AGRİ layihəsi yeni enerji xəritəsini formalaşdıracaq
17.09.2010 [09:22]
Azərbaycan, Gürcüstan və Rumıniyanın iştirakçılığı ilə reallaşdırılacaq AGRİ (Azerbaijan-Georgia-Roumania İnterconnector) layihəsi özünün geoiqtisadi əhəmiyyəti ilə yanaşı, bir sıra mühüm tərəfləri ilə bu ölkələrin əhatə etdiyi coğrafiyada yeni geosiyasi münasibətlər sistemi və təhlükəsizlik balansının formalaşmasına real zəmin yaradacaq. Belə ki, layihə Xəzər-Qara-Aralıq dənizlərinin əhatə olunduğu hövzənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verməklə yanaşı, yeni strateji əməkdaşlıq platformalarının formalaşmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə də təkan verəcək. çünki ortaq maraqların uzlaşdırılması fonunda reallaşdırılan layihə iqtisadi və siyasi mənada iştirakçı və dəstəkçi ölkələri bir-birinə daha da yaxınlaşdıran təməl faktorlardan biri kimi çıxış edir...
AGRİ regionun perspektiv enerji xəritəsi və geosiyasi təhlükəsizlik balansını formalaşdıracaq
Qeyd etdiyimiz kimi, AGRİ layihəsi geoiqtisadi və geosiyasi mənada regiona yeni bir nizam və təhlükəsizlik mühiti vəd edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün maraqlar tarazlığının təmin olunduğu bir vəziyyət yaranıb və hamı-hasilatçılar, tranzit ölkələr və istehlakçılar bundan yararlanacaqdır: “Daha sonra ölkələrimiz də, xalqlarımız da bundan faydalanacaq və bu, regional əməkdaşlıqda yeni bir mərhələyə gətirib çıxaracaqdır. Bu gün biz Gürcüstan, Rumıniya və Macarıstandan gələn qonaqların iştirakını nəzərə alaraq Qara dəniz-Xəzər dənizi əməkdaşlığından ciddi danışa bilərik”.
AGRİ-nin reallaşdırılması iştirakçı və tərəfdaş ölkələri əhatə edən coğrafi məkanda yeni enerji xəritəsinin və geosiyasi təhlükəsizlik balansının formalaşmasına gətirib çıxaracaq. Prezident İlham Əliyev bununla əlaqədar qeyd edib ki, əslində biz, enerji xəritəsini dəyişdiririk: “Biz hasilat, nəqletmə, ixracat marşrutları və yeni marşrutların yaranması haqqında ənənəvi anlayışları dəyişdiririk. Biz bu vəziyyəti dəyişdiririk, vəziyyət öz-özünə yaranmır. Bu, liderlərin siyasi iradəsidir və eyni zamanda, praktiki layihələr səylərin əlaqələndirilməsi üzrə ciddi bir işdir. Mən əminəm ki, ölkələrimiz və ölkələrimizin rəhbərləri arasındakı anlaşma səviyyəsi, səylərimizin potensial əlaqələndirmə səviyyəsi tamamilə yeni bir şərait yaradacaqdır”.
Yəni, nəticə etibarilə qeyd etmək olar ki, layihənin yüksək səviyyədə reallaşdırılması strateji mənada mövcud əməkdaşlıq platformalarının yeni keyfiyyət qazanmasına gətirib çıxarmaqla yanaşı, siyasi münasibətlərin və mövqelərin də beynəlxalq müstəvidə daha da güclənməsinə təkan verəcək. O baxımdan ki, layihə çərçivəsində davam etdiriləcək əməkdaşlıq gələcəkdə layihənin coğrafi əhatə dairəsini genişləndirməklə yanaşı, iştirakçı və dəstəkçi-tərəfdaş ölkələr arasında yeni işbirliyi formalarının da gündəmə gəlməsinə gətirib çıxaracaq...
Qanunauyğun proqnoz, yaxud layihənin siyasi-strateji önəmi münasibətlərə yeni keyfiyyət elementləri bəxş edəcək
AGRİ layihəsi siyasi-strateji mənada bir neçə cəhətdən xüsusi önəm kəsb edir:
Birincisi, bəhs edilən layihə Qara dəniz-Xəzər dənizi əməkdaşlığına yeni keyfiyyət bəxş edəcək. çünki hövzə əməkdaşlığının əsasını enerji təhlükəsizliyi təşkil etdiyindən bu layihənin reallaşdırılması həm enerji təhlükəsizliyinin təmin olunması, həm də yanaşı işbirliyi sahələrindəki əlaqələrin dərinləşməsi baxımından xüsusi önəm kəsb edir;
İkincisi, layihəyə perspektivdə Xəzərin şərq sahilində yerləşən ölkələrin qoşulması ehtimalı təchizat yollarının diversifikasiyasını təmin etməklə bütövlükdə bəhs edilən coğrafi məkanda-regionda siyasi sabitliyin tam təminini zəruri şərtə çevirəcək. çünki layihənin əhatə olunduğu bölgənin təhlükəsizlik balansının təmini və qorunması bilavasitə “layihənin ömrü”nü və perspektivini müəyyən edəcək. Nəzərə alsaq ki, AGRİ olduqca rentabellidir və ortaq maraqların uzlaşdırılması fonunda reallaşdırılır, onda qeyd edə bilərik ki, layihənin əhatə olunduğu bölgədə siyasi stabillik yüksək səviyyədə təmin olunacaq. Bu da siyasi münasibətlərə yeni keyfiyyət elementləri bəxş edəcək.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14

