Azərbaycanın inkişaf yolu davamlı iqtisadi uğurlara yol açır
07.09.2010 [12:42]
Keçid iqtisadiyyatını başa vuraraq iqtisadi islahatların kursunu keyfiyyət və kəmiyyət baxımından yeni inkişaf erasının tələblərinə uyğun şəkildə müəyyənləşdirən Azərbaycan hökuməti makroiqtisadi sahədə davamlı nailiyyətlərə imza atmaqdadır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mükəmməl iqtisadi strategiya respublikamızın uzunmüddətli inkişafını təmin etməklə yanaşı, yüksək gəlirli dövlətlər sırasında yer almasına əlverişli zəmin yaradıb. ölkəmizin iqtisadi sıçrayışına təkan verən inkişaf proqramlarının həyata keçirilməsi artıq Azərbaycanın inkişaf etmiş dövlətlər sırasına daxil olmasını şərtləndirir.
Bazar iqtisadiyyatına malik mükəmməl idarəetmə sistemini tətbiq edən hökumət genişmiqyaslı, kompleks islahatlar aparmaqla XXI əsrin ikinci onilliyinə yeni inkişaf ssenariləri ilə daxil olub. İqtisadiyyatın modernizasiyası üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, bazar iqtisadiyyatının başlıca tələblərindən biri olan özəlləşdirmə siyasətinin aparılması, sahibkarlıq sektorunun və azad biznesin inkişafını stimullaşdıran proqramların icra olunması, özəl bölmənin iqtisadiyyatda aparıcı mövqeyinin təmin edilməsi, orta təbəqənin formalaşması üçün dövlətin geniş imkanlar yaratması və digər faktorlar keçid dövrünün sona çatması və yeni inkişaf dövrünün start götürməsinə əhəmiyyətli zəmin yaradıb. İqtisadiyyatın liberallaşmasının daha da dərinləşməsi güclü maliyyə ehtiyatlarına malik özəl sektorun inkişafına baza yaradıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, respublikamızın mövcud inkişaf yolu iqtisadi uğurların əldə edilməsinə səbəb olmaqdadır: “Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq və qarşımıza bu məqsəd qoyulubdur. Biz bu məqsədə çatacağıq. Azərbaycan beynəlxalq arenada özünəlayiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın. Bir daha demək istəyirəm ki, ölkə daxilində bütün proseslər müsbət istiqamətdə inkişaf edir. Biz iqtisadi və sosial islahatları aparmaqla həm ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edirik, eyni zamanda, sosial məsələlərin həllində də böyük uğurlara nail ola bilmişik”.
Makroiqtisadi stabilliyin qorunub saxlanması, iqtisadi idarəetmə sistemində institutsional dəyişikliklərin başa çatdırılması, inflyasiyanın aşağı salınması və əhalinin gəlirlərinin artmasına yönələn sosial siyasətin dərinləşdirilməsi, büdcənin sosial və investisiya yönümlülüyünün gücləndirilməsi, sosial meyilli iqtisadiyyatın formalaşması, işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması, regionların tarazlı inkişafı sosial-iqtisadi tərəqqinin əldə olunması ilə nəticələnib. Bu faktorlar isə keçid iqtisadiyyatının tam arxada qaldığını sübut edir. Bütün bu amillər isə Azərbaycan fundamental iqtisadi model hazırlamaqla bugünkü dinamik inkişafa müvəffəq olmasını şərtləndirir.
Yeni inkişaf mərhələsinin başlanğıcında Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı konseptual sənədin hazırlanmasını nəzərdə tutur. Qarşıdakı illərdə iqtisadi strategiyanın əsas hədəfləri neftdən kənar bölmələrdə diversifikasiya siyasətinin dərinləşdirilməsindən ibarət olacaq. Respublikamızın sosial-iqtisadi inkişaf göstəricilərinə əsasən hazırlanmış proqnozlar və ssenarilər də Azərbaycanda yeni iqtisadi modelin tətbiq olunmasını ehtiva edir. Respublikamızda qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri iqtisadiyyatın diversifikasiyası üçün başlıca stimullardan biridir və yeni strateji plana əsasən Azərbaycan yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olacaq. Təbii ki, ilkin mərhələdə iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi üçün neftdən daxil olan vəsaitlərin həcmi xüsusi rol oynayacaq. Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru böyük gəlirlər gətirə biləcək strateji bölməyə çevrilib. Həyata keçirilmiş məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcək iqtisadi inkişaf üçün dərin zəmin yaradır.
Respublikamızda sistemli tədbirlərin davam etdirilməsi Azərbaycanın yüksək gəlirli dövlətlər qrupunda yer almasına zəmin yaratmaqla bərabər, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsini də şərtləndirir. Məhz iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi neft sektorundan asılılığın minimuma endirilməsinə və innovativ iqtisadiyyata keçidin təmin edilməsinə zəmin yaratmış olur. İqtisadiyyatda kompleks islahatların sürətləndirilməsi ilə bərabər, bu sektorda funksional idarəetmə sisteminin təkmilləşdirilməsi, maliyyə, sosial, iqtisadi bölmələrdə struktur islahatlarının sürətləndirilməsi də mühüm məqsədlər kimi qarşıya qoyulub. Azərbaycan iqtisadiyyatının yeni modelə uyğun inkişaf edərək daha keyfiyyətli və yüksək artım indikatorları ilə müşayiət olunması sosial infrastrukturun da keyfiyyətcə dəyişməsinə və modernləşməsinə səbəb olacaq. Respublikamız bu mərhələdə yüksək gəlirlərə malik, yaxşı infrastrukturlu və zəngin insan kapitalına sahib olan bir ölkə kimi tanınacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14

