Azərbaycanla əməkdaşlığın genişləndirilməsi Avropa İttifaqı üçün strateji məsələdir
09.04.2022 [11:22]
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyevin Brüssel səfəri, səfər çərçivəsində keçirilən görüşlər bir sıra məqamlara yenidən aydınlıq gətirdi. Xüsusilə də, dövlətimizin başçısının Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü zamanı ifadə edilən fikirlər Azərbaycanın etibarlı və perspektivli tərəfdaş olduğunu bir daha təsdiqlədi. Növbəti dəfə ifadə edildi ki, ölkəmizlə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi Aİ üçün strateji məsələdir - mühüm əhəmiyyətə malikdir.
Ümumiyyətlə, son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi müşahidə edilir. Elə münasibətlərin dinamikası da bu reallığın ifadəsidir. Tərəflər arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi əməkdaşlıq əlaqələrinin inkişafı baxımından önəmlidir. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Bununla yanaşı, Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti, yəni quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. Bir müddət öncə qeyd edilmişdi ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu artıq başa çatdırılıb və sənədin qalan hissəsi qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacaq. Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini diqqətə çatdırmışdı.
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun artması da Aİ tərəfindən diqqətdə saxlanılır, yüksək dəyərləndirilir. Bu da təsadüfi deyil, çünki Avropanın alternativ mənbələrə ehtiyacının olduğu, demək olar ki, hər gün ifadə edilir. Buna görə də etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktuallaşır. Ölkəmizə inam və etimad isə sonsuzdur. Çünki Azərbaycan uzun müddətdir ki, Avropa bazarında etibarlı enerji təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Azərbaycanla əməkdaşlığın üstünlüyünü şərtləndirən digər amillər ondan ibarətdir ki, respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir.
İndi həm Avropa məkanında, həm də müxtəlif bölgələrdə sabitlik və əməkdaşlıq mühitinin təmin olunması geosiyasi qüvvələr və qütblərin, eləcə də regional güc mərkəzlərinin diqqətindədir. Beynəlxalq ictimaiyyətin nəzəri həm də postmüharibə dönəminə qədəm qoymuş Cənubi Qafqazdadır. Xüsusilə də, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Müxtəlif qüvvələr, o cümlədən Avropa İttifaqı postmüharibə bu prosesə vacib töhfə verə bilərlər. Elə bu istiqamətdə müvafiq təklif və təşəbbüslər də irəli sürülür, diplomatik təmaslar davam etdirilir.
Şarl Mişelin səsləndirdiyi fikirlər göstərir ki, Aİ Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Bu da təsadüfi deyil. Ona görə ki, Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Yeni əməkdaşlıq mühiti həm region dövlətləri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Bu isə bölgədə söz və nüfuz sahibi olan Azərbaycanla səmərəli - məqsədyönlü əməkdaşlıqdan asılıdır.
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

