Azərbaycanda seçki kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun aparılır
28.08.2010 [11:14]
“Müxalifətin hərəkətləri ya Azərbaycanın Seçki Məcəlləsinin tələblərinin yaxşı, dərindən mənimsənilməməsi ilə əlaqədardır, ya da sadəcə olaraq beynəlxalq təşkilatlar qarşısında guya Azərbaycan hökuməti tərəfindən seçki kampaniyasının, xüsusilə də namizədlərin təşviqatının işıqlandırılması ilə əlaqədar lazımi tədbirlərin görülmədiyi kimi yalnış təsəvvürün yaradılması ilə bağlıdır. Düşünürəm ki, beynəlxalq təşkilatlar reallığın, həqiqətin nədən ibarət olduğunu bilirlər”, - Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov bildirib.
Avqustun 24-də ATƏT-in Bakı ofisinin Azərbaycanın siyasi partiyalarının iştirakı ilə təşkil olunan “2010-cu il - qarşıdan gələn parlament seçkilərində kütləvi informasiya vasitələrinin rolu” mövzusunda dəyirmi masada bəzi müxalif partiya sədrləri dövlət televiziyasında siyasi kampaniyalara icazə verilməməsinin əsassız olduğunu iddia ediblər. Müxalif partiyalar Azərbaycanda fəaliyyət göstərən televiziyaların müxalifətin fəaliyyətinin işıqlandırmadığını da deyiblər.
YAP funksioneri bildirib ki, Azərbaycanda seçki kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun aparılır. “Azərbaycanın Seçki Məcəlləsində televiziya vasitəsilə seçki kampaniyasının, xüsusilə də namizədlərin və seçkilərdə iştirak edən siyasi partiyalarının seçki kampaniyasının işıqlandırılması İctimai Televiziyaya həvalə edilib”, - Ə.Əhmədov bildirib.
Ə.Əhmədovun sözlərinə görə, Seçki Məcəlləsinin tələbləri beynəlxalq təşkilatların tövsiyələri əsasında formalaşıb.
“Bir neçə il bundan əvvəl beynəlxalq təşkilatlarla aparılan müzakirələr nəticəsində beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən təklif əsasında məhz İctimai Televiziyanın seçki kampaniyasının təşviqat hissəsinin aparılmasına təhkim edilməsi məsləhət bilinib. Seçki Məcəlləsində beynəlxalq təşkilatların bu tövsiyəsi nəzərə alınıb. Qanunda İTV-dən savayı dövlət televiziyasının seçki kampaniyasında iştirakı bir növ qadağan edilib”, - Ə.Əhmədov deyib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

