Erməni yalanlarının növbəti ifşası
15.02.2022 [10:42]
Taleh AĞAVERDİYEV
Ermənistan onilliklər ərzində dünya ictimaiyyətini çaşdırmağa, öz vəhşiliklərini, vandalizm aktlarını Azərbaycana aid etməyə çalışıb. Ancaq artıq hətta xaricdə də nə baş verdiyini anlamağa, təkəbbürlü erməni yalanlarını, saxtakarlıqlarını anlamağa və onları ifşa etməyə başlayıblar.
Belə ki, bu yaxınlarda nüfuzlu beynəlxalq analitik nəşr olan “The National Interest” Kanada Qlobal Münasibətlər İnstitutunun elmi işçisi Robert Katlerin Ermənistanın saxta arqumentlərini darmadağın etdiyi məqaləsini dərc edib. Katler son bir neçə ay ərzində “Foreign Policy”də dərc olunmuş iki məqaləni təhlil edib. Şella Paylanın müəllifi olduğu birinci məqalədə Azərbaycana qarşı “müharibə cinayətləri” ilə bağlı ittihamlar səsləndirilib. Saymon Maqakyanın yazdığı ikinci məqalədə isə “irqi ayrı-seçkilik əsasında erməni mədəni irsini təhdid etməsi”ndən bəhs edilir.
Bu məqalələrin obyektivliyini şübhə altına qoyan Katler qeyd edir ki, onlar Azərbaycan və Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində bir-birini məhkəməyə verdikləri son məhkəmə prosesləri ətrafında yazılıb. Həmin işlərə məhkəmə eyni vaxtda baxdı, lakin Maqakyan və Paylan yalnız Ermənistanın Azərbaycana qarşı iddiasını göstərirlər. Məqalə müəllifi qeyd edir ki, Beynəlxalq Məhkəmə Azərbaycanın vəsatətini təmin edib və qərara görə, Ermənistan BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla, azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır.
“Ermənistan Beynəlxalq Ədalət Məhkəməsini Azərbaycanı “bütün erməni hərbi əsirləri” dərhal azad etməyə məcbur etməyə inandırmağa çalışıb, lakin məhkəmə erməni tərəfinin “hərbi əsirlər” ifadəsini işlətməsini düzgün hesab etmədiyi üçün vəsatət rədd edilib. Beynəlxalq Ədalət Məhkəməsi “hərbi əsirlər” əvəzinə “şəxslər” sözünü işlətməklə, Ermənistana işarə etdi ki, o, heç bir manipulyasiyaya və antiazərbaycan kimi şərh oluna biləcək məsələləri siyasiləşdirmək cəhdlərinə yol verməyəcək”, - deyə, Katler yazır.
Onun sözlərinə görə, Maqakyanın yazdığı məqalədə bütün vacib məqamlar buraxılıb. BƏM Ermənistanın bir sıra vəsatətlərini, məsələn, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki “erməni mədəni irsi” ilə bağlı vəsatəti də rədd edib. Amma erməni yazarı bu vəsatətin niyə rədd edilməsini açıqlamır. Məqalə müəllifi əlavə edir ki, Ermənistan işğal zamanı Azərbaycana məxsus mədəni irsi məhv edib. Və elə bu səbəbdən Ermənistanın arqumentlərinin onun əleyhinə çevrilə biləcəyi vurğulanır: “çünki o, uzun illər Azərbaycanın mədəniyyət abidələrini dağıdıb, irqi ayrı-seçkilik siyasəti aparıb”.
“1990-cı illərin əvvəllərində Ermənistanın işğalı nəticəsində öz torpaqlarını tərk etməyə məcbur olmuş Qarabağdan və ona bitişik rayonlardan olan 700 minə yaxın azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə faktlarını da qeyd etmək lazımdır. Xocalı soyqırımı buna bir misal kimi gətirilə bilər. Şella Paylanın yuxarıda qeyd etdiyim qərəzli məqaləsində Ermənistanın hərbi cinayətləri bilərəkdən göstərilmir”, - deyə Kanada institutunun elmi işçisi yazır.
Məqalədə irlandiyalı senator Pol Qavanın Avropa Şurasına təqdim etdiyi və Ermənistanın işğal zamanı Azərbaycan ərazilərində ətraf mühitə vurduğu ziyanı təfərrüatlı şəkildə sənədləşdirən hesabata istinad edilir. Həmin hesabatda həm də deyilir ki, Ermənistan işğal zamanı Azərbaycan torpaqlarında 65 məscid və qəbiristanlığı təhqir edərək dağıdıb.
“Hesabata əsasən, təkcə 1988-ci ildən 1993-cü ilə qədər Qarabağda ermənilər 900 yaşayış məntəqəsini, 150 yaşayış binasını, 7000 ictimai binanı, 693 məktəbi, 855 uşaq bağçasını, 695 səhiyyə müəssisəsini, 927 kitabxananı, 44 məbədi, 9 məscidi, 473 tarixi abidəni, muzeyləri və sarayları ,40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı obyekti, 160 körpü və digər infrastruktur obyektlərini məhv ediblər”, - deyə Robert Katler vurğulayıb.
Beləliklə, erməni saxtakarlıqları növbəti dəfə ifşa olundu. Ayrı-ayrı ekspertlər getdikcə beynəlxalq ictimaiyyətin gözlərini əvvəllər görməməzliyə vurmağa üstünlük verdikləri faktlara açır. Ölkəmizin mədəni irsinə qarşı erməni vandalizminin acınacaqlı faktları ilə bağlı Azərbaycanın çoxsaylı müraciətlərinə UNESCO-nun biganəliyi - əvvəllər nümayiş etdirilən ikili standartların bariz nümunəsidir.
Bütün bu müddət ərzində təbliğ olunan yalanların qaçılmaz sonunun yaxınlaşdığını anlayan Ermənistan tərəfi UNESCO-nun missiyasının göndərilməsi ilə bağlı bu yaxınlarda əldə edilmiş razılaşmanı hər cür təhrif etməyə və üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Azərbaycan Xarici İşlər Nazirliyi bu cəhdi pisləyib və xatırladıb ki, Azərbaycan tərəfi Ermənistan ərazisində Azərbaycan xalqının mədəni irsinin dağıdılması faktlarını dəfələrlə UNESCO -nun və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Azərbaycan QHT-ləri də bu yaxınlarda təşkilata bu dağıntılarla bağlı ətraflı məlumat, fotoşəkillər və digər sübutlar təqdim ediblər.
Necə deyərlər, yalanın ömrü qısadır. Ermənistan bundan sonra əvvəlki kimi beynəlxalq ictimaiyyəti aldada bilməyəcək. İndi ermənipərəst təbliğatçılar Azərbaycana qarşı saxta ittihamlar irəli sürməzdən əvvəl yadda saxlamalıdırlar ki, onların arqumentləri Ermənistanın özünə qarşı yönələ bilər. Amerika polisinin məşhur ifadəsində olduğu kimi: “Dediyiniz hər şey məhkəmədə sizə qarşı istifadə edilə bilər”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

