Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tahir Kərimli: Ermənilərin sülhdən başqa yolu yoxdur

Tahir Kərimli: Ermənilərin sülhdən başqa yolu yoxdur

10.04.2021 [08:48]

“Ermənistanda revanşist qüvvələr zəifdir. Xaricdən erməni lobbisinin təsirləri olsa da, yaxşı anlayırlar ki, zəifdirlər. Odur ki, mümkün qədər indi Nikol Paşinyana qarşı kampaniya aparırlar”. Bu fikirləri açıqlamasında Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, Ermənistan parlament seçkiləri ərəfəsindədir. Rəy sorğularına əsasən, Nikol Paşinyanın partiyasının elektoratı daha çoxdur. Onun sözlərinə görə, erməni cəmiyyətində indi sülh haqqında düşünənlər daha çoxdur: “Çünki onlar İkinci Qarabağ müharibəsində məğlub oldular. Bundan sonra ermənilərin hərbi uğurun olacağına ümid etmələri nəinki real, heç nəzəri baxımdan da mümkün deyil. Ona görə də ermənilərin sülhdən başqa yolu yoxdur. Belə bir şəraitdə isə revanşist qüvvələrin seçkilərdə qalib gəlmək imkanları da məhdud olacaq. Əgər cəmiyyət sülh haqqında daha çox düşünürsə, nədən müharibə tərəfdarlarına səs versin?”.

Partiya sədri qeyd edib ki, əslində, 10 noyabr razılaşmasından sonra Ermənistanda müxalifət partiyalarını küçələrə çıxaran elə Serj Sarkisyan və Robert Koçaryan idi: “Ancaq onların heç vaxt kütləvi dəstəyi olmadı. Hər dəfə də uduzdular. Paşinyan daha çox insanı mitinqlərə çıxara bildi. Əlbəttə, ermənilər müharibədə uduzmaqlarını kompensasiya etmək üçün etirazlar təşkil edirlər. Amma bunlar ümumilikdə erməni əhalisinin fikrini ifadə etmir. İnanmıram ki, erməni cəmiyyəti belə cinayətkarlara yenidən dəstək versin”.

NARDAR

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31