Şərq Tərəfdaşlığı mühüm beynəlxalq platforma kimi...
16.11.2021 [10:18]
Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçirilib. Toplantıda iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Aİ, NATO və Ümumdünya Gömrük Təşkilatının rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.
Aİ-nin Şərq Tərəfdaşlığı proqramının ölkəmiz üçün üstünlükləri nədir? Nazirlərin toplantısı nələr vəd edir? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Onun sözlərinə görə, keçən əsrin 90-cı illərindən başlayan bu münasibətlərin dinamikası zaman-zaman fərqli olub: “Aİ-nin qonşuluq siyasətinə etdiyi düzəlişlər fonunda 2015-ci ildən etibarən müşahidə edilən sürətli geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində də maraqlı yeniliklərə səbəb olmaqdadır. Xüsusən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Aİ ilə Azərbaycan arasında münasibətlərin hansı xətt üzrə inkişaf edəcəyi ciddi maraq doğururdu. Görünən odur ki, Azərbaycanın Qarabağ zəfəri Aİ ilə münasibətlərimizin inkişafına əhəmiyyətli təsir göstərir. Çünki qazandığımız qələbə beynəlxalq müstəvidə mövqelərimizi daha da möhkəmləndirir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı proqramında fəal iştirak edir: “Bilirsiniz ki, Aİ-nin Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Azərbaycan öz haqq işini dünyaya çatdırmaq üçün bu beynəlxalq platformadan indiyə qədər səmərəli istifadə edib. Bundan sonra da belə olacaq. Şərq Tərəfdaşlığı proqramı Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə iqtisadi, siyasi sferada da ciddi üstünlüklər vəd edir. Cənubi Qafqazda yeni reallıqlar fonunda Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında iştirakının önəmi artır. Çünki İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni vəziyyət yaradıb. Bu bölgədə Azərbaycan söz sahibidir. Ona görə də, yeni reallıqlar fonunda Şərq Tərəfdaşlığına daxil ölkələrin xarici işlər nazirlərinin toplantısı Azərbaycan üçün mühüm tribunadır”.
Millət vəkili Rauf Əliyev isə hesab edir ki, 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməklə Azərbaycanın Cənubi Qafqazda geosiyasi mənzərəni kökündən dəyişməsi bütün qlobal güclərin regiona istiqamətlənmiş siyasətinə düzəlişlər edilməsi zərurətini ortaya qoydu: “Bu səbəbdən də Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin toplantısında uğurla təmsil olundu. Cənubi Qafqazda bundan sonrakı proseslərdə regionun lideri Azərbaycanla hesablaşmaq lazım gəlir. Bu məqam Aİ-Azərbaycan münasibətlərinin də hazırkı mərhələsi üçün əhəmiyyətlidir”.
Millət vəkili onu da söyləyib ki, Şərq Tərəfdaşlığına daxil edilən ölkələr arasında yalnız Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olması nəzərə alınarsa, Avropa İttifaqının enerji təhlükəsizliyinin təminində əsas rol oynaya bilən tərəf də məhz ölkəmizdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaması ölkəmizin bu platformada önəmini əhəmiyyətli dərəcədə artırır. Biz enerji ehtiyatlarımızı müxtəlif istiqamətlərdə nəql edən boru kəmərlərini çəkmişik, Avropa İttifaqının bazarlarına çıxışı əldə etmişik və gələcəkdə daşınan enerji ehtiyatlarının həcmi daha da artacaq. Bu, hər iki tərəfə məhsuldar əməkdaşlıqdan bəhrələnmək imkanı yaradacaq .
“Avropa İttifaqı bölgədə uzunmüddətli sülhün təmin olunması üçün Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesində vasitəçi olmağı da təklif edib. Bu, o deməkdir ki, Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə töhfələrini verməyə hazırdır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizin bərpasında Aİ-nin iştirakı Şərq Tərəfdaşlığı müstəvisində əməkdaşlığımızın əyani göstəricisi ola bilər. Ona görə də, Aİ bu prosesdə də öz töhfəsini verməlidir”,-deyə R.Əliyev vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10

