Əli Əliyevin siyasi sayıqlamaları
04.09.2021 [08:12]
Yaxud reallıq hissini itirmiş məsuliyyətsiz “siyasətçi”nin xalqı aldatmaq cəhdi
Ötən il 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionun lider dövləti olmaqla yanaşı, dünyanın aparıcı ölkələri, həmçinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. İstər beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyimiz, istərsə də ölkəmiz tərəfindən irəli sürülən qlobal təşəbbüslərin dəstəklənməsi bir daha Azərbaycanın yaxın tərəfdaş qismində qəbul olunmasını təsdiqləyən faktorlardır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin qlobal COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin təşkili, bütün dünyada virusa qarşı ən effektiv vasitə kimi qəbul edilmiş vaksinlərin ədalətli bölüşdürülməsi haqqında fikirləri də beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb və dəstəklənib. Bununla yanaşı, ölkəmizin apardığı uğurlu və müstəqil xarici siyasət kursu dünya miqyasında Azərbaycanın nüfuzunun artmasını şərtləndirib. Məhz bunun nəticəsidir ki, həm 44 günlük Vətən müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə aparıcı dövlətlər, beynəlxalq təşkilatlar ölkəmizin haqq işini dəstəklədi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Xüsusi olaraq qeyd edilməlidir ki, işğaldan azad edilən regionların bərpası prosesində yaxından iştirak etmək arzusunu dilə gətirən dövlətlər və şirkətlər Azərbaycanı regionun təhlükəsizlik qarantı kimi qəbul etməkdədir.
Maraqlıdır ki, bu qədər nailiyyətlərin əldə olunması, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması bir erməniləri, bir də illərdir ki, xaricdəki ermənipərəst mərkəzlərin sifarişləri əsasında “siyasət” yürüdən, “beşinci kolon” funksiyasını həyata keçirən radikal müxalifət düşərgəsini narahat etməkdədir. Radikal düşərgə təmsilçilərinin sosial şəbəkələrdə antimilli, heç bir arqumentə söykənməyən fikirlərlə ölkəmizin uğurlarını hədəfə alması, həmçinin xalqı aldatmaq cəhdi isə heç də təsadüfi sayıla bilməz. Çox uzağa getməyək. Son vaxtlar gündəmə gəlmək və bundan “özünəməxsus” şəkildə bəhrələnmək üçün ermənipərəst Sevinc Osmanqızının “aparıcı ekspertinə” çevrilmiş Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin fikirlərinə, daha dəqiq desək siyasi sayıqlamalarına diqqət yetirdikdə buna bir daha şahid oluruq.
Məsələn, iki ilə yaxındır ki, dünyanı cənginə almış, milyonlarla insanın həyatını itirməsinə səbəb olan COVID-19 pandemiyasına qarşı mübarizənin ən vacib elementi sayılan vaksinasiyaya qarşı antikampaniya Əli Əliyevin ən sevimli “mövzularından” birinə çevrilib. İstər Ümumdünya Səhiyyə Təşkilatının, istərsə də dünyanın aparıcı tibb mərkəzlərinin vaksinasiyanın effektivliyi ilə bağlı fikirlərini qulaqardı edən Ə.Əliyevin bu davranışı, əslində təxribatçılıq, o cümlədən insanların həyatına qarşı qəsd sayılmalıdır. Hətta bir az da uzağa gedərək vətəndaşları vaksinasiyaya qarşı “mübarizəyə” səsləyən bu “həkim”in hansı dəhşətli nəticələrin axtarışında olması bəlli deyil. Hazırda COVID-19-a yoluxmanın artan dinamika ilə inkişaf etdiyi, ölüm sayının artdığı bir vaxtda insanları vaksin olunmamağa çağırmaq onların sağlamlıqlarını təhlükə qarşısına qoymaq deməkdir ki, Ə.Əliyev bu gün məhz belə bir ziyanlı fəaliyyətlə məşğuldur.
Lakin reallıq hissini itirmiş Ə.Əliyevin antimilli fəaliyyəti yalnız vaksinasiyaya qarşı apardığı antitəbliğat kampaniyası ilə bitmir. Azərbaycanın xarici siyasət kursunu hədəfə almağa çalışan, 44 günlük Vətən müharibəsindəki Zəfərimizi və torpaqlarımızın işğaldan azad edilməsi faktını inkar edən, həmin regionlarda aparılan bərpa-quruculuq fəaliyyətinə qarşı cəbhə açan Ə.Əliyev bununla bir daha öz simasını Azərbaycan ictimaiyyətinə göstərir. Adını “partiya sədri” qoymuş və “siyasətlə məşğul olduğunu iddia edən” Ə.Əliyev ölkəmizin regionda yaratdığı yeni geostrateji reallıqları belə görməzdən gəlir, təhrif etməyə cəhd göstərir. Bütün dünyaya bəllidir ki, Vətən müharibəsindəki tarixi qələbə sayəsində Azərbaycan nəinki öz ərazi bütövlüyünü bərpa edib, hətta dünyanın yeni kommunikasiya qovşağını yaratmaq uğrunda uğurlu fəaliyyət nümayiş etdirir. Ə.Əliyev kimi qaragüruh təfəkkürə malik birisi isə bütün bu görülən işlərə, əldə olunan nailiyyətlərə qarşı antikampaniya aparır. Təbii ki, bu xəyanətkar fəaliyyətin arxasında dayanan məqsəd “siyasi dividend” qazanmaq, xalqı aldatmaq və manipulyasiyaya yol verməkdən ibarətdir. Amma Azərbaycan xalqı Ə.Əliyev kimilərinə yaxşı bələddir və onların yalanlarına heç kim inanmır. Belə demək mümkündürsə, S.Osmanqızının ermənipərəst kanalının “sevimli eksperti” kimi danışdığı yalanlar Ə.Əliyevi yalnız xaricdəki antiazərbaycançı mərkəzlərin “sevimlisinə” çevirə bilər...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

