/ / Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin arasında görüş keçirilib
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin arasında görüş keçirilib
03.08.2010 [09:47]
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə bu ilin yanvarında Bakıda keçirilmiş Humanitar Forumdan sonrakı müddətdə iki ölkənin mövcud strukturları arasındakı əlaqələr müzakirə edilib, həmin Forumun gələcəkdə Beynəlxalq Humanitar Forum kimi mütəmadi surətdə təşkil olunması və keçirilməsi ilə bağlı iki ölkə prezidentlərinin təşəbbüsünə uyğun olaraq bəzi təşkilati məsələlər və onların həyata keçirilməsinin detalları haqqında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Forumun hər il sentyabr ayında Bakı şəhərində, “Bakı Beynəlxalq Humanitar Forumu” adı ilə yaxın və uzaq xarici ölkələrdən dəvət olunmuş nüfuzlu elm, təhsil, mədəniyyət, incəsənət, ictimai-siyasi və digər nümayəndələrin iştirakı ilə keçirilməsi qərara alınıb.
Administrasiya rəhbərlərinin görüşün
də Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərin digər aktual məsələləri də müzakirə olunub və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı ümumi razılığa gəlinib. Xüsusən, iki ölkə arasında ictimai-siyasi, iqtisadi, mədəniyyət, informasiya və s. sahələrdə ikitərəfli və çoxtərəfli məsələlərlə bağlı birgə və ortaq maraqlardan çıxış edərək, səmərəli qarşılıqlı fəaliyyətin formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub.
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin avqustun 2-də Şəhidlər Xiyabanına da gələrək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Rusiya Prezidenti Administrasiyasının rəhbərinə Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Sergey Narışkin Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

