Azərbaycan və Türkiyə xalqlarının iradəsi erməni sevgisini türk nazirinin qəlbindəcə söndürəcək
09.09.2010 [10:11]
Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətləri bu gün beynəlxalq münasibətlər sistemində nümunə kimi qəbul edilir. Hər iki dövlətin tarixi, etnik və dini kökünə sadiq qalaraq, bütün məsələlərdə bir yerdə durması və bir-birinə dəstək olması yuxarıda söylənilən fikrin ana fəlsəfəsini təşkil edir. Amma iki qardaş ölkənin sürətlə inkişaf etməsini və dünya siyasətində söz sahibi olmasını istəməyən qüvvələr də mövcuddur. Onlar zaman-zaman müxtəlif bəhanələrlə Azərbaycan-Türkiyə münasibətlərinə zərbələr vurmaq cəhdləri nümayiş etdirirlər. Xüsusilə də, Ermənistanın və erməni lobbisinin təəssübünü çəkən bəzi maraqlı xarici dairələr Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulması istiqamətində səylərini davam etdirir, bütün vasitələrdən istifadə etməklə öz niyyətlərinə çatmaq istəyirlər. Lakin hər zaman türk millətinin iradəsi həmin qərəzli qrupların planlarının reallaşmasının qarşısını alır.
Ancaq təəssüflə qeyd etməliyik ki, qardaş ölkədə bu qüvvələrə dəstək verən şəxslər və dairələr də səylərini davam etdirməkdədirlər.
Qeyd edək ki, Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günay Vanın Aktamar adasındakı erməni kilsəsində sentyabrın 17-də başlanacaq və Ermənistandan 6 min nəfərin iştirakının nəzərdə tutulduğu dini ayinin türklərlə erməniləri yaxınlaşdırmağa xidmət edəcəyini bildirib: “Mərasim Türkiyə ilə Ermənistan arasında barışa nail olmaq üçün daha bir cəhddir. Bu, iki ölkənin yaxınlaşması istiqamətində növbəti addımdır, başqa addımlar da olacaq”.
Naziri dəfələrlə Vana səfər edərək ictimaiyyəti orada keçiriləcək dini ayinə hazırladığını bildirib.
Nazir ermənilərə sevgisindən danışıb və deyib ki, ermənilərin əhatəsində yaşayıb və ən yaxın dostları ermənilərdir: “Bizim aramızda heç vaxt düşmənçilik olmayıb. Bu barədə mərhum jurnalist Qrant Dink olduqca, yaxşı fikirlər söyləmişdi. Ermənilər, türklər, yunanlar hamısı bu torpağın övladlarıdır”.
Təəccüblüdür ki, Türkiyə iqtidarında yüksək vəzifə tutmuş bəzi şəxslər Türkiyə Prezidenti və Baş nazirinin bəyanatlarını, Türkiyənin rəsmi mövqeyini nəzərə almadan bu cür çıxışlar edir və ermənipərəst fikirlər səsləndirirlər.
Türkiyənin mədəniyyət naziri vəzifəsini tutan və çox böyük ehtimal ki, ermənilərin əsrlərlə türklərə və azərbaycanlılara qarşı soyqırımı siyasətindən, onların Türkiyəyə qarşı ərazi və təzminat iddialarından xəbərdar olan şəxsin bu cür fikirləri təəccüb doğurur və normal qəbul edilə bilməz.
Bütün bunlara baxmayaraq, düşünürük ki, Azərbaycan və Türkiyə xalqlarının iradəsi erməni sevgisini türk nazirinin qəlbindəcə söndürəcək. çünki, bundan öncə də bu cür cəhdlər olub və həmişəki kimi nəticəsiz qalıb. Həm Azərbaycan, həm Türkiyə ictimaiyyətində Azərbaycanın üzərindən keçməklə ermənilərlə dostluq əlaqələrinin yaradılmasını hər zaman etirazla qarşılayıblar. Məhz, ermənipərəst qüvvələrin bu dəfəki cəhdlərilə də bağlı etiraz səsləri ucalmaqdadır. Artıq Türkiyənin İqdır vilayətində fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) 2010-cu ilin sentyabrında Van gölündə yerləşən Akdamar adasındakı kilsədə dünya erməniləri üçün keçirilməsi nəzərdə tutulan dini ibadət tədbirinə qarşı əks-kampaniyaya başlayıb. Bu isə onu göstərir ki, Türkiyə ictimaiyyəti Ermənistan-Türkiyə yaxınlaşması məqsədilə həyata keçirilən tədbirləri dəstəkləmir və öz narazılığını bildirir.
Xatırladaq ki, bu tədbirlə bağlı Ermənistanda da mübahisələr artır. Ermənistanın hakim Respublika partiyası isə ayin mərasimini Türkiyə hökumətinin “şousu” adlandıraraq orada iştiraka qarşıdır.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

