/ / Arzuxan Əlizadə: Qələbəmizə qarşı çirkin kampaniya aparmaq Azərbaycanın milli maraqlarına xəyanətdir
Arzuxan Əlizadə: Qələbəmizə qarşı çirkin kampaniya aparmaq Azərbaycanın milli maraqlarına xəyanətdir
06.04.2021 [08:49]
“Azərbaycanda siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi, siyasi qüvvələr arasında münasibətlərin yeni mərhələsinin başlanması gələcək inkişafımız üçün mühüm amildir. Vurğulamaq lazımdır ki, siyasi qüvvələrin 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi dövründə nümayiş etdirdiyi milli birlik, həmrəylik qələbəmizdə əhəmiyyətli rol oynadı. Fikrimcə, milli məsələlərdə, dövlətin, xalqın, Vətənin maraqlarının müzakirə mövzusu olduğu yerdə hansısa fərqli mövqe nümayiş etdirmək yolverilməzdir. Dağlıq Qarabağ məsələsi, dövlətin təhlükəsizliyi və inkişafı məsələsi də ümummilli məsələlərdir və burada hansısa müxalif mövqe nümayiş etdirmək düzgün deyil. Bu mənada, reallıqları təhrif etməklə dövlətimizin imicinə xələl gətirməyə cəhd göstərmək, korporativ siyasi maraqlar naminə anti-Azərbaycan təbliğatı aparmaq yolverilməzdir. Təəssüf ki, günümüzün reallığında belə təbliğatı özünün sevimli peşəsinə çevirənlərə də təsadüf olunur”. Bu fikirləri açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
A.Əlizadə qeyd edib ki, müharibədən sonrakı dövrdə ölkəmizdəki milli həmrəyliyin daha da inkişaf etdirilməsi bəzi xarici qüvvələrin narahatlıqlarına yol açır. Onun sözlərinə görə, bu gün sosial şəbəkələrdə dövlətə və ya qələbəmizə qarşı çirkin kampaniya aparmaq birmənalı şəkildə Azərbaycanın milli maraqlarına xəyanətdir: “Bu və ya digər səbəblərlə əlaqədar Azərbaycanın üzləşdiyi çətinliklərə sevinmələri onların əsl mahiyyətini ortaya çıxarır. Hesab edirəm ki, öz marginal maraqlarına xidmət edən qüvvələrə yaxın gələcəkdə siyasi meydanda yer olmayacaq. Biz torpaqlarımızı məhz siyasi birliyimiz, milli həmrəyliyimiz sayəsində azad etdik. Millətin və dövlətin ağır günlərində onun yanında olmayan qüvvələrin hər şeyi yalnız qara rəngdə görməsi birmənalı olaraq məkrli niyyətdən xəbər verir”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

