/ / Mübariz Qurbanlı: Prezident İlham Əliyevin Özbəkistana səfəri qarşılıqlı münasibətlərin inkişafına təkan verəcək
Mübariz Qurbanlı: Prezident İlham Əliyevin Özbəkistana səfəri qarşılıqlı münasibətlərin inkişafına təkan verəcək
30.09.2010 [09:27]
M.Qurbanlı bildirib ki, hazırda Mərkəzi Asiya dövlətləri dünyanın siyasi həyatında və iqtisadi sistemində özünəməxsus yer tuturlar. Onun sözlərinə görə, Mərkəzi Asiya bölgəsinə daxil olan Qazaxıstan, Türkmənistan, Qırğızıstan, özbəkistan və Tacikistan Azərbaycanla sıx əlaqələrə malikdir.
“Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət xəttində Mərkəzi Asiya ölkələri ilə münasibətlər əhəmiyyətli yer tutur. Bu da təsadüfi deyil. çünki Azərbaycan Şərqlə Qərbi birləşdirən coğrafi məkandır. Eyni zamanda, ölkəmiz tarixi İpək Yolunun üzərində yerləşir. Azərbaycan Qərbdən Şərqə çıxış nöqtələrindən biridir və ona görə də, Mərkəzi Asiyaya çıxış ölkəmizin üzərindən keçir. Azərbaycanın həyata keçirdiyi bir sıra layihələr xüsusilə çinin, Yaponiyanın Avropa ilə birləşdirilməsinə aid layihələr Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əlaqələri ilə səciyyələnir”, - deyə YAP İcra katibinin müavini qeyd edib.
özbəkistanla Azərbaycanın tarixi birliyinin olduğunu deyən M.Qurbanlının sözlərinə görə, eyni zamanda, hər iki ölkənin ümumi maraqları da var. “Ulu öndər Heydər Əliyevin zamanında özbəkistanla qurduğu münasibətlər, özbəkistan Prezidenti İslam Kərimovun dediyi kimi “Heydər Əliyev tərəfindən əsası qoyulan münasibətlər bu gün uğurla davam etdirilir”. Prezident İlham Əliyevin səfər zamanı söylədiyi fikirlər və özbəkistanın xüsusilə xarici siyasət sahəsində Azərbaycana verdiyi dəstək təqdirəlayiqdir və xüsusi qeyd olunmalıdır. Məlumdur ki, özbəkistan o ölkələrdəndir ki, işğalçı Ermənistanla münasibət qurmayıb, Dağlıq Qarabağ məsələsində Azərbaycanı birmənalı olaraq müdafiə edir. Həmçinin, işğal olunmuş Azərbaycan torpaqlarından erməni hərbi birləşmələrinin çıxarılması ilə əlaqədar bütün məsələlərdə ölkəmizi dəstəkləyir. Hamının yadındadır ki, Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı məsələ BMT-nin Baş Məclisində müzakirə olunarkən özbəkistan ölkəmizin təqdim etdiyi layihənin lehinə səs vermişdi. O da məlumdur ki, layihənin qəbul olunmasına mane olan qüvvələr var idi və həmin qüvvələr özbəkistana da bu və digər formada təsir göstərmək istəyirdilər. Amma özbəkistan tam müstəqil qərar çıxararaq Azərbaycanı müdafiə etmişdi. Prezident İlham Əliyev bu faktı səfər gedişində xüsusi qeyd etdi. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu səfəri özbəkistan-Azərbaycan əlaqələrində çox mühüm rol oynayacaq və qarşılıqlı münasibətlərin inkişafına təkan verəcək”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

