Xalqımız öz ordusu ilə qürur duyur
22.06.2010 [08:56]
İyun ayının 19-da Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının fəalları 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə cəbhə xəttində olublar. Vətənin keşiyində duran zabit və əsgərlərlə keçirilən görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil respublikamızda Milli Ordu quruculuğunda misilsiz xidmətlərindən geniş söhbət açıb: “ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə quruculuq prosesinə start verildi. Eyni zamanda, məhz Ulu öndərin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdı. 1993-cü il noyabrın 1-də Müdafiə Şurası yaradıldı, noyabrın 2-də isə Ulu öndər Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı televiziya və radio ilə xalqa müraciət etdi. Bu müraciət Azərbaycan Silahlı Qüvvələri quruculuğunda yeni mərhələnin - Heydər Əliyev mərhələsinin başlanğıcı oldu. ümummilli lider Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı Fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə malik tarixi bir addım atıb. Bu gün isə Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyilə ordumuz hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır”.
çıxışının sonunda əsgər və zabitləri 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edən Sədaqət Vəliyeva onlara uğurlar arzulayıb.
çıxış edən Nizami rayonu İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova Milli Ordumuzun yaranmasının növbəti ildönümü münasibətilə görüşdə iştirak edən zabit və əsgərləri təbrik edib, onlara müstəqil dövlətimizin hərbi qüdrətinin, ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsində uğurlar və tezliklə torpaqlarımızın işğaldan azad olunmasını arzulayıb.
Daha sonra görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının Qadınlar Şurasının sədri Sevda Abdullayeva, partiya fəalı Mübariz Həsənov, rayon təşkilatının BNEZ ilk partiya təşkilatının sədri Samir Əhmədov ordumuzun düşmən həmləsinə hər an layiqincə cavab verməyə hazır olduğunu bildiriblər. Onlar ordu ilə xalqın möhtəşəm birliyini qeyd edərək əsgərlərimizə Vətən qarşısında müqəddəs borclarını layiqincə yerinə yetirmələrini arzulayıblar.
çıxış edən hərbçi Azər Əhmədov isə deyib ki, partiya fəallarının cəbhə xəttində əsgər və zabitlərlə görüşə gəlməsi onu göstərir ki, xalqımız öz ordusu ilə qürur duyur.
Sonra əsgərlərə hədiyyələr verilib.
Konsert proqramı ilə başa çatan görüş hərbi hissənin zabit və əsgərlərində xoş əhval-ruhiyyə yaradaraq, onların böyük sevincinə səbəb olub.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

