Ermənistanın işğalçı mövqeyi regionun təhlükəsizlik balansına başlıca təhdiddir
14.10.2010 [09:30]
Cənubi Qafqaz müasir dünya siyasətində geosiyasi və geoiqtisadi parametrlər baxımından ən önəmli regionlardan biri hesab edilir. Təsadüfi deyil ki, dünyanın geostrateji təhlükəsizlik sistemini formalaşdıran güc mərkəzləri bu bölgəni əhəmiyyətli geosiyasi məkan kimi özlərinin uzunmüddətli strateji planlarına və konsepsiyalarına daxil ediblər. Məhz bunun göstəricisidir ki, nəhəng aktorlar özlərinin nəzəri strateji konsepsiyalarında belə bir müddəanı xüsusi olaraq önə çəkirlər ki, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin edilməsi nəticə etibarilə regionətrafı bölgələrdə, yəni, Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradacaq. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı faktorların əsasını isə separatizm və ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir...
Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizlik balansını pozan əsas amil kimi...
Şübhəsiz, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir. Amma bütün bunlara baxmayaraq, dünyanı idarə edən güclər özlərinin transmilli maraqlarını əsas tutaraq əksər hallarda ikili standartlardan çıxış etməklə münaqişənin həlli prosesini ləngitmiş olurlar. Hər halda, nəhəng aktorlar daha praqmatik mövqe seçməklə problemin həlli məsələsində daha rasional addımlar ata bilərlər. Bununla əlaqədar, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin oktyabrın 5-6-da Soçidə keçirilmiş I Beynəlxalq Görüşündə “Beynəlxalq münaqişələrə çevrilə biləcək beynəlxalq təhlükəsizliyə təhdid və çağırışların dəyərləndirilməsi” mövzusunda çıxışı zamanı xüsusi olaraq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması beynəlxalq birliyin gündəmində mühüm yerlərdən birini tutmalıdır: “Azərbaycan rəhbərliyi dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, Dağlıq Qarabağ ətrafındakı işğal altında olan rayonların azad olunması məsələsini erməni əhalinin təhlükəsizliyinin təminatı və nəqliyyat kommunikasiyalarının açılması, Dağlıq Qarabağa müvəqqəti statusu verilməsi ilə əlaqələndirməyə, yekun statusun nizamlanmanın ikinci mərhələsində müzakirə etməyə hazırdır. Azərbaycan erməni əhalisinin təhlükəsiz yaşayışı üçün şərait yaratmağa qadirdir. 200 mindən artıq azərbaycanlını yurd-yuvasından qovan Ermənistandan fərqli olaraq bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsi istisna olmaqla, digər bölgələrində 20 mindən artıq erməni yaşayır, erməni dilində televiziya verilişləri yayımlanır, erməni dilində informasiya agentliyi fəaliyyət göstərir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləyir. ATƏT, Avropa İttifaqı, Avropa Şurası və İslam Konfransı Təşkilatı kimi beynəlxalq strukturlar hesab edir ki, işğal olunmuş torpaqlar dərhal boşaldılmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalı, azərbaycanlı və erməni icması sülh və əmin-amanlıq şəraitində bir yerdə yaşamalıdır”.
Bundan başqa, bir sıra beynəlxalq təşkilatlar münaqişənin həllində aktiv mövqe nümayiş etdirsələr də, Ermənistanın “hansısa” amillərə görə qeyri-konstruktiv mövqe sərgiləməsi bütövlükdə problemin həlli prosesini “baltalayır”. Bu da nəticə etibarilə regional təhlükəsizliyin və bölgəyə yönəlik qlobal əməkdaşlığın əngəllənməsi mənasına gəlir. Akademik Ramiz Mehdiyevin də qeyd etdiyi kimi, erməni tərəfi uydurma iddialar irəli sürmək yolu ilə problemin həllini uzatmaq taktikasından imtina edib, konstruktiv yanaşma nümayiş etdirərsə, münaqişənin nizamlanmasına dair danışıqlar prosesindən nəzərəçarpacaq dəyişikliklər gözləmək olar: “Rəsmi İrəvan öz təcavüzkar siyasətində inadkarlığı dayandırmalı və dərk etməlidir ki, münaqişənin tezliklə nizamlanması və regionda stabilliyin bərqərar olması Ermənistanın özünün də maraqlarına cavab verir”.
Status-kvo bu cür davam etməyəcək
Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, Azərbaycan hələlik münaqişənin sülh yolu ilə həllinə çalışır. Güclü diplomatik səylərə məhəl qoymayan Ermənistan isə hələ də mövcud status-kvonun qorunub saxlanılması üçün taktiki manevrlər edir. Amma qeyd etmək lazımdır ki, münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər strateji baxımdan ciddi fəsadlara səbəb ola bilər. Birincisi, bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, narkobaronların bu bölgəni başlıca bazara çevirməsinə, çirkli pulların mütəmadi surətdə bu məkanda yuyulmasına, bölgənin qanunsuz miqrasiya məkanına çevrilməsinə və digər illeqal proseslərin baş verməsinə səbəb olur ki, bu da perspektiv üçün olduqca ciddi fəsadlar vəd edir. İkincisi, Azərbaycan mövcud status-kvonun uzun müddət davam etməsi ilə heç cür barışmayacaq. Diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarında təsbit edildiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Məhz buna görə də, həm beynəlxalq təşkilatlar, həm də dünya siyasətinin başlıca güc mərkəzləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yönündə daha ciddi təşəbbüslər ortaya qoymalıdırlar. Bu, həmin qüvvələrin özləri üçün də ciddi strateji dividendlər vəd edir...
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19

