KİV-lər seçki prosesini bütün mərhələlər üzrə obyektiv işıqlandırmalıdır
26.08.2010 [09:12]
Məlumdur ki, seçki prosesində siyasi qüvvələrin təbliğat-təşviqatını işıqlandıran, eyni zamanda, ortaya çıxan problemləri obyektiv və qərəzsiz şəkildə ictimaiyyətə çatdıran vasitə KİV-lərdir. Bu baxımdan dünyanın bütün demokratik və azad ölkələrində fəaliyyət göstərən mətbuat vasitələri siyasi kampaniyalar zamanı daha fəal olurlar və çalışırlar ki, seçki prosesinin bütün mərhələlərində görünən hər bir məqamı obyektiv şəkildə işıqlandırsınlar. Belə demokratik və azad ölkələrdən biri də, məhz Azərbaycan olduğundan, burada da KİV-lərin seçki prosesini müstəqil şəkildə işıqlandırması üçün bütün imkanlar yaradılıb.
Hələ 1998-ci ilin avqust ayında ümummilli lider Heydər Əliyevin mətbuat üzərindəki senzuranı ləğv etməsi, sonradan isə bir sıra mühüm sərəncam və fərmanlar verməsi ilə KİV-lərin Azərbaycanda məlumatı obyektiv, qərəzsiz və mövqe nümayiş etdirmədən ictimaiyyətə çatdırmasına əlverişli şərait formalaşdırılıb. Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də imzaladığı Fərman və sərəncamlarla “dördüncü hakimiyyət” sektorunun inkişafına öz töhfəsini verib və bu gün də verməkdədir.
Amma ölkəmizdə KİV-lə bağlı bir sıra problemlər hələ də qalmaqdadır. Bu problemlər isə əsasən, müxalifət qəzetlərinin “qara piar” kampaniyası ilə məşğul olması, cəmiyyətimizin nüfuzlu şəxslərinin, ziyalılarının ailə həyatına müdaxilə etməsi, onların işgüzar həyatına zərbə vurması, hətta bu kampaniyalarını digər obyektiv və qərəzsiz mövqeyilə fərqlənən qəzetlərin adına yazması ilə bağlıdır.
Məlumat üçün bildirək ki, seçki prosesi 3 mərhələdən ibarətdir: seçki gününə qədər, seçki günü və seçki günündən sonra. Göstərilən bu mərhələlər üzrə müxalifət qəzetlərinin fəaliyyətini araşdırdıqda yuxarıda göstərdiyimiz problemlərin nədən ibarət olduğu daha aydın şəkildə ortaya çıxır.
Belə ki, qarşıdan gələn parlament seçkilərinə hələ rəsmi olaraq start verilməsə də, artıq bəzi müxalifət qəzetləri “qara piar” maşınlarını işə salaraq, divident qazanmağa çalışırlar. Bunun da səbəbləri aydındır. Axı, bələdiyyə seçkilərində müxalifətin, ümumiyyətlə, ictimai dəstəyə malik olmadığı üzə çıxmışdı. Ona görə də, uzun illər boyunca sadəcə “səs-küy” salmaqla məşğul olan radikal müxalifət növbəti dəfə siyasi meydandan məğlub durumda ayrılmağın eyiblərini ört-basdır etmək və parlament seçkilərində bir neçə yer qazanmaq üçün bütün “imkanlarını” işə salmaq fikrinə düşüb.
Əlbəttə ki, dövlət seçkilərdə iştirak edən aktiv və passiv seçicilər üçün bütün imkanları yaradıb. Namizədlərə təbliğat-təşviqatı aparmaq üçün televiziyalarda bərabər şərait formalaşdırılıb. Amma o da məlumdur ki, sivil cəmiyyətlərdə siyasi mübarizə “qara piar”la deyil, intellektlə aparılır. Yəni, seçkilərdən başı uca çıxmaq istəyən şəxslər təbliğatını elə qurmalıdır ki, insanların səsini alsın, onların dəstəyini qazansın. Məğlub olanlar isə siyasi mədəniyyətinin göstəricisi olaraq, məğlubiyyətini etiraf etməli və qalibi təbrik etməlidir.
Seçkilərə sosial dəstəyi olmadan gedən radikal müxalifət 125 dairənin hamısından namizəd vermək üçün belə adam tapmayıb. Hər halda, hər bir siyasi qüvvə malik olduğu dəstəyin göstəricisilə seçkilərə getdiyinə görə, müxalifəti bu qüsuruna görə qınamırıq. Amma araşdırmalar nəticəsində daha bir narahatedici məqam ortaya çıxır. Bu isə təcrübədən də bəlli olduğu kimi, seçki günündən sonrakı mərhələ ilə bağlıdır. Yəni, istənilən dairədə seçkiləri izləyərkən, həmçinin, müxalifət müşahidəçilərindən qanun pozuntusu ilə bağlı soruşarkən, onlar hər şeyin normal olduğunu və seçki prosesinin qanunauyğun şəkildə keçdiyini söyləyirlər. Hətta səsvermə prosesi başa çatdıqdan sonra protokollara da imza atan müxalifət, nədənsə, sonradan şou düzənləməyə başlayır. Bunun isə nəyə xidmət etdiyini, hansı səbəblər üzündən baş verdiyini bilmək o qədər də çətin deyildir...
Qeyd edək ki, Avropa ölkələrində, ABŞ-da və digər ölkələrdə siyasi mübarizə meydanında məğlub olmuş siyasətçilər rəqiblərini təbrik edir və gələcək işinə uğurlar arzulayır. Əlbəttə ki, bu onların siyasi şüurunun və siyasi mədəniyyətinin səviyyəsindən irəli gələn amildir. Amma ötən əsrin ab-havası ilə yaşayan, meydan təfəkküründən uzaq düşə bilməyən Azərbaycandakı radikal müxalifətin məğlubiyyəti etiraf etmək və rəqibi təbrik etmək kimi keyfiyyətlərinin olmaması, onların siyasi mədəniyyətin inkişaf tendensiyasından kənar düşmələrinə işarə edir.
Məhz haqqında danışdığımız problem də bundan irəli gəlir. Yəni, seçkilərə ictimai dəstəksiz gedən müxalifət qalib gəlmədiyi üçün qəzetlərində əsassız fikirlərlə çıxış etməyə başlayır, beynəlxalq müşahidəçilərin haqqında müsbət rəy verdikləri seçkilərin nəticələrini “saxta” adlandırır...
Düşünürük ki, ölkəmizdə bütövlükdə ədalətli seçkilərin keçirilməsində və KİV-in seçkiləri işıqlandırmasında hər hansı çətinlik yoxdur. Problem elə radikal müxalifətin özündədir, onun özündə yenilənmə aparılmalıdır.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxGündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32

