Qardaş ölkə söz verdi: sərhədlər açılmayacaq!
28.08.2010 [11:10]
NATO-nun Ermənistanda humanitar təlimlər keçirmək planı ilə bağlı informasiyaların yayılmasından sonra Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə əlaqədar arzuolunmaz xəbərlər meydana çıxdı. Bu həm Azərbaycanın, həm də Türkiyənin ictimaiyyətində böyük narahatlıq yaratdı. Hər iki ölkənin mediası məsələni müzakirə etdi və ortaya qəti siyasi iradənin qoyulmasının vacibliyi önə sürüldü. Xüsusilə, Azərbaycanın ziyalıları, politoloqları bu məsələdə əsas təzyiqedici qüvvə qismində çıxış edən aktorların ünvanını göstərməklə ictimaiyyətdə əsassız fikirlərin yaranmasına imkan vermədilər. Amma ekspertlərimiz də ümid edirdilər ki, Türkiyə bu dəfə də ermənipərəst qüvvələrin təzyiqlərinə duruş gətirəcək, Ermənistanla sərhədləri bir gün, bir saat belə açmayacaq. Nəhayət ki, qardaş ölkənin rəsmi nümayəndələri Azərbaycan ictimaiyyətində olan narahatlıqları gördü və özünün konkret mövqeyini ortaya qoydu. Belə ki, Türkiyənin DHA agentliyinin xəbərinə görə, bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu Konya vilayətində referendum qabağı əhali ilə görüş zamanı bildirib ki, Türkiyə Ermənistanla sərhədlərini hətta müvəqqəti də olsa, açmayacaq: “Türkiyə və Ermənistanın sentyabrın 11-17-də iştirak edəcəyi NATO təlimləri humanitar məqsəd daşıyır. Bu zəlzələ kimi fəlakətlərdə meydana gələ biləcək hallarla əlaqədar olan təlimdir. Türkiyə NATO-nun üzvü olduğu üçün, təbii ki, bu təlimlərə qatılacaq. Ancaq Ermənistanla sərhədlərimizin müvəqqəti olsa belə, açılması mümkünsüzdür. Bu mövzu gündəmdə deyil”.
Türkiyə XİN rəhbərinin bu açıqlamasından sonra qardaş ölkənin Azərbaycan ictimaiyyətinin ümidlərini doğruldacağına inam daha da artdı. İctimaiyyət nümayəndələri, politoloqlar, ekspertlər, siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun NATO təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti də olsa açılmayacağı barədə bəyanatını təqdir etdilər.
İctimaiyyət nümayəndələri dost və qardaş Türkiyənin qəti və prinsipial mövqeyini dəyişməməsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə kimi qiymətləndirir və hesab edirlər ki, münaqişə ədalətli şəkildə həll olunmayanadək bu mövqe qorunub saxlanmalıdır. çünki, sərhədlərin müvəqqəti də olsa, açılması arzuolunmaz presedent yaratmaqla ermənipərəst qüvvələrin daha da aktivləşməsinə, Türkiyəyə təzyiqlərin artırılmasına və işğalçı Ermənistanın öz qeyri-konstruktiv mövqeyini sərtləşdirməsinə səbəb ola bilər.
Hər kəsə məlumdur ki, Azərbaycanla Türkiyə arasında qardaşlıq-dostluq münasibətləri dünya ölkələrinə nümunədir. Bunu qarşılıqlı səfərlər, görüşlər zamanı həm Azərbaycanın Prezidenti İlham Əliyev, həm Türkiyənin Prezidenti Abdullah Gül, həm də qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dəfələrlə söyləyiblər. Heç şübhəsiz, iki qardaş ölkə arasında əlaqələrin bu qədər sıx olmasını istəməyən qüvvələr mövcuddur və onlar hər vəchlə münasibətlərə zərbə vurmağa çalışırlar. Onlar bunu 2009-cu ildə etdilər, bu il də eyni taktikadan istifadə edirlər. Amma hər iki ölkənin rəsmiləri arasında protokoldan kənar səmimi münasibətlərin olması, eyni zamanda, ictimaiyyətdə olan təmkinlilik və ünsiyyət düşmənlərimizin planlarını pozdu.
Əlbəttə ki, hansısa dövlətin və ya təşkilatın iddiasından asılı olmayaraq, Azərbaycan ictimaiyyəti Türkiyə Prezidentinin, Baş nazirinin və digər rəsmilərin bu günədək verdiyi açıqlamalardan gələcəkdə də geri çəkilməyəcəklərinə inanır.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53

