H.Klinton: Birləşmiş Ştatlar Azərbaycanın tərəfdaşı olduğu üçün qürur duyur
03.06.2010 [10:01]
Azərbaycan müstəqil enerji siyasəti ilə beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsinə çevrilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın neft-qaz strategiyası dünya dövlətlərini, eləcə də, ən böyük neft-qaz şirkətlərini ölkəmizlə əməkdaşlığa cəlb etdi. Bunun sayəsində 1994-cü ildə “Əsrin müqaviləsi” adını alan nəhəng beynəlxalq enerji sazişi imzalandı. Ulu öndər Azərbaycanın sahib olduğu zəngin karbohidrogen ehtiyatlarının ölkəmizin firavan gələcəyinin təmin olunmasında hansı rolu oynayacağını qabaqcadan görürdü. Buna görə də, Ulu öndər bütün maneələrə baxmayaraq, hərtərəfli, düşünülmüş strategiyanın gerçəkləşməsi yönündə qətiyyətli fəaliyyət göstərdi.
Eyni zamanda, Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin enerji siyasətini uğurla davam etdirməsi nəticəsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz layihələri gerçəyə çevrildi. Bir sözlə, Azərbaycan Respublikasının bugünkü inkişaf sürətinə nail olunmasında ümummilli liderin düzgün və hərtərəfli düşünülmüş neft-qaz strategiyasının əvəzsiz rolu var. Onu da qeyd etmək yerinə düşər ki, respublikamızda müşahidə olunan yüksək inkişaf və müsbət dəyişikliklər xarici ekspertlər və digər dövlətlər, o cümlədən, Azərbaycanın enerji sahəsində ən yaxın tərəfdaşlarından biri olan ABŞ tərəfindən yüksək qiymətləndirilir.
Bildiyimiz kimi, bu günlərdə Bakıda yüzlərlə iri şirkətin qatıldığı XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi keçirilir. Sərginin açılış mərasimində ABŞ-ın dövlət katibi Hillari Klintonun təbrik məktubu oxunub. Məktubda ABŞ rəsmisi Azərbaycanın düzgün qurulmuş və uğurla icra olunan enerji siyasəti sayəsində sürətlə inkişaf etdiyini vurğulayıb: “Azərbaycanın öz ehtiyatlarını məsuliyyətlə istismar etmək üçün götürdüyü öhdəliklər sürətli iqtisadi inkişafa gətirib çıxarıb və minlərlə Azərbaycan vətəndaşı üçün peşəkar inkişaf imkanları yaranıb. Bu isə öz növbəsində ölkənin müstəqilliyini gücləndirib”.
Azərbaycanın yeritdiyi fəal enerji siyasəti ölkənin daxili inkişafı ilə yanaşı, regional əməkdaşlıqdakı rolunu xeyli artırıb. Məsələyə həm də bu mövqedən yanaşan xanım Klinton Azərbaycanın Gürcüstan və Türkiyə ilə sıx əməkdaşlıq nəticəsində Şərq-Qərb enerji dəhlizinin inkişafına töhfə verdiyini bildirərək, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin əhəmiyyətini yüksək dəyərləndirib: “Bu kəmərlər əməkdaşlıq və öhdəlik sayəsində əldə oluna biləcək yüksək zirvənin təzahürüdür. Birləşmiş Ştatlar bu kimi vacib layihələrin reallaşmasında Azərbaycanın tərəfdaşı olduğu üçün qürur duyur”.
ABŞ dövlət katibinin bu sözləri ölkəsinin Azərbaycanla əməkdaşlığa nə qədər böyük önəm verdiyini bir daha açıq şəkildə göstərir. Bildiyimiz kimi, respublikamızın neft-qaz yataqlarının işlənməsinə yatırılan investisiyaların içərisində ABŞ şirkətləri böyük pay sahibidir. İllərdir ki, davam edən bu əməkdaşlıq rəsmi Vaşinqton tərəfindən razılıqla qarşılanır. Bu səbəbdən də, ABŞ Azərbaycanın qlobal enerji layihələrinin gerçəkləşməsində tranzit və hasilatçı ölkə kimi rolunun güclənməsinə dəstək verir.
O da məlumdur ki, Azərbaycan enerji siyasətində diversifikasiyaya üstünlük verir. Bu mövqeni yüksək qiymətləndirən Hillari Klinton enerji təchizatı marşrutlarının şaxələndirilməsi səylərini dəstəklədiyini bildirib: “Bu fəaliyyətlər həm enerji hasil edən Azərbaycana fayda verəcək, həm də istehlakçı dövlətlərin enerji təhlükəsizliyini gücləndirəcək. Xüsusilə, biz yaxın gələcəkdə qaz ehtiyatlarının Avropaya nəqlini nəzərdə tutan Cənub dəhlizinin reallaşmasında Azərbaycanın davamlı liderliyinə ümid bağlayırıq. Enerji ehtiyatlarının inkişafına təkan verən Azərbaycan Birləşmiş Ştatların timsalında güclü tərəfdaş tapacaq”.
Qeyd edək ki, Azərbaycan öz enerji siyasətini milli maraqlar əsasında və bərabərhüquqlu əməkdaşlıq çərçivəsində qurur. Eyni zamanda, ölkəmizin iqtisadi qüdrəti və siyasi nüfuzu artdıqca başqa dövlətlər Azərbaycanla əməkdaşlığa daha çox maraq göstərirlər. Məlum olduğu kimi, ölkəmiz bu il 52 milyon ton neft, 30 milyard kubmetr qaz hasil edəcək. Lakin Azərbaycanın geniş potensialı daha böyük miqdarda enerji hasilatına imkan verir və bu baxımdan ABŞ enerji sahəsində ölkəmizlə uzunmüddətli əməkdaşlıqda maraqlıdır. Beləliklə, Birləşmiş Ştatlar rəsmisinin sözlərindən də göründüyü kimi, Azərbaycan hökumətinin enerji siyasətini dəstəkləyən rəsmi Vaşinqton ölkəmizlə enerji sahəsindəki tərəfdaşlığı bundan sonra da yüksək səviyyədə davam etdirəcək və bu, digər sahələrdəki əlaqələrə də müsbət təsir göstərəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

