/ / Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri digər türkdilli dövlətlərdə də yüksək qiymətləndirilir
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri digər türkdilli dövlətlərdə də yüksək qiymətləndirilir
05.10.2010 [10:32]
Məlum olduğu kimi, sentyabrın 16-da İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında hər il oktyabr ayının 3-ü tarixinin Türkdilli ölkələrin əməkdaşlıq günü kimi qeyd olunması ilə bağlı qərar qəbul edilib. Bu qərar artıq icra olunmağa başlayıb və iki gün öncə türkdilli ölkələrin əksəriyyətində bu bayram qeyd olunub. Təbii ki, bu fakt qardaş ölkələr arasında əlaqələrin daha da inkişafına xidmət etməklə bərabər, xalqlarımızın daha da yaxınlaşmasına töhfələr verir. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu da bu tip tədbirləri yüksək qiymətləndirir və mədəni birliyimizin təmin olunmasında, əlaqələrimizin inkişafında və xalqlarımızın inteqrasiyasında bu tip addımların böyük əhəmiyyətini olduğunu bildirir. Qəzetimizə açıqlama verən fondun rəhbəri Nüsrət Məmmədov deyib ki, türkdilli dövlətlər arasında möhkəm birliyin yaranması zərurətdir və heç kəs bu prosesin qarşısını ala bilməz. çünki türk dövlətləri arasında birliyi şərtləndirən çox ciddi səbəblər mövcuddur: “Bizi ortaq tarix, ortaq mədəniyyət, dil, din eyniliyi kimi çox ümdə məsələlər birləşdirir. Türk dünyası artıq qlobal siyasi proseslərdə öz mövqeyini daha dəqiq müəyyənləşdirməkdədir. Tarixi, dini, dili, mədəniyyəti eyni olan bu dövlətlər xarici təzyiqlərə qarşı birgə mübarizə aparmağa, birgə inteqrasiyaya maraqlıdırlar. Türk xalqları əsrlər boyu bir yerdə yaşayıb, bir yerdə çalışıb, ortaq mədəniyyət yaradıb və ondan bəhrələniblər. Ən çətin tarixi situasiyalarda türk xalqları bir-birilərinə yardımı əsirgəməyiblər, bir-birilərinin yanında yer alıblar. Müasir dünyamızda da türkdilli ölkələrin birliyi daha aktual və vacib xarakter alıb. Ona görə də, bu istiqamətdə atılan hər addıma dəstək verməliyik, ortaq layihələrin icrasına səylərimizi birləşdirməliyik”.
Azərbaycan Prezidenti İlham Əliyevin türk xalqları və dövlətləri arasında əlaqələrin inkişafı, münasibətlərimizin daha geniş istiqamətləri əhatə etməsi üçün güclü iradə ortaya qoyduğunu vurğulayan N.Məmmədovun sözlərinə görə, dövlət başçısının təşəbbüsləri digər türkdilli dövlətlərdə də lazımincə qiymətləndirilir.
Nüsrət Məmmədov, daha sonra bildirib ki, Türkdilli ölkələrin əməkdaşlıq günü Qırğızıstanda da geniş şəkildə qeyd olunub. N.Məmmədov bu bayramın daha kütləvi halda keçirilməsinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, bu, qardaş ölkələrin tanıdılmasında, ortaq tariximizin daha yüksək səviyyədə öyrənilməsində, dövlətlərimizin təbliği işində müsbət nəticələrə verə bilər: “Bu işdə daha çox ictimaiyyət nümayəndələri, ictimai təşkilatlar maraqlı olmalıdırlar və dövlətin siyasətinə dəstək verməlidirlər. Mən inandırım sizi, bu gün digər türkdilli ölkələrdə çox az adam Azərbaycanın tarixini bilir. Ya da başqa türkdilli ölkələr haqqında digərlərində az məlumat var. Bu məlumatsızlığın aradan qaldırılması üçün bütün ictimai təşkilatlar fəaliyyət göstərməlidirlər, geniş təbliğat işləri aparmalıdırlar. çoxlu kitablar nəşr olunmalı, radio-televiziya kanallarının imkanlarından istifadə olunmalıdır”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

