Yeni Azərbaycan Partiyasının namizədlər siyahısı kifayət qədər yenilənib
21.09.2010 [09:34]
“Düşünürəm ki, Yeni Azərbaycan Partiyasının açıqlanmış namizədlər siyahısı kifayət qədər yenilənib”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin suallarına cavab olaraq bildirib. Şöbə müdiri deyib ki, siyahıda partiyanın gənc üzvlərinə, təhsil, səhiyyə sahələrində, digər intellektual fəaliyyətlə məşğul olan sahələrdə çalışan gənclərə böyük etimad göstərilib: “Amma bilirsiniz ki, bu bir yarışdır. Hər bir partiya öz namizədini irəli sürür. Kimin qalib gəlməsini isə xalq müəyyən edir. Bütün partiyalara, o cümlədən YAP-a uğurlar arzu edirəm”.
Əli Həsənov, eyni zamanda, vurğulayıb ki, bu ilki parlament seçkilərini daha ədalətli, daha şəffaf keçirmək üçün bütün əsaslar var. O xatırladıb ki, Azərbaycanın Seçki Məcəlləsində hər bir qurumun vəzifələri qoyulub, həmçinin, Azərbaycan Prezidentinin seçki proseslərinin ədalətli keçirilməsi ilə bağlı yerli icra hakimiyyətlərinin qarşısına vəzifə qoyan xüsusi bir Sərəncamı var: “Bu Sərəncam keçən seçkidə verilib və bu seçkidə də qüvvədədir. Seçki proseslərinə qeyri-qanuni müdaxiləyə cəhd göstərən istənilən məmur, dövlət qulluqçusu həm Seçki Məcəlləsinə, həm də Prezidentin müvafiq Sərəncamına uyğun olaraq cəzalandırılacaq”.
Əli Həsənov, həmçinin, deyib ki, parlament seçkiləri ilə bağlı namizədliyini irəli sürmüş icra hakimiyyəti başçıları, nümayəndələri, həmçinin, digər məmurlar namizədlikləri qeydə alınan gündən fəaliyyətlərini dayandırmalıdır. O bildirib ki, namizədliyi qeydə alınan məmur ya məzuniyyətə çıxmalı, ya da ərizə yazaraq, ümumiyyətlə işdən getməlidir: “İcra strukturunun nümayəndəsi namizədliyi qeydə alınan gündən həm seçki prosesində iştirak etmək, həm də icra strukturundakı vəzifəsini icra etmək hüququna malik deyil”.
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

