/ / Siyasi partiyalar milli maraqları və ali dəyərləri qorumaq üçün cəmiyyəti hərəkətə gətirə bilən əsas qüvvələrdir
Siyasi partiyalar milli maraqları və ali dəyərləri qorumaq üçün cəmiyyəti hərəkətə gətirə bilən əsas qüvvələrdir
21.09.2010 [09:37]
II məqalə
Keçmiş sovet cəmiyyətinin bir hissəsi olmuş Azərbaycan sosiumu artıq 17 ildir ki, yüksələn xətli inkişaf çərçivəsində müasir dəyərlərə doğru transformasiya edir. Bu mərhələdə cəmiyyətimiz güclü siyasi iradəyə malik hakimiyyətin formalaşdırdığı söz, fikir, yaradıcılıq, vicdan azadlıqlarının ehtiva olunduğu plüralist və demokratik atmosferdən bəhrələnərək, yeni dəyərlər yaratmaqdadır. Mədəniyyətlərin, fəlsəfi-düşüncələr sisteminin qarşılıqlı inteqrasiyasının güclü olduğu və ənənəvi cəmiyyətlərə xas olmayan dəyərlərin sürətlə yayıldığı bir zamanda, xalqların kolliziyalar vaxtı ayaqda durmasına xidmət etmiş ali dəyərlər yavaş-yavaş sıradan çıxarılmış olur. Bütün bunları nəzərə alan Azərbaycanda ali dəyərlərin, milli maraqların qorunması hazırda sosium qarşısında duran əsas vəzifələrdən sayılır.
Bu gün xalqımızın əsrlər boyu inkişafını və dünya xalqları sırasında öz layiqli yerini tutmasını təmin etmiş dəyərlərimizi və ilk növbədə dövlətçiliklə, ölkəmizin gələcəyilə bağlı milli maraqları qorumaq həm də siyasi partiyaların borcudur...
Partiyalar insanları ideyalarla silahlandırmalıdır...
ümumiyyətlə, müasir cəmiyyətdə insanların və ya qrupların müxtəlifliyi ilə seçilən maraqlarının, dəyərlərinin qarşılıqlı fəaliyyət zamanı effektiv qorunması və reallaşdırılması üçün onların təmsilçiliyini həyata keçirən yüksək səviyyəli mexanizm formalaşmalıdır. Əlbəttə ki, siyasi səhnədə açıq və aktiv şəkildə fəaliyyət göstərən siyasi qüvvə, yuxarıda göstərilən istiqamət üzrə işləyən subyekt qismində isə məhz, partiyalar çıxış edə bilir. Ona görə də, müasir cəmiyyəti partiyasız təsəvvür etmək mümkün deyil.
Partiyalar sosial-iqtisadi və sosio-mədəni xarakterli, cəmiyyətin evolyusiyasının məhsulu olduğu üçün, onlar siyasi məqsədlərlə yanaşı, ümummilli maraqları ehtiva edən fəaliyyət də sərgiləməlidirlər.
Siyasi partiyalar sosial qruplarla və bütövlükdə cəmiyyətlə əlaqəsini həyata keçirən sosial nümayəndəlik, siyasi liderlərin seçilməsi, sosial iqteqrasiya, siyasi sosiallaşma, hakimiyyət uğrunda mübarizə, yeni strategiyaların hazırlanması kimi funksiyaları həyata keçirir. Göstərilənlər siyasət nəzəriyyəsində müəyyən olunmuş funksiyalardır ki, bunları yalnız konkret norma kimi götürmək olar. Yəni, bütün funksiyaları reallaşdıra biləcək siyasi partiyalara çox az hallarda təsadüf edilib. Amma hər bir siyasi partiyanın bu funksiyaları həyata keçirmək qabiliyyətində olmasını onun ətrafında toplaşmış insanların, tərəfdarların sayı ilə də müəyyənləşdirmək olur.
Partiyalar, həmçinin, məqsədindən asılı olmayaraq, dövlətçiliyin maraqlarına xidmət edən ideyaların yayılması işi ilə də məşğul olmalıdırlar. Bu cür hallara tarixdə dəfələrlə rast gəlinmişdi. Məsələn, 1884-cü ildə ingilis ziyalıları tərəfindən yaradılmış “Fabian cəmiyyəti” kapitalist cəmiyyətin sosial islahatlar yolu ilə inkişaf etdirilməsi ideyalarının yayılması ilə məşğul olub.
Bu fakt isə onu göstərir ki, partiyalar, eyni zamanda, göstərilən funksiyalarla yanaşı, cəmiyyəti dövlətin ümumi düşməninə qarşı səfərbər etməli, milli maraqların və ali dəyərlərin qorunması üçün insanları ideyalarla silahlandırmalıdır. Bunu isə siyasi partiyalar gündəlik fəaliyyətlərində nümayiş etdirməlidirlər.
partiyalarımız da dəyərlərimizin qorunması işində yüksək aktivlik nümayiş etdirməlidir...
Qeyd etdiyimiz kimi, Azərbaycan xalqının ali dəyərləri bu gün Qərbdən gələn demokratiya adı altında böyük dalğanın təsirinə məruz qalır. Bu təsirlərin neytrallaşdırılması və xaric edilməsi, milli dəyərlərimizin qorunması üçün sosial-ictimai statusundan asılı olmayaraq, cəmiyyətin bütün üzvləri lazımi işləri həyata keçirməlidirlər. Milli maraqlarımızı və ali dəyərlərimizi mənfi təsirlərdən qorumaq üçün partiyalar da böyük məsuliyyət daşıyırlar. Amma təəssüflər ki, ölkəmizdə bu məqsəd üçün partiyaların böyük əksəriyyətinin fəaliyyəti qənaətbəxş deyil. Bu isə onların cəmiyyəti müxtəlif xarici risklərin təsirlərindən müdafiə etməkdə maraqlı olmamalarından irəli gəlir.
Ətrafında yarım milyondan çox insanı birləşdirən bir partiyanın ortaya qoyduğu ideyalar, cəmiyyəti milli-mənəvi dəyərlərdən uzaqlaşdıran fəaliyyət Qərb demokratiyası və mədəniyyəti adı altında daxil olan mənfi təsirlərin qarşısının alınmasına böyük töhfələr verməkdədir. Amma üzvü olduqları partiyanın adını çəkməyə utanan insanları ətrafında birləşdirən bir çox partiyalar isə şəxsi maraqların reallaşdırılması vasitəsinə çevrilib. Yalnız seçki zamanı hərəkətə keçən bu partiyaların əsas məqsədi insanlara yalançı vədlər verməklə, onların etimadını qazanmağa çalışmaq olur.
ümumiyyətlə, söhbət əgər Azərbaycan xalqının ali dəyərlərindən, dövlətimizin maraqlarından gedirsə, burada siyasi mənsubiyyət önəm kəsb etmir. Gərək bütün partiyalar xalqımızın sərvəti olan dəyərlərinin qorunması işində yüksək aktivlik nümayiş etdirsin. Əks təqdirdə milli-mənəvi dəyərlərin assimilyasiyası prosesi başlaya və böyük fəsadlar törənə bilər.
Bir sözlə, siyasi partiyalar milli maraqları və ali dəyərləri qorumaq üçün cəmiyyəti hərəkətə gətirə bilən əsas qüvvələrdir. Əgər hər hansısa partiya(lar) yalnız siyasi kampaniyalar zamanı hərəkətə gəlirsə, insanları ümummilli mənafeləri qorumaq işindən uzaqlaşdırırsa, o zaman, bu siyasi təşkilat(lar) sosial dəstəkdən məhrum olmaqla, tarix qarşısında cavab verməli olacaq.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

