Üçüncü çağırış Milli Məclisin sonuncu payız sessiyası öz işinə başlayıb
01.10.2010 [11:54]
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov çıxışında bildirib ki, 5 il ərzində Milli Məclisin fəaliyyəti kifayət qədər səmərəli olub: “Bu fəaliyyətin səmərəli olması haqqında fikir söyləməyə ciddi əsaslar var. ötən müddətdə parlamert öz simasını, görünüşünü də əhəmiyyətli dərəcədə dəyişdirib ki, bunun özü də həm iş şəraitinin yaxşılaşdırılması, həm Azərbaycan parlamentinin təmsilçilik imkanlarının genişləndirilməsi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir”.
Əli Əhmədov qeyd edib ki, bu gün Azərbaycan çox ciddi siyasi kampaniya dövrünü yaşayır. Noyabrın 7-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Onun sözlərinə görə, 5 il Azərbaycan xalqını Milli Məclisdə təmsil edən deputatların böyük əksəriyyəti qarşıdan gələn parlament seçkilərinə qoşulublar.
“O cümlədən də, Azərbaycan parlamentinin çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasının deputat korpusunun da mütləq əksəriyyəti seçkilərdə iştirak edir. Mən inanmaq istəyirəm ki, partiyamızın irəli sürdüyü siyahı əsasında seçkilərə qoşulmuş deputatlar yenidən Azərbaycan parlamentində seçiciləri təmsil etmək hüququnu əldə edəcəklər. Eyni zamanda, bildirmək istəyirəm ki, YAP-ı təmsil edərək 5 il ərzində Milli Məclisdə fəaliyyət göstərmiş və qarşıdan gələn parlament seçkilərinə qatlmayan digər insanların hər biri də yenə də bizimlə çiyin-çiyinə Azərbaycan dövləti və xalqına xidmət sahəsində fəaliyyətlərini davam etdirəcəklər”, - deyə YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədov qeyd edib ki, qarşıdan gələn parlament seçkiləri Azərbaycanda demokratiyanın inkişafı istiqamətində atılan əhəmiyyətli bir addım olacaq.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə deyib ki, Azərbaycan hakimiyyəti parlament seçkilərinin azad və demokratik keçirilməsi üçün siyasi iradə nümayiş etdirib. S.Novruzov bildirib ki, ölkədə seçki praktikasının təkmilləşdirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, Seçki Məcəlləsi kifayət qədər mükəmməl sənəddir və bu sənəd əsasında tam demokratik seçkilər keçirmək mümkündür. YAP İcra katibinin müavini bu sənədə beynəlxalq qurumların da müsbət rəy verdiyini xatırladıb. S.Novruzov görülən işlərə baxmayaraq, bəzi müxalifət partiyalarının hakimiyyətə və Yeni Azərbaycan Partiyasına qarşı böhtanlar atdığını bildirib. Onun sözlərinə görə, həmin partiyalar öz namizədlərinin qeydə alınması üçün tələb olunan 450 imzanı toplaya bilmirlər. “Bu qədər zəif olan siyasi təşkilatların belə iddialarla çıxış etməsi yersizdir. Onlar böhtan atmaqla hara qədər gedə biləcək? Yaxşı bilirlər ki, öz namizədlərinin mütləq əksəriyyətini Azərbaycanda heç kim tanımır. Ona görə də, kimin, hansı siyasi qüvvənin seçkilərdə qalib gəlməsini etiraf etməlidirlər”, - deyə YAP İcra katibinin müavini vurğulayıb. Onun sözlərinə görə, hakimiyyətlə yanaşı, seçkilərdə iştirak edən siyasi partiyalar da seçkilərin demokratik keçirilməsində müəyyən rol oynamalıdır. “Amma müxalifət partiyaları bunu etmək istəmir. Əvəzində seçkilər haqda indidən rəy yaratmağa çalışırlar. Yaxşı olar ki, onlar birinci gedib Seçki Məcəlləsini oxusunlar və qanunlara riayət etsinlər. Artıq Rauf Arifoğlu 24 saylı dairədə namizədliyini verərək reklam xarakterli addımlar atır. O, şəklini çap edərək seçiciləri həmin dairədən ona imza verməyə çağırır və s. Hamı qayda-qanuna əməl etməlidir. R.Arifoğlu dahi şəxsiyyət deyil ki, özünü belə aparır. Hamı bilməlidir ki, seçkilər qanun və seçicilərin iradəsi əsasında keçiriləcək”, - deyə S.Novruzov qeyd edib.
Millət vəkili Asəf Hacıyev isə, Ermənistanın xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son bəyanatına toxunaraq onun dünya ictimaiyyətini aldatmağa çalışdığını deyib. Millət vəkilinin fikrincə, həmsədrlər işğalçı dövlətin belə mövqeyinə münasibət bildirməlidir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə çıxışında Azərbaycanın sürətlə inkişaf etdiyini və aparılan siyasətin ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnəcəyini bildirib.
Daha sonra millət vəkilləri Milli Məclisin 2010-cu il payız sessiyasının qanunvericilik işləri planını təsdiq ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

