Ermənistan iş qabiliyyətli əhalisini tamamilə itirə bilər
07.08.2010 [12:39]
Bu günlərdə nüfuzlu “Gallup” təşkilatının MDB dövlətlərində respondentlər arasında apardığı sorğunun nəticələrinə görə, Ermənistanda əhalinin 44 faizi xaricdə işləmək istəyir. Sorğunun keçirildiyi ölkələr arasında xaricdə işləmək istəyənlərin faiz göstəricisinə görə Ermənistan birinci yerdədir. Xatırladaq ki, “Gallup” təşkilatı MDB məkanında dəfələrlə bu cür sorğular gerçəkləşdirib. Sonuncu belə sorğulardan birinin nəticələrinə əsasən əhalinin ölkə rəhbərliyinə göstərdiyi etimadın səviyyəsinə görə 77 faizlə Azərbaycan liderlik edir. Qeyd edək ki, 1958-ci ildən etibarən fəaliyyət göstərən “Gallup” təşkilatı 140-dan çox ölkədə mütəmadi olaraq sosioloji sorğular həyata keçirir. Yarandığı vaxtdan bu günə qədər tərəfsizliyini qoruyub saxlayan təşkilatın keçirdiyi sorğuların nəticələri beynəlxalq miqyasda maraqla izlənilir. Bu gün bütün dünyada “Gallup” təşkilatı ictimai rəyi obyektiv əks etdirən etibarlı mənbə kimi tanınır. Bu baxımdan, təşkilatın keçirdiyi son sorğunun nəticələri kifayət qədər ciddi qəbul olunur.
İşğalçı Ermənistana gəlincə, əslində bu ölkədə işsizliyin ən yüksək həddə çatması, insanların iş tapmaq məqsədilə kütləvi surətdə xarici ölkələrə üz tutması faktı bundan öncə də məlum idi. Lakin “Gallup” təşkilatının keçirdiyi sorğu qonşu ölkədə vəziyyətin nə qədər acınacaqlı olduğunu bir daha ortaya qoymuş oldu. Ermənistan əhalisinin yarısının ölkədən getmək istəyinə əsas yaradan amillərdən xəbərdar olmaq üçün isə sadəcə ölkənin bugünkü siyasi, iqtisadi durumuna nəzər salmaq kifayətdir. Belə ki, Ermənistan iqtisadiyyatında illərdir geriləmə müşahidə olunur, müəssisələr fəaliyyətini dayandırır, banklar sıradan çıxır, əhalinin güzəranı gündən-günə pisləşir. Digər tərəfdən, iqtisadiyyatın bütün sahələrində monopoliya, özbaşınalıq baş alıb gedir. İldən-ilə artmaqda olan xarici borclar üzündən ölkənin gələcəyi də ciddi təhlükə altına düşüb.
Büdcənin boşalmasının qarşısını almaq məqsədilə hökumət son bir neçə ildə kommunal xidmətlərin qiymətlərini dəfələrlə artırıb. Bütün bunlarla bərabər inflyasiya və bahalaşma da Ermənistan əhalisinin maddi vəziyyətini xeyli ağırlaşdırıb. Nəticədə, insanlar yeganə çıxış yolunu yaşayışlarını təmin etmək üçün xaricə getməkdə görürlər. Hazırda Ermənistanda yaşayan ailələrin böyük əksəriyyətinin yeganə dolanışıq mənbəyi xaricdə işləyən qohumlarının göndərdikləri vəsaitdir. Lakin son illərdə dünyada gedən iqtisadi proseslər bu vəsaitlərin həcmində azalmaya, deməli Ermənistanın əsas gəlirlərin bir hissəsindən məhrum olmasına gətirib çıxarıb. Belə vəziyyətdə isə Ermənistan rəhbərliyinin səriştəsizliyi özünü daha aydın şəkildə göstərir. Sarkisyan hakimiyyəti isə yaranmış vəziyyətin səbəblərini aradan qaldırmaq əvəzinə gülünc qərarlarla əhalinin ölkəni tərk etməsinin qarşısını almağa çalışır. Belə ki, ermənilərin kinayə ilə “hava vergisi” adlandırdığı, hökumətin ötən il təyyarə reyslərinə biletlərin qiymətini 10 000 dram artırması qərarı da Ermənistanı tərk edənlərin sayını azalda bilməyib. Son illər ərzində təkcə kütləvi miqrasiya üzündən ölkə əhalisinin yarısını itirən Ermənistanın ciddi demoqrafik böhranla üzləşdiyi şübhəsizdir. Qeyd edək ki, Ermənistan əhalisinin sürətlə azalmasının səbəbi təkcə miqrasiya ilə bağlı deyil. Beynəlxalq təşkilatların və Ermənistan Səhiyyə Nazirliyinin ölkədə apardığı araşdırmalara əsasən əhalinin azalmasının səbəblərindən biri də getdikcə artan xəstəliklərdir. Eyni zamanda ölkənin nəinki ucqar bölgələrində, hətta əsas şəhərlərində də uşaq ölümü hallarında yüksək artım müşahidə olunur.
Ağır sosial-iqtisadi durumun yaratdığı problemlər, əhalinin kütləvi miqrasiyası, Sarkisyan rejimindən narazılıq Ermənistan daxilində siyasi gərginliyi də artırıb. Beləliklə, rəsmi Yerevan anlamalıdır ki, regional əməkdaşlıqdan kənarda qalan Ermənistanın bir dövlət kimi məhvə doğru irəliləyir və işğalçı siyasətə son qoymadan dövləti bu fəlakətlərdən qurtarmaq mümkün deyil.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37

