Tikmişəm izim qalsın...
03.09.2010 [09:54]
Heydər Əliyev Fondu Ulyanovska, həqiqətən, misilsiz hədiyyə bəxş edib. Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov “məktəb layihəsi”ni Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın bir hissəsi və məntiqi davamı adlandırıb. Məktəb Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri ərəfəsində açılıb.
Yeniləşmiş 78 nömrəli məktəb sentyabrın 1-də qapılarını şagirdlərin üzünə açıb. Binanın dam örtüyü və fasadı tamamilə dəyişdirilib, köhnə, çatlamış pəncərə çərçivələri plastik çərçivələrlə əvəz edilib, işıqlandırma sistemi dəyişilib, məktəbin həyəti abadlaşdırılıb.
Bizim rasional dövrdə belə möcüzələr, tez-tez olmasa da, baş verir. Ancaq bu möcüzələr yalnız xoş mərama və böyüməkdə olan nəslin sanballı və dərin biliklər əldə etməsi, bəşəriyyətin mədəni irsinin bir hissəsinə çevrilməsi arzusuna əsaslanır. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Ulyanovskdakı 78 nömrəli məktəbin təmir olunması ilə bağlı təklifi də bu istək və qayğıdan qaynaqlanıb.
Mehriban xanım Əliyevanın nüfuzlu beynəlxalq forumlarda məzmunlu çıxışlarını bircə dəfə dinləyən hər kəs onun mədəniyyətinin, intellektinin, geniş dünyagörüşünün sehrinə düşür. Bu cazibənin əsasını, şübhəsiz, onun istedadı və əla təhsili təşkil edir. Onun Azərbaycanda və Rusiyada, Pakistanda və Rumıniyada, Hollandiya və Gürcüstanda, Misirdə və dünyanın buna ehtiyac olan bütün guşələrində təhsilin keyfiyyətini yüksəltmək səyləri məhz böyüməkdə olan nəslin bilik və mədəniyyət səviyyəsini artırmaq estafetinin davamıdır. Heydər Əliyev Fondunda hesab edirlər ki, həyatda xeyirxah iz qoymaq, dünyanın gələcəyinə qayğı göstərmək də elə budur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ötən əsrin 70-ci illərində Xəzərin sahilindəki bu respublikadan gəncləri Rusiya ali məktəblərinə təhsil almağa göndərəndə də məhz gələcəyi düşünürdü. Heydər Əliyevin adını daşıyan Fond da ilk günlərdən qarşısına məhz belə xeyirxah məqsəd qoyub.
Yeri gəlmişkən, Ulyanovsk təsadüfən seçilməyib. Azərbaycanın Rusiyanın bu regionu ilə qədim dostluq əlaqələri var. 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev “Aleksandr Suvorov” teploxodunun qəzaya uğraması ilə əlaqədar yaradılmış dövlət komissiyasına başçılıq edib. Sonralar artıq müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyev Rusiyanın bu regionu ilə əməkdaşlığı inkişaf etdirirdi. Regionun əhalisi hələ də dahi lideri hərarətlə xatırlayır. Ulyanovskda Onun şərəfinə abidə ucaldılıb, şəhərin meydanlarından biri Heydər Əliyevin adını daşıyır.
Məktəbin əsaslı təmiri layihəsinin dəyəri 25 milyon rubldur. Məktəbin təkcə xarici görünüşü deyil, məzmunu da dəyişib. İndi uşaqlar yenilənmiş məktəb muzeyində odlar yurdu Azərbaycanın tarixi və mədəniyyəti barədə materiallarla tanış ola biləcəklər. Məktəbin kitabxana fondu da xeyli zənginləşdirilib və ən başlıcası isə təhsil ocağına “1:1 - gələcək üçün təhsil” layihəsi çərçivəsində Azərbaycanda istehsal olunmuş noutbuk dəstləri hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

