Azərbaycanın qətiyyətli mövqeyi Ermənistanı dalana dirəyib
24.06.2010 [09:39]
Son bir neçə gün ərzində işğalçı Ermənistanın silahlı qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozmaqdadır. Münaqişə zonasındakı atışmalar nəticəsində iki Azərbaycan əsgəri şəhid olub, düşmən tərəfinin isə 10 əsgəri öldürülüb. Təbii ki, baş verənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olan qüvvələri narahat etməkdədir və bu narahatlıq bəyanatlar şəklində beynəlxalq ictimaiyyətə çatdırılıb. Məsələn, ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi və xarici işlər naziri Kanat Saudabayev Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində iyunun 18-dən 19-na keçən gecə ölümlə nəticələnmiş insidentlə bağlı öz ciddi narahatlığını ifadə edib. O, gələcəkdə buna bənzər hadisələrin qarşısını almaq üçün tərəfləri müəyyən ölçülər götürməyə çağırıb. Cənab Saudabayev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində danışıqları davam etdirməkdən başqa alternativ yoxdur. öz növbəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Piter Semnebi və ATƏT-in Minsk qrupunun həmsədrləri də bəyanat verərək, atəşkəs rejiminin pozulmasını pisləyiblər.
İşğalçı öz adı ilə çağırılmalıdır
Bütün bunlar beynəlxalq aləmin Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasından ciddi narahatlıq keçirdiyini bir daha təsdiqləyir. Lakin təəssüflər olsun ki, nüfuzlu beynəlxalq qurumlar, xüsusilə, münaqişənin həllində ədalətli və tərəfsiz vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri hələ də işğalçını öz adı ilə çağırmırlar. Daha dəqiq desək, əvvəllər olduğu kimi, bu dəfə də atəşkəsin məhz işğalçı Ermənistan tərəfindən pozulduğu hər kəsə gün kimi aydındır. O da məlumdur ki, düşmən tərəfinin növbəti təxribatının məhz indiki ərəfədə qeydə alınması da təsadüfi deyil. Yəni, sülh danışıqları prosesində dalana dirənən işğalçı ölkəni idarə edən kriminal rejim bəhanələr və yalanlar erasının sona çatdığının fərqindədir. Sarkisyan rejimi yaxşı başa düşür ki, bu vaxta qədər müxtəlif bəhanələrlə uzatmağa nail olduğu danışıqlar prosesi artıq sona yaxınlaşıb. Hətta Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının bu ilin yanvarında Sankt-Peterburqda keçirilən görüşündə Azərbaycan Madrid prinsiplərini qəbul etdiyini bildirsə də, işğalçı tərəf sözügedən məsələyə dair rəsmi mövqe bildirmək üçün iki həftə vaxt istəmişdi. Lakin aradan 6 ay keçməsinə baxmayaraq, Ermənistan yenilənmiş Madrid prinsiplərini qəbul edib-etməməsinə dair heç bir mövqe sərgiləmədi. Bunu nəzərə alan rəsmi Bakı isə haqlı olaraq beynəlxalq birliyi işğalçı ölkəyə təzyiqlər göstərmək üçün hərəkətə keçməyə çağırdı.
Ermənistan nə “hə”, nə də “yox” deyir
Bu yaxınlarda Türkiyədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə iştirakı çərçivəsində Azərbaycan jurnalistlərinə müsahibə verən Prezident İlham Əliyev dedi ki, Madrid prinsipləri ilə bağlı Ermənistandan nə “hə”, nə də “yox” cavabı gəlir: “Ermənistandan isə cavab yoxdur və hesab edirəm ki, həmsədr ölkələr bu məsələ ilə bağlı öz qəti fikrini bildirməlidirlər. Nə vaxta qədər Azərbaycan bu cavabı gözləməlidir?! Daha doğrusu, həmsədr ölkələrin özləri nə vaxta qədər bu cavabı gözləməlidirlər?! çünki yenilənmiş Madrid prinsipləri bizim təklifimiz deyildir, bu, üç həmsədr ölkənin təklifidir. Yəni, ümid edirəm ki, bu ölkələr öz təkliflərinə hörmətlə yanaşacaqlar və son aylar ərzində danışıqlar prosesində pozuculuq fəaliyyəti aparan Ermənistana ciddi siqnallar getməlidir. Əgər biz hamımız danışıqların davam etdirilməsinə maraqlıyıqsa, onda hər hansı bir addımlar atılmalıdır”.
Dövlət başçısı növbəti dəfə birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan hazırda müşahidə olunan status-kvonu heç vaxt qəbul etməyəcək və status-kvo dəyişməlidir.
Təsadüfi deyil ki, məhz bundan sonra Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycanın və Ermənistanın dövlət başçıları növbəti dəfə Sankt-Peterburqda bir araya gəldilər. Və bu görüşün ardından, daha doğrusu, iyunun 18-i və 19-da işğalçı ölkə tərəfindən növbəti dəfə atəşkəs rejimi pozuldu.
İşğalçılar çıxış yolunu təxribatda görür
Girişdə də qeyd etdiyimiz kimi, atəşkəs rejiminin pozulmasından narahat olan beynəlxalq qurumlar bununla belə məsələyə tam qiymət vermək istəmədilər. Yəni, bu qurumlar atəşkəs rejminin pozulmasından narahatlıq ifadə etməklə yanaşı, bunun yeganə günahkarının Ermənistan olduğunu bəyan etməliydilər. çünki indiyə qədər çətinə düşdüyü anlarda danışıqlar prosesini müxtəlif variantlarla pozaraq vaxt qazanmağa nail olan Ermənistan bu dəfə də “ənənəsinə” sadiq qaldı. Daha doğrusu, istər sülh sazişini imzalamağa yaxın olan Ter-Petrosyanı zərərsizlədirmək üçün həyata keçirilən “parlament terroru”, istər Rambuye danışıqlarında Robert Köçəryanın ermənilərə xas şəkildə aradan çıxması məhz bir məqsədə xidmət edib - işğal faktının uzadılmasına nail olmağa. Bu dəfə isə ermənilər cəbhədə atəşkəs rejimini pozmaqla “sudan quru” çıxmağa, yəni, müxtəlif vasitələrlə sülh danışıqlarını ləngitməyə cəhd edirlər. Yəni, diplomatik cəbhədə tam məğlubiyyətə uğrayan işğalçı Ermənistan çıxış yolunu atəşkəs rejimini pozmaqda görür.
Lakin düşmən ölkə diplomatik cəbhədə olduğu kimi, savaş meydanında da Azərbaycanın güclü müqaviməti ilə üzləşir. Məlum 18-19 iyun atışmaları zamanı işğalçı ölkənin 10 əsgərinin öldürülməsi Azərbaycan Ordusunun Vətənin keşiyində ayıq-sayıq dayandığını, düşmənin bütün həmləsinə layiqincə cavab verməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Növbəti dəfə hər kəsə bəlli oldu ki, daima Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edən Silahlı Qüvvələrimiz təkcə hücumları dəf etməyə deyil, eyni zamanda, istənilən an işğal altındakı torpaqlarımızı azad etməyə də hazırdır.
Bir sözlə, görünən odur ki, indiki məqamda hər hansı beynəlxalq təzyiqlə üzləşməyən Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində maraqlı deyil. Ona görə də, müxtəlif vasitələrlə ya münaqişənin həllini ləngitməyə, yaxud da ümumiyyətlə, sülh danışıqlarını gündəlikdən çıxarmağa çalışır. Deməli, belə bir halda regionda baş verəcəklərə görə işğalçı ölkə ilə yanaşı, münaqişənin həllində vasitəçilik missiyasını üzərlərinə götürən həmsədr dövlətlər də məsuliyyət daşıyacaq. çünki Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlunun APA-ya açıqlamasında qeyd etdiyi kimi, həmsədr ölkələr Ermənistanın əməllərinə son qoyulması üçün işğalçı ölkəyə təzyiq göstərməsələr, o zaman cəbhə xəttində baş verən belə toqquşmalar bütövlükdə regionda yeni bir vəziyyətin-müharibənin başlanmasına gətirib çıxarar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09

