olduqca prinsipial mövqe sərgiləməsi regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin formalaşdırılmasında maraqlı olan bütün dövlətlər tərəfindən təqdir edildi. Rəcəb Tayyib Ərdoğan ənənəvi qaydada təkidlə növbəti dəfə Obama və Sarkisyan qarşısında belə bir prinsipial mövqe sərgilədi: “Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların ratifikasiya edilməsi üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır”.
Dolayısıyla, belə bir nəticəyə gəlmək olur ki, Cənubi Qafqaz kimi strateji, bir o qədər də mürəkkəb bir regionda Türkiyənin həyata keçirdiyi siyasi-strateji kurs və etdiyi manevrlər bölgədə permanent əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin formalaşmasına və möhkəmlənməsinə mühüm töhfələr bəxş edir. Ankara yaxşı anlayır ki, regionun ən güclü və nüfuzlu aktoru olan Azərbaycanın mövqeyini nəzərə almadan və onun başlıca problemini-Dağlıq Qarabağ münaqişəsini həll etmədən Cənubi Qafqazı sabitlik məkanına çevirmək olmaz...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

