/ / Azərbaycanda həyata keçirilən siyasət respublikamızın müxtəlif sahələrdə uğurlu inkişafını təmin edir
Azərbaycanda həyata keçirilən siyasət respublikamızın müxtəlif sahələrdə uğurlu inkişafını təmin edir
22.04.2021 [08:37]
Prezident İlham Əliyev: Bütün ölkə üzrə böyük işlər görülmüşdür
Son 17 ildə Azərbaycan dünyaya bir sıra spesifik cəhətləri ilə fərqlənən nümunəvi inkişaf modeli təqdim edib. Respublikamızda praqmatik siyasətçi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət, ilk növbədə, nəticəyə hesablanması ilə diqqəti cəlb edir. Əvvəlcə ölkənin potensialı və yeni çağırışlar nəzərə alınmaqla prioritetlər müəyyənləşdirilir, qarşıya hədəflər qoyulur və məqsədə çatmaq üçün lazımi tədbirlər görülür. Dövlət başçısının siyasi iradəsi ilə reallaşdırılan belə məqsədyönlü siyasət respublikanın müxtəlif sahələrdə uğurlu inkişafını təmin edir. Bunu ölkənin bütün bölgələrinin, o cümlədən də Prezident İlham Əliyevin bu günlərdə səfərdə olduğu Hacıqabul rayonunun timsalında aydın şəkildə izləmək mümkündür. Dövlətimizin başçısı aprelin 20-də Azərbaycan Televiziyasına verdiyi müsahibədə ölkəmizin uğurlu inkişafından, buna adekvat olaraq insanların həyat şəraitinin yaxşılaşmasından məmnunluğunu bildirib. “Təəssüratlar çox müsbətdir. Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Bütün ölkə üzrə böyük işlər görülmüşdür”.
Tətbiq olunan yeni yanaşmalar Azərbaycanın müasir simasını formalaşdırır
Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni, həyatın ayrı-ayrı sahələrində yeniləşməyə nail olunmasını, reallaşdırılan bütün layihələrdə ən yüksək standartların tətbiq edilməsini özünün əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Bu baxımdan son 17 ildə respublikamızın əksər bölgələrində, həmçnin Hacıqabul rayonunda böyük həcmlərdə dövlət investisiya qoyuluşu hesabına reallaşdırılan müasir infrastruktur quruculuğu, xüsusilə diqqət çəkir. Deyə bilərik ki, bu gün respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasında yer alır. Bəhs olunan müsahibədə Prezident İlham Əliyevin diqqət çəkdiyi regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində reallaşdırılan infrastruktur layihələri müxtəlif istiqamətlərdə həyata keçirilib. Dövlət başçımızın qarşıya qoyduğu əsas vəzifələrdən biri ondan ibarətdir ki, Azərbaycanın hər bir yaşayış məntəqəsi müasir yollarla təmin olunmalıdır. Respublikamızda hər il təxminən 1000 kilometr yol yenidən qurulur. Son 17 ildə ölkə üzrə uzunluğu 17 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib. Reallaşdırılan layihələr nəticəsində Azərbaycan müasir yol-nəqliyyat infrastrukturuna malik ölkəyə çevrilib.
Son 17 ildə dövlət başçımızın siyasi iradəsinə uyğun olaraq enerji sisteminin dayanıqlılığının artırılmasına böyük həcmlərdə investisiyalar yönəldilib. Bəhs olunan dövürdə respublikamızda yeni generasiya güclərinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Bütövlükdə, son 17 ildə ölkə üzrə güc artımının saldosu 1518,6 MVt təşkil edib.
İndiyədək regional inkişaf proqramlarının icrası çərçivəsində bölgələrdə su layihələrinin icrası, o cümlədən əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb. Respublikamızda Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə kimi su anbarlarının yaradılması ölkəmizin su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması baxımından strateji önəm daşıyır.
Daxili istehlakçıların “mavi yanacağa” olan tələbatının dolğun şəkildə ödənilməsi Azərbaycanın məqsədyönlü enerji siyasətinin prioritetini təşkil edir. İndiyədək reallaşdırılan layihələr sayəsində respublikamızda 2020-ci ildə qazlaşdırmanın səviyyəsi 96 faizə yüksəlib ki, bu da böyük nailiyyətdir.
Ölkəmizdə müasir infrastruktur quruculuğu hazırda da intensiv şəkildə davam etdirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində yeni infrastruktur obyektlərinin açılış mərasimlərinə qatılıb. O cümlədən Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra dövlət başçımızın iştirakı ilə istifadəyə verilib. Uzunluğu 11,5 kilometr olan bu yolun yenidən qurulması 32 min nəfərin yaşadığı 2 yaşayış məntəqəsi arasında əlaqəni gücləndirəcək.
Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu”, bundan əvvəl “Hövsan” və “Maştağa” yarımstansiyalarının Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi ölkədə yeni enerji güclərinin yaradılmasının, enerji təchizatı infrastrukturunun müasir tələblərə uyğun yenidən qurulmasının ardıcıl şəkildə davam etdirildiyini bir daha təsdiqləyir. Hacıqabulda “Qarasu” yarımstansiyanın istismara verilməsi ilə ümumilikdə 10 mindən çox əhalinin elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb.
Bütövlükdə, respublikamızda yalnız infrastruktur quruculuğunda deyil, həyatın bütün sahələrində, həmçinin kənd təsərrüfatında da tətbiq olunan yeni yanaşmalar ölkəmizin müasir simasını formalaşdırır. Bu baxımdan son illərdə ölkə üzrə iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması təqdirəlayiqdir. Müasir becərmə və suvarma metodlarının tətbiqi sayəsində aqroparklarda məhsuldarlıq yüksək olur ki, bu da daxili istehlakın yerli istehsal hesabına təmin olunması, həmçinin ölkənin ixrac imkanlarının artırılması baxımından çox önəmlidir. Hacıqabulda Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqroparkında və “Azərsun Şamaxı Aqropark”ında istehsal, emal və logistika imkanlarının eyni məkanda cəmləşməsi belə müəssisələrin səmərəliliyini əyani şəkildə təsdiqləyir. Respublikamızda təxminən 50 aqroparkın yaradılması nəzərdə tutulub. Ölkəmizdə aqroparkların yaradılmasının önəminə diqqət çəkən Prezident İlham Əliyev “Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur”, - deyə vurğulayıb.
Ümumiyyətlə, respublikamızda aqrar sektorda daxili istehsalın genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə görülən tədbirlərin əhatə dairəsi kifayət qödər genişdir. Son illərdə ölkəmizdə fermerlərə yeni dəstək mexanizmləri işə salınıb, həmçinin gəlir imkanları və əmək tutumu yüksək olan sahələrin inkişaf etdirilməsi güclü şəkildə təşviq olunur. Pambıqçılıq da belə sahələrdəndir. Qeyd edək ki, respublikamızda Prezident İlham Əliyevin 13 iyul 2017-ci il tarixdə imzaladığı müvafiq Sərəncamla “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib və hazırda bu proqramın icrası yüksək səviyyədə təmin olunur. Görülən tədbirlərin nəticəsidir ki, ötən il respublikamızda 336 min ton pambıq tədarük olunub ki, bu da altı il bundan əvvəlki göstəricini təxminən 10 dəfə üstələyir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub səpinə start verilməsi prosesini izləyib.
Ölkəmizdə sənaye xəritəsinin regionlara doğru genişlənməsi prosesi davam edir
Son 17 ildə respublikamızda qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Respublikamızda innovativ əsaslı, elm tutumlu sənaye quruculuğuna ciddi önəm verilir. Qeyd edək ki, yeni növ koronavirus pandemiyasının yaratdığı bir sıra çətinliklərlə müşayiət olunan 2020-ci ildə və cari ilin arxada qalan dövründə respublikamızda qeyri-neft sənayesində təxminən 12 faiz artım müşahidə edilib ki, bu da Prezident İlham Əliyevin ardıcıllıqla apardığı sənayeləşmə siyasətinin uğurlu nəticələr verdiyini bir daha təsdiqləyir.
Ölkəmizdə müasir sənaye müəssisələrinin yaradılmasına yerli və xarici investorların cəlb edilməsi baxımından sənaye məhəllələrinin və parklarının yaradılması böyük əhəmiyyət daşıyır. Azərbaycanın ilk, Cənubi Qafqazın ən böyük sənaye parkında - Sumqayıt Kimya Sənaye Parkında artıq qeydiyyata alınmış 24 rezidentdən 15-i istehsal fəaliyyətinə başlayıb. Respublikamızda ilk sənaye məhəlləsi isə Neftçalada Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında yaradılıb və 2017-ci il 24 sentyabr tarixində dövlət başçısının iştirakı ilə istifadəyə verilib. Respublikamızda sənaye xəritəsinin regionlara doğru genişlənməsi prosesi davam edir. Hazırda ölkə miqyasında bir neçə sənaye məhəlləsi uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyevin açılışına qatıldığı Hacıqabul Sənaye Məhəlləsində, ümumilikdə, müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub. Hacıqabul Sənaye Məhəlləsində də avtomobil istehsalının həyata keçirildiyini yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Artıq avtomobil sənayesi Azərbaycanda inkişaf edir və biz bu sahədə bir neçə ölkə ilə bərabər çalışırıq. Növbəti mərhələdə lokallaşmanı daha da artırmaq gündəlikdə duran məsələlərdən biridir və biz buna da nail olacağıq”.
Qeyd edək ki, respublikamızda fəaliyyətdə olan sənaye məhəllələrinə indiyədək 73 milyon manatdan çox sərmayə yatırılıb, 286 iş yeri açılıb. Rezidentlər 96 milyon manatdan çox məhsul satışını həyata keçiriblər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

