Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Misir nəşri Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsindən yazıb

Misir nəşri Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsindən yazıb

07.04.2021 [09:08]

Misirin “Əl Masr Əl Yom” nəşri Ermənistanın minaladığı Azərbaycan ərazilərinin xəritəsini təqdim etməkdən imtina etdiyini yazıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar Ermənistanın bu əməlindən narahatlığını ifadə etdiyi vurğulanıb.
Misir nəşri diqqətə çatdırıb ki, Azərbaycan XİN-in bəyanatında minalanmış ərazilərin əsgərlərin və mülki əhalinin həyatı, habelə ictimai təhlükəsizlik və insanların məskunlaşması üçün təhdid olduğu qeyd edilib. Əlavə edilib ki, Ermənistanın bu hərəkəti beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Minalanmış ərazilər yüz minlərlə məcburi köçkünün işğaldan azad olunmuş torpaqlarda öz doğma evlərinə qayıtması istiqamətində işlərin həyata keçirilməsinə də mənfi təsir göstərir.

Paylaş:
Baxılıb: 574 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

9 iyun, saat 15:00-da...

09 İyun 12:20  

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30