Ölkəmizdə xarici sərmayədarlar üçün əlverişli investisiya mühiti yaradılıb
23.09.2010 [10:36]
Azərbaycanın iqtisadi inkişafı, ölkədə mövcud olan siyasi sabitlik, xarici investisiyaların qorunması və təşviqi sahəsində yaradılan əlverişli mühit, ölkənin yerləşdiyi coğrafi məkan daim xarici investorların diqqət mərkəzindədir. Odur ki, dünyada nüfuza malik olan şirkətlər Azərbaycan bazarında özünə yer tapmağa, buraya investisiyalar yatırmağa, yerli şirkətlərlə əməkdaşlığa tələsirlər. Bu fikirləri ABŞ-ın “Du Pont” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə regional direktoru Jan-Lük Dürami ötən gün keçirdiyi mətbuat konfransında səsləndirdi. Onun sözlərinə görə, Azərbaycandakı iqtisadi inkişaf bu ölkəyə ayaq basıldığı ilk andan hiss olunur-hər yerdə abadlıq-quruculuq işləri davam etdirilir, yaşıllıqlar salınır- bir sözlə, paytaxt Bakı əsl tikinti meydançasını xatırladır.
Şəhərin gözəlliyinə inanılmaz dərəcədə diqqət yetirilir ki, bu da xarici qonaqları təəccübləndirməyə bilmir.
“Du Pont”un əsasının 1802-ci ildə qoyulduğunu qeyd edən natiq, şirkətin ilk əvvəl partlayıcı maddələrin istehsalı ilə məşğul olduğunu, illər keçdikcə şirkətin istehsal profilinin dəyişdiyini, hazırda isə özündə neft-qaz, kimya, avtomobilqayırma, tikinti, qida və s. sahələri birləşdirən nəhəng bir holdinqi xatırlatdığını söylədi. İndi dünyanın 70-dən artıq ölkəsində şirkətin istehsal müəssisələri və nümayəndəlikləri fəaliyyət göstərir. Bu müəssisələrdə 58 mindən artıq işçi çalışır. ötən il şirkətin gəlirləri 26,1 milyard ABŞ doları təşkil edib. Yeni innovasiyaların tətbiqi sahəsində dünyanın aparıcı şirkətləri arasında yer alan “Du Pont” hər il yeni elmi araşdırmalara 1,4 milyard dollar vəsait xərcləyir və dünya ölkələrində şirkətin 35 elmi mərkəzi fəaliyyət göstərir.
Azərbaycanla əməkdaşlığa gəlincə isə, Jan-Lük Dürami söylədi ki, “Du Pont” hər hansı bir ölkəyə sərmayə yatırmazdan əvvəl ciddi marketinq araşdırmaları aparır. Və həmin araşdırmalar nəticəsində belə qərara gəlinib ki, işin siftəsini elə Dövlət Neft Şirkəti (ARDNŞ) ilə başlasınlar. İki il əvvəl başlanılan bu əməkdaşlıq uğurlu alınıb. “Du Pont” ARDNŞ-in paytaxtda inşa etdiyi yanacaqdoldurma məntəqələrini (YDM) üzlük materialları - korean daşı ilə təchiz edir. Müxtəlif rəng və çeşiddə olan, mərməri xatırladan həmin materiallar Bakıya xammal şəklində gətirilir və burada yerli zavodların birində emal olunur-cilalanaraq tikinti materialı halına salınır. Bu daşın tərkibində olan alüminium-hidroksid materiala bərklik və təbiət amillərinə qarşı yüksək davamlılıq verir. Eyni zamanda, tikintidə həmin materiallardan istifadə edilməsi YDM-ə xüsusi yaraşıq və müasir görkəm bəxş edir.
Jan-Lük Düraminin sözlərinə görə, şirkət bununla kifayətlənməyərək, Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir və hazırda ciddi layihələr üzərində müzakirələr aparılmaqdadır. “Du Pont” neft-qaz sektorundan əlavə, Azərbaycanda yol tikintisi və inşaat sektoru, eləcə də, qida sənayesinin inkişafına öz töhfəsini vermək niyyətindədir. Onun sözlərinə görə, “Du Pont”un kimya müəssisələrində yüksək keyfiyyətli bitum qatışıqları hazırlanır ki, bu materialdan inşa edilən magistral yolları daha uzunömürlü olur.
Daha bir layihə qida sektoru ilə bağlıdır. Qonaq qeyd etdi ki, Avropa ölkələrində, həmçinin, dünyanın inkişaf etmiş ölkələrində marketlərdə satılan əksər məmulatlar qablaşdırılmış formada olur. Bu, həm məhsulun tez xarab olmasının qarşısını alır, həm də gigiyenik cəhətdən daha məqbuldur.
“Du Pont” da Azərbaycanın bütün ticarət mərkəzlərində satılan müxtəlif növ məhsulların, o cümlədən, kənd təsərrüfatı məhsullarının xüsusi formada qablaşdırılaraq satılmasına tərəfdardır.
Hazırda “Du Pont”un Azərbaycanda yalnız kiçik bir distributor şəbəkəsinin mövcud olduğunu deyən şirkətin Avropa, Yaxın Şərq və Afrika ölkələri üzrə biznes innovasiyalar direktoru Cordi Qavalda tezliklə paytaxtda nümayəndəliyin fəaliyyətə başlayacağını qeyd etdi. Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə aparılan danışıqlardan asılı olaraq ölkə iqtisadiyyatına yatırılacaq investisiyaların həcmi bəlli olacaq.
Şirkətin strategiyası haqda danışan C.Qavalda, adətən xarici ölkələrdə yaratdığı istehsal müəssisələrində işçilərin böyük əksəriyyətinin yerli sakinlərdən ibarət olduğunu vurğuladı.Yalnız rəhbər heyətdə çox kiçik sayda işçilər “Du Pont”un mərkəzi ofislərindən göndərilir. Qonşu Türkiyə və Rusiyada “Du Pont”un iri nümayəndəliklərinin fəaliyyət göstərdiyini xatırladan natiq, layihələrin gerçəkləşəcəyi təqdirdə sadalanan ölkələrdəki kadr potensialından da yararlanacaqlarını söylədi.
Bakının gözəlliyinə görə Avropanın, eləcə də, dünyanın böyük şəhərləri ilə rəqabət aparmaq qabiliyyətində olduğunu vurğulayan Cordi Qavalda, paytaxtın mərkəzində-tarixi binalarda aparılan restavrasiya işlərini də yüksək qiymətləndirdi. O, həmçinin, əlavə etdi ki, “Du Pont” bu sahədə xüsusi təcrübəyə malikdir. Şirkətin kimya müəssisələrində xüsusi materiallar istehsal olunur ki, bunlar da binaların fasadlarında aparılan restavrasiya işlərində əvəzsiz xammaldır. Belə ki, binaların fasadlarının texniki vasitələrlə yonulub ağardılması daşların deformasiyaya uğramasına gətirib çıxarmaqla yanaşı, ətraf ərazilərdə çoxlu toz-torpağın yaranmasına səbəb olur, ekologiyanı korlayır. Binaların fasadlarının kimyəvi məhlullarla təmizlənməsi nəinki daşların ömrünü uzadır, eyni zamanda, paytaxın ekologiyasına vurulan zərəri minimuma endirir.
Şirkətin Şərqi Avropa ölkələri üzrə ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tatyana Babkina isə, Azərbaycan bazarına belə gec daxil olmalarına baxmayaraq, “Du Pont”un ölkəmizlə əməkdaşlığa böyük ümidlər bəslədiyini vurğuladı və bu əməkdaşlığın hər iki tərəf üçün böyük perspektivlər vəd etdiyini söylədi.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

