Gültəkin Hacıbəyli yenə də ermənilərin müdafiəçisi rolunda...
27.08.2021 [13:09]
44 günlük Vətən müharibəsi dövründə xalqının, dövlətinin yanında yer almayan, milli birlik və həmrəylikdən kənar qalan radikal müxalifət yenə də öz ampluasındadır. Postmüharibə dövründə belə erməni maraqlarının qorunmasına yönəlik fəaliyyət həyata keçirən, hətta işğaldan azad edilmiş regionlarımızda aparılan abadlıq-quruculuq işlərini hədəfə almağa cəhd göstərən dağıdıcı ünsürlər indi bir az da irəliyə gediblər. Belə ki, onlar Ermənistanın işğaldan azad edilmiş regionlardakı təxribatçı addımlarını, əsgərlərimizə qarşı apardığı terrorçu hərəkətləri açıq-aşkar müdafiə və təbliğ etməkdən belə çəkinmirlər. Qondarma antimilli şuranın üzvü Gültəkin Hacıbəylinin sosial şəbəkələrdəki son paylaşımları da bunu deməyə əsas verir.
Belə görünür ki, o, Azərbaycan Ordusunun əsgərinin düşmənin qəfil hücumu nəticəsində yaralanmasına görə erməniləri günahkar saymır. Əksinə, yenidən dövlətə, xalqa qarşı aqressiv paylaşım edən G.Hacıbəyli bununla da bir daha öz antimilli mövqeyini ortaya qoymuş olur. Əlbəttə, qondarma şuraçının bu antimilli mövqeyinin arxasında yenə də onun təlimatlar aldığı xarici ermənipərəst dairələrin dayandığı şübhəsizdir. Görünən budur ki, həmin dairələr G.Hacıbəyliyə indi də işğaldan azad edilmiş bölgələrimizdə baş verən lokal erməni təxribatlarının dəstəkləyicisi qismində çıxış etmək vəzifəsini verib.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, radikal müxalifətin İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbəyə kölgə salmaq, o cümlədən məğlub ölkəni sosial şəbəkələrdə “ayaq üstə saxlamaq” cəhdləri onların xaricdəki ermənipərəst dairələrdən yeni sifarişlər aldıqlarının göstəricisidir. Radikal düşərgənin məqsədinin bəlli olduğunu söyləyən millət vəkilinin fikrincə, radikalların Azərbaycanın tarixi Zəfərini, Ermənistanın kapitulyasiyasını qəbul etməmələri həm də onların yaşadıqları yarımçıqlıq sindromundan irəli gəlir: “Radikal müxalifətin bu addımı düşərgə təmsilçilərinin xaricdəki anti-Azərbaycan dairələrlə işbirliyini təsdiqləyir. Açıq şəkildə həm özləri, həm də xarici ölkələrdəki uzantıları sosial şəbəkələrdə erməni maraqlarını müdafiə etməklə məşğuldurlar”.
Millət vəkili deyib ki, bu, bir daha radikalların dövlət, xalq maraqlarına düşmən kəsildiyini ortaya qoyur, onların ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer aldıqlarını təsdiqləyir.
YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov da radikal müxalifətin və onun xaricdəki uzantılarının Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə, ən əsası isə qələbədən sonra işğaldan azad edilmiş regionlarda sabitliyin təmin edilməsi üçün görülən tədbirlərə qarşı sosial şəbəkələrdə qaralama kampaniyaları aparmağa cəhd göstərmələrinin ikrah doğurduğunu bildirib: “Xaricdəki ermənipərəst mərkəzlərə xidmət edənlər çirkin kampaniyalarla böyük qələbəmizə kölgə salmağa cəhd göstərirlər. Maraqlıdır ki, Ermənistan bu müharibədən tam məğlub ayrıldığını etiraf etsə də, radikal müxalifət və düşərgənin xaricdəki uzantıları bunun əksini iddia etməyə çalışırlar”.
R.Hüseynov deyib ki, bunun adı ermənidən betər ermənilikdir: “Qələbəmiz barədə bir kəlmə xoş söz deməyi özünə sığışdırmayanların bu gün Ermənistanın rəzil məğlubiyyətini gizlətməyə çalışmaları onların hansı məqsədlərə xidmət etdiklərini bir daha aşkara çıxarır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11

