Döyüşə muzdlular gedir
17.03.2022 [10:21]
Müharibə yeni mərhələdə
Mübariz ABDULLAYEV
Rusiya ilə Ukrayna arasında müharibənin hələ ki, sonu görünmür. İki ölkə təmsilçiləri arasında danışıqların dördüncü raundu keçirilsə də, tərəflər ümumi razılığa gəlməkdən uzaqdırlar. Hər ötən gün döyüşlərin miqyası daha da genişlənir. Tərəflər böyük itkilərə məruz qalırlar. Bu arada bəlli olub ki, döyüşlərdə yalnız Ukrayna və Rusiya vətəndaşları iştirak etmirlər. Ayrı-ayrı xarici ölkələrdən peşəkarların da döyüşlərə cəlb olunması ilə, deyə bilərik ki, müharibənin yeni mərhələsi başlayıb.
Könüllülər, yoxsa muzdlular?
Hər iki tərəf müharibəyə cəlb olunan xarici ölkə vətəndaşlarını könüllülər kimi təqdim edir. Xarici ölkə vətəndaşlarının müharibədə iştirakı həm Ukraynada, həm də Rusiyada ən yüksək səviyyədə dəstəklənir. “Dünyanın 52 ölkəsindən könüllülər döyüşmək üçün Ukraynaya gəlib”. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. Onun sözlərinə görə, təcrübəli veteranlar və könüllülər Ukraynaya gəlib beynəlxalq legiona qoşulurlar. D.Kuleba indiki məqamda Ukraynanın müdafiəsi üçün silaha sarılmağa hazır olan əcnəbilərin müraciətlərinin ümumi sayının 20 minə yaxınlaşdığını diqqətə çatdırıb.
Ukrayna tərəfdən döyüşlərə qatılmaq istəyənlərin təmsil etdikləri ölkələrin coğrafiyası kifayət qədər genişdir. KİV-də Avropa, Yaxın Şərq ölkələrindən, ABŞ-dan, Kanadadan könüllülərin Ukraynanın müdafiəsində iştirak etmək istədikləri barədə materiallar tirajlanır. Hətta iddia olunur ki, Ukrayna dövləti sözügedən könüllülərə vətəndaşlıq verilməsinə də etiraz etmir.
Buna bənzər ssenarilər Rusiyada da hazırlanır. Putin bir qədər bundan əvvəl hökumətin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilən müzakirələrdə xarici ölkələrdən olan könüllülərin Rusiya tərəfdən müharibəyə qatılmaq istədiklərinə isti münasibət bəslədiyini açıq mətnlə dilə gətirdi və onların istəklərinin təmin olunması ilə bağlı tapşırıqlarını verdi. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə onun ölkəsi tərəfdə döyüşmək istəyən könüllülərin sayını açıqlayıb -16 mindən çox...
Ekspertlərin qənaətinə görə, hər iki tərəfdən olan rəsmilər müharibəyə qatılmaq istəyən xarici ölkə vətəndaşlarını könüllülər kimi təqdim etsələr də, onlar əslində muzdlu döyüşçülərdirlər. Bildirilir ki, hazırda dünyanın “qaynar” regionlarında nisbi sakitlik səbəbindən muzdlu döyüşçülər, necə deyərlər işsiz qalmışlar. Bu reallığın fonunda Rusiya və Ukrayna cəbhələri onlar üçün kifayət qədər cəlbedici görünür.
Azərbaycanı əsassız yerə qınayanlar, niyə susursunuz?
Bir sıra dövlətlər və ayrı-ayrı beynəlxalq təşkilatlar 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tərəfdən ermənilərə qarşı muzdlu döyüşçülərin vuruşduğunu iddia edərək ölkəmizin ünvanına hədyanlar söyləyirdilər. Halbuki belə iddiaların heç bir əsası yox idi. Azərbaycanın müharibəyə xarici ölkələrdən muzdluların cəlb etməsinə dair heç bir fakt aşkarlanmayıb. Ölkəmiz ərazi bütövlüyünü xaricdən dəstək almadan öz gücünə təmin etdi. Sual isə başqadır: Nə üçün cəmi il yarım bundan əvvəl Azərbaycana olmayan muzdlu döyüşçülərə görə qınaqlar ünvanlayan mərkəzlər və dövlətlər indi Rusiyanın və Ukraynanın xaricdən açıq-aşkar döyüşçü cəlb etmələrinə seyirçi münasibət bəsləyirlər? Dünyanın faciəsi də elə bundadır. Nə qədər ki, belə ikili yanaşmalar var, Yer üzü müharibələrdən və digər fəlakətlərdən xilas ola bilməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52

