/ / Kəmaləddin Heydərov: Mürsəlli kəndində uçan bənd bağlanıb, fəlakət zonasında Kürün səviyyəsi 1,5 metr düşüb
Kəmaləddin Heydərov: Mürsəlli kəndində uçan bənd bağlanıb, fəlakət zonasında Kürün səviyyəsi 1,5 metr düşüb
15.05.2010 [08:33]
Nazir Neftçala ərazisində Kürün deltasına baxış keçirdiklərini, Xəzər Dəniz Gəmiçiliyinin iki gəmisinin orada işlədiyini bildirib: “çayın dənizə tökülən hissəsində lildən təmizləmə işləri aparılır. İki gün əvvəl orda olan mayakın ətrafı suyun içində idi. Amma bu gün görünür ki, artıq görülən işlər müsbət nəticələr verib. Bu iş davam etdiriləcək”.
Nazir Şirvan şəhərinin Bayramlı qəsəbəsində Kürün dağıtdığı bənddə bərkitmə işlərinin tam başa çatdığını deyib: “özünüz də görürsünüz ki, əvvəllər su basan ərazilərdə indi su durulub. Bu o deməkdir ki, artıq ora su axmır. Mürsəlli kəndində uçan bənd iki saat əvvəl bağlandı. Orda bəndin bərkidilməsi işləri gedir. Yaxınlıqdakı evlərdən, aparılan müşahidələrdən də görünür ki, suyun səviyyəsi 1 metr yarıma qədər düşüb. Artıq əhalinin yaşadığı yerlərə, əkin sahələrinə, örüş yerlərinə su axmır. Görülən işin ilkin nəticəsi tam qənaətbəxşdir”.
K.Heydərov başqa təhlükələrin olmaması üçün tədbirlərin görüldüyünü də açıqlayıb: “Yəqin ki, bu gündən başlayaraq çadır şəhərciklərində yerləşdirilən əhalini öz evlərinə köçürəcəyik. Bunlar iki-üç gün əvvəl köçürülən, evlərini su basmamış sakinlərdir. Su basan evlərdə, həyətlərdə isə bu gündən etibarən Fövqəladə Fallar Nazirliyinin su nasosları suyu çəkməyə başlayacaq, Səhiyyə Nazirliyinin əməkdaşları orda antisanitariya tədbirləri tədbirləri görməlidir. Hər hansı xəstəliklərin yayılmaması üçün lazımi addımlar atılmalıdır. Proses dünəndən başlayıb. Sevindirici haldır ki, qısa zamanda dövlət qurumları yaranan problemi aradan qaldıra bildi. Bizi daha çox sevindirən isə insan tələfatının olmamasıdır. Vəziyyət stabildir. Açılan bəndlərin hamısı bağlanıb. Vəziyyətin stabil olduğunu söyləmək olar. Bununla belə, təhlükəsizlik tədbirləri davam etdirilir, bundan sonra da ediləcək”.
“Hava şəraiti pisləşərsə, fəlakət bölgəsində yenidən problemlər yarana bilərmi” sualına cavab olaraq K. Heydərov bunları deyib: “Cənab Prezident burada müşavirə keçirəndə, camaatla görüşəndə, dedi ki, vəziyyət Onun tam nəzarəti altındadır. Ona görə də bütün xilasedici, nəzarətedici, bərpaedici qurumlar bu prosesi nəzarət altında saxlayır. Bundan sonra hansısa səbəbdən suyun qalxması baş verərsə, inanmıram ki, bu miqyasda fəlakət olsun. Ancaq yenə də təbiətlə zarafat etmək olmaz. İşimizi əvvəlcədən görməliyik ki, problem yaranmasın”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

