Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İngiltərə-Azərbaycan Cəmiyyətinin növbəti illik xeyriyyə tədbiri keçirilib

İngiltərə-Azərbaycan Cəmiyyətinin növbəti illik xeyriyyə tədbiri keçirilib

04.06.2010 [10:08]

“Hyatt Park” hotelində İngiltərə-Azərbaycan Cəmiyyətinin növbəti illik xeyriyyə tədbiri keçirilib. İngiltərə-Azərbaycan Cəmiyyəti Azərbaycan və Böyük Britaniya arasında mədəni, xeyriyyə və digər sahələri bir yerə toplayan təşkilatdır. Cəmiyyət 1997-ci ildə Azərbaycan-Böyük Britaniya arasında bütün sahələrdə əlaqələrin dəstəklənməsi və Azərbaycanda xeyriyyə təşəbbüslərinə yardım etmək, üzvləri Azərbaycanda baş verənlər barədə yaxından məlumatlandırmaq və britaniyalılarda Azərbaycan haqqında məlumatın artırılması üçün yaradılıb. Cəmiyyətin əsas məqsədi fond yaradılması nəticəsində bütün pulların Azərbaycanda xeyirli məqsədlər üçün istifadə olunmasıdır. Bu fondlar heç bir inzibati xərclərə xərclənmir. Cəmiyyət üzvləri Azərbaycanda fəaliyyət göstərən və ya marağı olan kiçik şirkət və fərdlərlə yanaşı, neft, bank, sığorta, mühəndislik, xidmətlər, kommunikasiya və digər sektorlardan olan 40-dan çox əsas Britaniya şirkətindən (Amec Services, BMİ, bp, Azərbaycan Beynəlxalq Bankı, KCA Deutag və İTE Group) ibarətdir. Tədbirdə Azərbaycanın dövlət və siyasi xadimləri, Milli Məclisin deputatları, yerli və xarici şirkətlərin rəhbərləri iştirak edib. Tədbirin təşkilatçıları cəmiyyətin həmsədrləri - professor Nərgiz Paşayeva və Lord Freyzer olub. Yığıncaqda cəmiyyətin həmsədri Lord Freyzer çıxış edərək indiyədək həyata keçirilmiş tədbirlər və layihələr haqqında danışmış, ölkələrimiz arasında humanitar və mədəni münasibətlərin dərinləşməsinə qurumun verdiyi töhfələri qeyd edib. Xanım Nərgiz Paşayeva bildirib ki, Azərbaycan və İngiltərə arasında əlaqələr müsbət istiqamətdə və dostluq şəraitində inkişaf edir. O, İngiltərə-Azərbaycan Cəmiyyətinin də bu işə öz töhfəsini verdiyini söyləyib. Cəmiyyətin Azərbaycanda həyata keçirdiyi və keçirəcəyi bir neçə humanitar aksiya barədə də məlumat verən xanım Nərgiz Paşayeva bildirib ki, 2008-ci ilin iyun ayında Bakıda keçirilən son tədbirdə yığılmış vəsait Ramana qəsəbəsində yerləşən əlillər evinin təmirinə, orada kompyuter otağının yaradılmasına, doğuş zamanı uşaq ölümlərini azaltmaq məqsədi ilə yaradılmış “HealthProm” ingilis xeyriyyə cəmiyyəti tərəfindən təklif olunan layihəyə, Saray qəsəbəsində 7 nömrəli internat məktəbinin təmirinə yönəldilib.
Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya ilə Azərbaycan arasında əlaqələrin inkişafında rolu yüksək qiymətləndirilib və cəmiyyətin təşkil etdiyi xeyriyyə və mədəni tədbirlərin təqdirəlayiq olması vurğulanıb. Xeyriyyə cəmiyyətinin humanitar fəaliyyəti tədbir zamanı fotostendlərlə nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 1054 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30