Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənilər Kəlbəcər istiqamətində təxribat törədib: Atışma davam edir - RƏSMİ

Ermənilər Kəlbəcər istiqamətində təxribat törədib: Atışma davam edir - RƏSMİ

13.11.2021 [18:30]

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.

yeniazerbaycan.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

"Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda bildirilir.

Paylaş:
Baxılıb: 741 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31