YAP-ın siyahısı partiyanın bütövlükdə mövqeyini düzgün əks etdirir
21.09.2010 [09:30]
“Yeni Azərbaycan Partiyasının təqdim etdiyi siyahıda özünə yer tutmuş yeni simaların böyük əksəriyyəti Azərbaycan cəmiyyətində özlərinə nüfuz qazanmış, ölkə elminin, təhsilinin, mədəniyyətinin, həyatımızın digər sahələrinin inkişafına böyük töhfələr vermiş və buna görə də yüksək nüfuz sahibi olan insanlardır. Güman edirəm, onların malik olduğu böyük nüfuz qarşıdan gələn parlament seçkilərində onlara rəqib olacaq müxalifət təmsilçilərinin əldə edə biləcəyindən daha çox səs qazanmasına imkan verəcək”, - bunu Trend-ə müsahibəsində YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib.
Əli Əhmədovun sözlərinə görə, YAP fəaliyyəti dövründə həm qadınların, həm də gənclərin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsi üçün imkanlar yaradılmasını diqqət mərkəzində saxlayıb.
“Bu, bütün seçkilərdə müşahidə olunub. Bundan əvvəl - 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində də YAP böyük bir təşviqat kampaniyası apararaq, gənclərin və qadınların bələdiyyə seçkiləri kampaniyasında yaxından iştirak etməsini təşviq edirdi və biz güman edirik, əhəmiyyətli nailiyyətlər əldə edə bildik. Parlament seçkilərində də YAP partiya daxilində kifayət qədər fəallıq nümayiş etdirmiş qadınların və gənc insanların namizədliklərini irəli sürmək barəsində çox əhəmiyyətli bir qərar qəbul edib”, - deyə, YAP-ın Sədr müavini bildirib.
Qadın və gənc namizədlərin seçkilərdə iştirakının kifayət qədər uğurlu olacağını bildirən Əli Əhmədovun sözlərinə görə, irəli sürülən namizədlər içərisində yaşı 40-dan az olan 15-dən yuxarı insan var.
“Bunlar da, güman edirəm, artıq Azərbaycan cəmiyyətində, həyatımızın müxtəlif sahələrində fəaliyyətləri ilə özlərini tanıda bilmiş, hörmət, nüfuz qazanmış insanlardır. İnanırıq ki, onların da seçki kampaniyası uğurlu olacaq və YAP-ın deputat korpusunun cavanlaşmasına əhəmiyyətli köməklik göstərə biləcək” - deyə, Əli Əhmədov vurğulayıb.
YAP-ın Sədr müavininin bildirdiyinə görə, bütün dairələr üzrə aparılan təhlillər nəticəsində müəyyən edilib ki, partiyanın irəli sürdüyü namizədlər həm bütövlükdə, həm də ayrı-ayrılıqda dairələr üzrə rəqiblərimiz tərəfindən irəli sürülən namizədlərdən öz keyfiyyətlərinə, şanslarına, nüfuz və hörmətlərinə görə əhəmiyyətli dərəcədə fərqlənirlər.
Ə.Əhmədov onu da qeyd edib ki, YAP-ın parlament seçkilərinə namizədlərin siyahısı bütövlükdə partiya daxilində aparılan geniş müzakirələr nəticəsində tərtib edildiyindən, partiyanın hər bir üzvünün iradəsini və mənafeyini əks etdirir.
“Siyahının açıqlanmasından artıq bir neçə gün keçməsinə baxmayaraq, bütövlükdə, həm cəmiyyət, həm də Yeni Azərbaycan Partiyası tərəfindən bu siyahı müsbət qiymətləndirilib. Namizədlər siyahısında adı olmayan keçmiş deputatların əksəriyyəti siyahının məhz bu insanların iştirakı ilə tərtib edilməsini tamamilə normal qarşılayıb. Mən bunu YAP-ın daxili birliyinin və monolitliyinin ifadəsi hesab edirəm. Ona inanmaq istəyirəm və düşünürəm, siyahıya daxil edilməyən keçmiş deputatların özləri də vaxtı ilə onların deputat olduğu dairələrdə YAP tərəfindən irəli sürülmüş yeni namizədlərin uğur qazanmasına öz imkanları daxilində dəstək verəcəklər”, - Əli Əhmədov müsahibəsində bildirib.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

