"Yeni Azərbaycan" çempion oldu
08.05.2010 [13:34]
Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetlərinin birgə təşkilatçılığı və “Azərsutəchizattikinti” ASC-nin dəstəyi ilə keçirilən kütləvi informasiya vasitələrinin komandaları arasında voleybol turniri başa çatdı. Bir həftə ərzində davam edən gərgin mübarizə şəratində keçən, qəzet və televiziyaların qatıldığı turnirdə rəqabət o qədər güclü idi ki, birdən-birə bir neçə komanda qalib olmağa real namizəd sayılırdı. Adətən, KİV orqanları arasında keçirilən analoji turnirlərdə əvvəlcədən hansı komandaların qalib olacağını təxmin etmək olur. Amma bu dəfə vəziyyət fərqli idi. KİV orqanları arasında ilk dəfə olaraq keçirilən voleybol turnirində aşkar favorit yox idi. Turnirin elə ilk turlarından bəlli oldu ki, qalib adı uğrunda bir neçə komanda mübarizə aparacaq. Turlar irəlilədikcə rəqabətin daha da artması finala doğru gedən yolu kifayət qədər çətin etmişdi. Komandaların oyunlarda var gücləri ilə oynaması, bir xala görə gərgin mübarizə və mübahisələrin getməsi onu göstərirdi ki, mətbuat işçiləri meydançada özlərini əsl peşəkar kimi hiss edirlər və bütün komandalar peşəkara xas keyfiyyətlərini nümayiş etdirərək məğlub olmaq istəmirdi. Buna görə də, oyunları idarə edən Azərbaycan Voleybol Federasiyasının hakimlərinin çiyninə çox iş düşürdü. Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarovun rəhbərlik etdiyi ölkəmizin tanınmış referilərindən ibarət hakimlər heyətinin idarə etdiyi oyunlarda ciddi narazılıq baş verməməsi onu göstərir ki, onlar işlərinin öhdəsindən layiqincə gəldilər.
Bir həftə ərzində gedən gərgin mübarizəyə isə nəhayət, dünən son qoyuldu. Əvvəlcə üçüncü yer uğrunda oyun keçirildi. “Mövqe” və “Futbol+qol” qəzetlərinin birləşmiş komandası “Azad Azərbaycan” qəzetinə qarşı mübarizə apardı. Kifayət qədər ehtiyat oyunçuya malik olan birləşmiş komanda bu amildən maksimum səviyyədə yararlandı. ümumiyyətlə, bu amil və kollektiv oyun taktikasının seçilməsi birləşmiş komandanın işinə yaradı. Gərgin keçən oyun “Mövqe” və “Futbol+qol” birləşmiş komandasının 2-0 hesablı qələbəsi ilə başa çatdı və bu komanda turniri üçüncü sırada tamamladı.
Bütün diqqətlər isə final matçına yönəlmişdi. Başqa cür də ola bilməzdi. çünki finalda turnir ərzində məğlub olmayan iki komanda “Yeni Azərbaycan” və “Səs” qəzetlərinin komandaları qarşılaşırdı. Heç bir oyunda məğlub olmayaraq, finala qədər irəliləyən bu iki komanda digər iştirakçıların və mütəxəssislərin də qeyd etdiyi kimi, sabit və kollektiv oyunları ilə seçilirdilər. Bütün oyunlara diqqətlə yanaşaraq hər bir rəqibi ciddi qəbul edən qəzetimizin komandasını finala da eyni əhval-ruhiyyədə çıxmışdı. “Yeni Azərbaycan”çılar turnir ərzində keçirilən bütün oyunlara final havasında, sonuncu matçı oynayırmış kimi çıxdığından bütün oyunlarda maksimum qüvvə sərf edərək yüksək nəticə əldə etdi və bunun bəhrəsi finalda da öz nəticəsini verdi.
Oyuna gəldikdə isə, bu iki komandanın turnir ərzində keçirdiyi oyunlarda ortaya qoyduğu əzmkarlıq final matçının da çox gərgin atmosferdə və idman mübarizəsi şəraitində keçəcəyini deməyə əsas verirdi. Nəhayət, gözlənilən “böyük oyun” başladı. “Yeni Azərbaycan” və “Səs” qəzetlərinin komandaları qalibi müəyyən etmək üçün meydana çıxdılar. Qəzetimizin komandası ilk dəqiqələrdən daha səbrli və həyəcanlanmadan oynamağa çalışaraq bir-birinin ardınca xallar qazanmağa başladı. Rəqib daha çox müdafiə olunaraq əks-hücumlarda fərqlənməyə çalışırdı. Amma bu taktika özünü doğrultmadı. Bunun nəticəsi olaraq “Yeni Azərbaycan”çılar ilk seti 25-17 hesabı ilə qalib başa vurdular. Amma finala qədər irəliləyən və bu mərhələdə məğlub olmaq istəməyən “Səs” qəzeti bu setin həlledici olduğunu yaxşı anlayırdı. Ona görə də, “Səs” qəzetinin kollektivi ikinci setdə daha yaxşı oynamağa başladı. Buna qarşı soyuqqanlı oynamalı olduğumuz halda bir az səbrsiz davrandıq. çünki rəqib kimi bizim komanda üzvləri də həyəcanlı idi və bu setdə qazanılacaq qələbə bizi turnirin birincisi edəcəkdi. Elə bu həyəcan da öz işini gördü, amma rəqibin xeyrinə. “Səs” qəzetinin komandası ikinci setdə daha yaxşı oynadı və komandamız yol verdiyi fərdi səhvlər ucbatından ikinci seti məğlub başa vurmalı oldu. Doğrudur, bu setdə “Səs” asanlıqla qələbə qazanmadı. Elə nəticə də bunun göstərir. Xala-xal prinsipi ilə gedən oyunda bütün cəhdlərimiz sonda nəticə vermədi və “Səs” bu seti 25-23 hesabı ilə qalib başa vurdu. Deməli, hesab bərabərləşdi və qalib həlledici setdə müəyyənləşməli idi. Komandamız oyuna daxil edilən hər top uğrunda aktiv şəkildə mübarizə aparırdı və heç kim səhvə yol vermək istəmirdi. Bu mərhələdə səhv etməyə haqqımız yox idi. Hər qazanılan xal bizi qələbəyə bir addım da yaxınlaşdırırdı. Rəqib də bu setdə fəallığı ilə seçilirdi, amma oyun göstərirdi ki, komandamız kuboku qazanmağa daha həvəsli idi. Budur, 15-ci xal qazanıldı və bu o demək idi ki, komandamız qalib gəldi. “Yeni Azərbaycan”çılar Ulu öndərin xatirəsinə həsr edilən turniri böyük əzmkarlıq və mübarizə ortaya qoyaraq qalib tamamladı. Beləliklə, KİV komandaları arasında ilk voleybol yarışının qalibi “Yeni Azərbaycan”çılar oldu. Təbii ki, heç bir qələbə ucuz başa gəlmədiyi kimi, bu çempionluq da gərgin mübarizə nəticəsində əldə olundu.
Oyunlardan sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov və ATXƏM-in sədri İlham İsmayılov iştirak edib. çıxış edən Əli Əhmədov ümummilli lider Heydər Əliyevin idmana göstərdiyi qayğıdan danışıb. Ulu öndərin daim idmanı və mətbuatı diqqət mərkəzində saxladığını deyən milllət vəkili, bu cür tədbirlərin Onun xatirəsinə ehtiram əlaməti olduğunu qeyd edib.
Əli Əhmədov yarış iştirakçılarını təbrik edərək, bu turnirə qatılan komandaların hamısının qalib olduğunu deyib.
Daha sonra isə qaliblərə diplomlar, pul mükafatları və kubok təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38

