Bu gün sürətlə inkişaf edən Azərbaycan sabitləşmə dövründən modernləşmə dövrünə keçib
10.08.2010 [10:03]
Məqalədə Azərbaycan dövlətinin təşəkkülü və inkişafı faktoloji material əsasında yeni müstəqil dövlətlərin gündəliyində duran başlıca məsələ - totalitarizmdən demokratiyaya, komanda iqtisadiyyatından azad bazar münasibətlərinə, böyük bir imperiyanın tərkib hissəsindən milli dövlətə keçidin zəruri olması məsələsi təhlil edilib. Azərbaycan bu yolda keçid dövrünün mürəkkəb şəraitində siyasi, iqtisadi və sosial böhranları dəf etməli olub. Vəziyyəti mürəkkəbləşdirən bir amil də ondan ibarət idi ki, Azərbaycan özünün iradəsindən asılı olmayaraq qonşu Ermənistanla silahlı münaqişəyə cəlb edilib. Akademik R.Mehdiyev məqaləsində yazır: “Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı özlərinin daimi yaşayış yerlərindən zorla qovulmuş və ya həmin yerləri tərk etməyə məcbur olmuşdur. Azərbaycan yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hərtərəfli düşünülmüş və uzaqgörən siyasəti sayəsində XXI əsrə siyasi və iqtisadi cəhətdən sabit dövlət kimi qədəm qoya bilmişdir”.
ölkəmiz Azərbaycanın fəaliyyət qabiliyyətini sınağa çəkən iqtisadi böhrandan da şərəflə çıxıb. Müəllif yazır: “Enerji daşıyıcılarının qiymətinin kəskin azalmasına baxmayaraq, Azərbaycan büdcə kəsirini aşağı səviyyədə, dövlətin xarici borcunu tənzimlənən səviyyədə saxlamaq, milli valyutanın sabitliyini və valyuta ehtiyatlarının qorunmasını təmin etmək sahəsində özünün əsas vəzifələrini yerinə yetirmişdir. Dövlət xərclərinə münasibətdə məqsədyönlü və mühafizəkar siyasət, böhrana qarşı vaxtında görülmüş tədbirlər sayəsində ölkəmiz beynəlxalq maliyyə təsisatlarının kreditlərini cəlb etmək zərurətindən xilas olmuş, bu isə milli iqtisadiyyatın sabit və davamlı olmasını bir daha təsdiqləmişdir.
2009-cu ilin yekunları göstərir ki, keçən il Azərbaycanda üDM 9,3 faiz artmışdır. Bundan əlavə, nəzərdə tutulan bütün infrastruktur layihələri və sosial proqramlar həyata keçirilmişdir. Dünya iqtisadiyyatının heç də ürəkaçan olmayan xarakteristikaları fonunda 9,3 faiz rəqəminin özü əyani şəkildə göstərir ki, 2009-cu il Azərbaycan üçün çox uğurlu olmuşdur. Hələ 2008-ci ildə ölkəmizin iqtisadiyyatı bütün Cənubi Qafqaz iqtisadiyyatının 2/3 hissəsini təşkil edirdi”.
Beləliklə, Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatıb: ölkədə onun öz resurslarına əsaslanan liberal, müstəqil, davamlı iqtisadiyyat qurulub.
Modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir, prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur. Müəllif yazır: “Biz belə güman edirik ki, bu, ictimai şüurun daha da demokratikləşməsinə gətirib çıxaracaq, vətəndaş cəmiyyətinin bazisinin təşəkkülü mərhələsini başa çatdırmağa, “azad vətəndaş - güclü dövlət” konseptinin şüurlu şəkildə başa düşülməsinə şərait yaradacaqdır”.
Milli inkişafda intellektual dirçəliş məsələsinə toxunan akademikin fikrincə, Azərbaycan dövlətçiliyinin davamlı və sabit inkişafının əsas amili kimi, təhsilin və elmin səviyyəsini, gənclərin intellektual səviyyəsini daim artırmaq zəruridir. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı da bu mühüm vəzifənin yerinə yetirilməsinə xidmət edir. Həmin proqram çərçivəsində Dövlət Neft Fondunun vəsaitləri hesabına təqribən 5000 nəfərin xaricdə təhsil alması nəzərdə tutulur.
R.Mehdiyev Azərbaycan-Rusiya münasibətlərinin dinamizmini vurğulayaraq, ölkələrimiz arasında əməkdaşlığın tamamilə yeni müstəviyə - Azərbaycan-Rusiya strateji əməkdaşlıq müstəvisinə keçdiyini qeyd edir.
Məqalədə deyilir: “İkitərəfli münasibətlərin yeni səviyyəsinin təsbit olunduğu əsas sənəd 2008-ci ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə”dir.
Akademik R.Mehdiyev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi probleminə toxunaraq qeyd edir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın vasitəçilik səyləri, Rusiya Prezidenti D.Medvedevin danışıqlar prosesində şəxsən iştirak etməsi Azərbaycanda yüksək qiymətləndirilir.
Məqalədə qeyd edilir ki, iki dövlət arasında hərbi və hərbi-texniki əməkdaşlıq inkişaf edir, iqtisadi sahədə olduğu kimi, qarşılıqlı faydalı əməkdaşlıq da Azərbaycan-Rusiya münasibətlərinin mühüm tərkib hissələrindən biridir. Müasir mərhələdə Azərbaycan-Rusiya münasibətlərinin bütün spektrini, o cümlədən humanitar əlaqələri də təsbit edən tərəfdaşlıq “getdikcə zənginləşən, daha yeni çalarlar kəsb edən ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin varisliyini bir daha sübut edir. Təcrübə göstərir ki, Azərbaycan və Rusiya liderlərinin görüşləri dövlətlərimizin əməkdaşlığının inkişafına həmişə müsbət təsir göstərmiş, bu prosesləri sürətləndirmiş, onlara yeni təkan və keyfiyyətcə yeni məzmun vermişdir. Bundan əlavə, həmin görüşlər Cənubi Qafqazda ümumi siyasi atmosferə əlverişli təsir göstərir”.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik R.Mehdiyevin fikrincə, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üzrə nəzərdə tutulan proqramların uğurla həyata keçirilməsinin ən etibarlı qarantı isə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Dmitri Medvedev arasında mövcud olan, qarşılıqlı etimada əsaslanan xalis insani münasibətlərdir.
Xəbər lenti
Hamısına baxGündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16

