Əli Kərimli "Azadlıq" qəzetinə ayrılan vəsaiti son qəpiyinə qədər mənimsəyib
27.08.2010 [09:22]
Müxalifət düşərgəsi, ən əsası isə bir sıra radikal partiyaların rəhbərləri hər zaman hakimiyyətə qarşı əsassız iddialar səsləndirirlər. Bu iddialar isə fərqli məzmunda olmaqla yanaşı, bütün hallarda əsassız xarakter daşıyır. Sadəcə, sensasiyalar xatirinə, gündəmdə qalmaq üçün səslənən bu yalanlar cəmiyyəti çaşdırmağa, aldatmağa yönəldilir və özündə pafosdan başqa heç nəyi əks etdirmir...
Amma zaman-zaman elə həmin müxalifət nümayəndələri ilə bağlı səsləndirilən informasiyalar gündəmə bomba kimi düşür. Maraqlıdır ki, bu informasiyalar həmin partiya sədrlərinin dostları, əqidədaşları, silahdaşları tərəfindən səslənir və bu baxımdan, həmin informasiyaların dəqiqliyini şübhə altına almaq olmur. Məsələn, bir müddət öncə KAXCP sədri Mirmahmud Mirəlioğlu AXCP sədri Əli Kərimli ilə bağlı maraqlı açıqlamalar vermişdi. M.Mirəlioğlu bildirmişdi ki, Ə.Kərimli öz lideri Əbülfəz Elçibəyə xəyanət edib və onun haqqında böhtan yaymaq üçün xarici fondlardan böyük məbləğdə maddi vəsait alıb. Maraqlıdır ki, bu ittihamın qarşılığında Ə.Kərimli məsələyə öz adından aydınlıq gətirə bilmədi. Yəqin ki, həqiqətin qarşısında susmağa üstünlük verib.
Bu dəfə isə Əli Kərimlinin əməlləri ilə bağlı vaxtilə AXCP ilə yaxın əlaqələri olan və Rusiyada yaşayan iş adamı Sakit Allahverdiyev danışıb. Belə ki, S.Allahverdiyev müsahibəsində Ə.Kərimlinin rəhbərlik etdiyi təşkilatın daxilində diktatura rejimi yaratması, müxtəlif xarici dairələrdən partiyasına, nəzarətlərində olan mətbuat orqanlarına ötürülən qrantları və digər vəsaitləri mənimsədiyi barədə maraqlı məqamlara toxunub. O, həmçinin, AXCP-də tam diktaturanın hökm sürdüyünü bildirib. S.Allahverdiyevin sözlərini hadisələrin axarı da sübuta yetirir. Məsələn, vaxtilə bu partiyanın sıralarını tərk edən funksionerlər, konkret olaraq Qulamhüseyn Əlibəyli də partiya daxilində demokratiyanın olmadığını, bütün qərarların diktaturanın diqtəsi şəklində qəbul olunduğunu demişdi.
Maraqlıdır ki, hətta kənardan partiyalara, onların nəzarətlərində olan mətbu orqanlara ötürülən vəsaitlər də təyinatları üzrə xərclənmir. Bunu müəyyən etmiş bəzi xarici fondlar və dairələr artıq AXCP və Müsavat kimi partiyalara yardım göstərməkdən imtina ediblər. Sakit Allahverdiyevin müsahibəsi isə bu faktın da doğruluğunu bir daha sübut etdi. İş adamı bildirib ki, o, 2005-ci ildə “Azadlıq” qəzetinə yardım məqsədi ilə Əli Kərimliyə pul verib. Sonradan isə bu puldan qəzetə bir qəpik də verilmədiyi bəlli olub. Belə ki, S.Allahverdiyevin qəzetin borclarının ödənilməsi, işçilərin maaşlarının verilməsi üçün ayırdığı məbləğ Ə.Kərimli tərəfindən mənimsənilib: “Sonra bildim ki, qəzetə bir qəpik də verilməyib. Mənə deyirdilər ki, qəzetin vəziyyəti ağırdır, əməkdaşlara maaş verə bimir, mətbəəyə borcu var və s. Mən də ona görə qəzetə maliyyə yardımı etdim ki, qəzet borclarını ödəsin, işçilərinə yaxşı maaş versin. Sonra mənə məlumat verildi ki, bu pullar son qəpiyinəcən mənimsənilib. Yəni, “Azadlıq” qəzeti Əli Kərimli üçün alver mənbəyidir. Başqa sözlə desək, açıq korrupsiya faktıdır, heç bir şəffaflıq yoxdur, burada hansı demokratiyadan danışmaq olar? Azərbaycan saytlarından oxuyuram ki, “Azadlıq” qəzetinin 2001-2005-ci illərdə Azərbaycan nəşriyyatına külli miqdarda borcu qalıb. Axı mən Əli Kərimliyə pulu ona görə vermişdim ki, borcu ödəsin, şəxsi problemlərini həll etmək üçün verməmişdim. Qəzetin əməkdaşları da etiraf edər ki, 2005-ci ildə onlara heç bir yardım olmayıb. Belə bir şəxsin müxalifət partiyasının sədri olmağa nə siyasi, nə də mənəvi haqqı var”.
Hər zaman demokratiyadan, şəffaflıqdan dəm vuran, hakimiyyəti hər zaman yalandan büdcə mənimsəməsində ittiham edən Əli Kərimlinin bu addımı necə adlandırılmalıdır? Bu, açıq şəkildə elə büdcə oğurluğu deyilmi? Biri var, olmayanı, yalanı səsləndirəsən, biri də var Ə.Kərimlinin əməllərini sübut edən fakt ortada olsun. Nəzarətində olan qəzeti alver mənbəyinə çevirən, bu qəzetin jurnalistlərinin haqqını mənimsəyən, belə demək mümkünsə, pulunu oğurlayan birisinə nə ad vermək olar? Belə bir şəxsin müxalifət partiyasının sədri olmağa nə siyasi, nə də mənəvi haqqı var. Bir daha qeyd edək ki, bu da bir növ büdcə oğurluğudur. Partiyanın, qəzetin büdcəsini oğurlayan partiya sədri də büdcə oğrusudur...
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

