Azərbaycan Ermənistanın informasiya məkanına nəzarət edir
10.08.2010 [09:49]
Məlum olduğu kimi, Ermənistan artıq 17 ildir ki, Azərbaycanın 20 faizə qədər torpaqlarını işğal altında saxlayır. Bu müddət ərzində münaqişənin nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə danışıqlar aparılsa da, həm Ermənistanın qeyri-konstruktiv mövqeyi, həm də müəyyən siyasi-hərbi güclərin ikilistandartlı yanaşması ucbatından konkret nəticə əldə olunmayıb. Amma bütün bunlara baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ermənistanla təkcə səngərlərdə deyil, eyni zamanda, bütün sferalarda - hərbi, siyasi, iqtisadi və s. istiqamətlərdə müharibə aparır və uğurlu nailiyyətlər əldə edir. Mübarizənin aparıldığı belə sahələrdən biri də məhz, informasiya məkanıdır.
Dövlətimizin başçısının göstərişlərinə əsasən, Azərbaycan hücum diplomatiyası taktikasından istifadə edərək, həm Ermənistanı beynəlxalq arenada sıxışdırır, həm də dünya ictimaiyyətinin rəyini formalaşdıran mediaya göz qoyur.
Artıq Azərbaycanın apardığı silahsız müharibədə ölkəmiz Ermənistanın daxili informasiya məkanına da nəzarəti ələ alıb. Nəzarət dedikdə, onu nəzərdə tuturuq ki, erməni KİV-ləri ölkələri ilə bağlı yayılmış informasiyaları ilk olaraq, Azərbaycan mediasından əldə edirlər. Ermənistanın siyasi institutları isə yayılmış hər hansı xəbəri yalnız bu mərhələdən sonra təsdiq və ya təkzib edir. Bu isə o deməkdir ki, Azərbaycanın mediası Ermənistanın ictimai rəyinə asanlıqla təsir etmək gücündədir. Vəziyyət artıq o həddə çatıb ki, Ermənistanın yerli mətbuat orqanları bu məsələlərlə əlaqədar olaraq, hakimiyyəti top atəşinə tutublar.
Belə ki, Ermənistan KİV-ləri narahatdırlar ki, son vaxtlar Azərbaycan media resursları Ermənistanın ictimai-siyasi həyatı haqqında xəbərləri erməni mətbuatından daha operativ yayır. “Qrapark” qəzeti yazır: “Ermənistan XİN-in “futbol diplomatiyası” o qədər möhkəmlənmişdir ki, erməni jurnalistlərini top kimi diyirlətmək adi hala çevrilmişdir”. AzərTAc “Armenia Today” agentliyinə istinadla xəbər verir ki, Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan jurnalistlərin suallarına cavab verməkdən imtina edərək, sualları yalnız yazılı şəkildə göndərməyi tələb edir. Qəzet yazır ki, ancaq bu da kömək etmir, suallar cavabsız qalır. “Qrapark” qəzetinin yazdığına görə, XİN-in mətbuatla əlaqə idarəsinin necə “operativ” işləməsini xarici KİV-ləri izləməklə müəyyən etmək olar. Məsələn, qəzetin müxbirinin XİN-in mətbuat katibindən Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfərinin vaxtını öyrənmək cəhdləri boşa çıxıb. Nəşr yazır: “Təəccüblüdür ki, biz bu xəbəri Azərbaycan KİV-lərindən öyrəndik”.
Hər halda, jurnalistin bu məsələni ilkin mənbədən dəqiqləşdirmək cəhdi də uğursuz olub. Bu arada isə məlum olub ki, T.Balayan məzuniyyətdə olduğundan, bu suala cavab vermək iqtidarında deyildir. XİN-in mətbuat katibinin “məşğul” olması üzündən jurnalistlər bu məsələnin təfərrüatlarını XİN-in başqa əməkdaşlarından öyrənməli olublar. Dəstəyi qaldıran ilk əməkdaş cavab verib ki, o, nazirlikdə staj keçir və bu cür suallara cavab vermək səlahiyyəti yoxdur. Sonra jurnalistləri bu kabinetdən o kabinetə top kimi diyirlətməyə başlayıblar.
Uzun sürən çəkişmələrdən sonra jurnalistlər, nəhayət ki, Ermənistan XİN-in mətbuat katibinin vəzifələrini yerinə yetirən şəxsin telefon nömrəsini öyrəniblər. Məlum olub ki, iş vaxtı olmasına baxmayaraq, o, yerində yoxdur. Qəzetin müxbirləri T.Balayanın vəzifəsini icra edən şəxsə, nəhayət ki, zəng edib Azərbaycan KİV-lərinin yaydığı xəbərin səhih olub-olmamasını dəqiqləşdirməyə çalışıblar. Cavab isə belə olub: “Suallarınızı yazılı şəkildə göndərin”.
XİN-in suala cavab verməkdən imtina etmiş nümayəndəsi üstəlik jurnalistlərin onun mobil telefonuna zəng vurmasından da narazı qalıb.
Göründüyü kimi, Azərbaycanın hesablanmış diplomatik gedişləri Ermənistanı tamamilə hərəkətsiz vəziyyətə salıb. Bu Azərbaycan mediasına bir işarədir ki, artıq dövlət lazımi addımları atıb və növbə Azərbaycan mətbuatındadır. Yəni, Azərbaycanın mətbuat orqanlarının yaydığı informasiya Ermənistan daxilində bomba kimi partlaya bilər.
Bir sözlə, Prezident İlham Əliyev bu gün yürütdüyü rasional diplomatiya vasitəsilə Azərbaycanın xarici siyasətini ölkəmizin qalxanına çevirməyi bacarıb. Yaradılmış bu sistem Azərbaycanı istənilən təzyiqlərdən müdafiə etməyə hazırdır. Mətbuatımız isə qələmləri silah əvəzi tutaraq, işğalçıya ölümcül zərbələr endirməlidir...
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

