Azərbaycan-Rusiya strateji müttəfiqliyi hədəfdə
19.04.2022 [10:33]
Arutunyan üçüncü ölkədə həbs oluna bilər
Sadiq İSMAYILZADƏ
10 noyabr üçtərəfli Bəyannaməsi həm də Qarabağdakı erməni silahlarının ən qısa zamanda ləğvini özündə ehtiva edirdi. Təəssüf ki, bölgədə hələ də silahlı erməni terrorçuları qalmaqdadır. Onların başçısı Araik Arutunyan isə özünü “yada salmaq” üçün min bir vasitəyə əl atır. Son zamanlar Azərbaycanın Qarabağdakı bəzi strateji nöqtələrdə öz hərbi gücünü daha da möhkəmləndirməsi qondarma separatçını narahat edib. Bunun nəticəsidir ki, Araik Arutunyan təxribatçı açıqlamaları ilə gündəmə gəlməyə, özünü kompensasiya etməyə çalışıb. O həm də, Azərbaycanla Rusiya arasındakı mühüm ikitərəfli əlaqələrə kölgə salmağa cəhd göstərib. Rusiya sülhməramlı kontingenti ilə bağlı təxribatçı fikirləri, guya birgə hansısa fəaliyyət istiqamətində müzakirələr apardıqlarını söyləməsi də buna bariz misaldır.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycan ərazisində separatçılıqla məşğul olan terrorçu Araik Arutunyan bəzi qüvvələrin dəstəyi ilə hələ də qeyri-qanuni fəaliyyətin davam etdirməyə çalışır. Onun sözlərinə görə, Arutunyanın verdiyi “açıqlamalar” sülhə, təhlükəsizliyə və sabitlik mühitinə böyük təhdid yaradır. Eyni zamanda, rəsmi İrəvan ilə aralarındakı fikir ayrılıqları, ziddiyyətlər getdikcə dərinləşən separatçıbaşı sülhün yetişdiyini anlayır: “Ermənistanın siyasi iqtidarı sülh gündəliyinə uyğun olaraq addımlar atmaqda maraqlı görünür. Sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycanın ərazi bütövlüyünün tanınması, sülh müqaviləsinin imzalanması iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi mühüm məsələlərin müzakirə edildiyi bir zamanda hansısa terrorçunun sözləri ciddiyə alınmamalıdır. Onun istənilən açıqlaması Azərbaycan və Rusiya arasında imzalanan Moskva bəyənnaməsinin preambulasına və təməl müddəalarına ziddir. Rusiya dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, dəstəklədiyini və bu kontekstdə münasibətlərin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb. Rusiya ilə Azərbaycan arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır. Bu müsbət əlaqələr həm də Cənubi Qafqazın təhlükəsizlik seqmentini əhatə edir. Regionda təhlükəsizlik mühitinin gücləndirilməsi, bu amilin daha da inkişaf etdirilməsi Kremlin də maraqları çərçivəsindədir”.
İ.Hüseynovun fikrincə, Rusiya Cənubi Qafqazda dayanıqlı sülhün möhkəmlənməsini arzulayır. Bu mənada 10 noyabr 2020, 11 yanvar 2021 və 26 noyabr 2021-ci il bəyanatlarının maddələrinin tam şəkildə və qeyd-şərtsiz icrası mühüm aktuallıq kəsb edir. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyannamənin 4-cü maddəsinin implementasiyası regionun təhlükəsizlik mühitini daha da gücləndirəcək. “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki terrorçuların zərərsizləşdirilməsi sülh istiqamətində atılan addımlarla paralellik təşkil etməlidir. Ermənistana deyil, Rusiyaya sığınmağa çalışan Araik Arutunyan kimilərinin isə son aqibəti ittiham kürsüsü olmalıdır. Düşünürəm ki, Araik Arutunyanın həbsi üçüncü ölkədə reallaşa bilər. Və ya Azərbaycan antiterror əməliyyatı ilə bu həbsi həyata keçirə bilər. Bu gün Azərbaycan ilə Ermənistan arasında beş maddəlik baza prinsipləri əsasında razılıqların əldə olunduğu dönəmdə təhlükəsizlik mühitinə zərbə vurmaq, bu istiqamətdə fəaliyyət göstərmək yolverilməzdir. Düşünürəm ki, bu mövzuda Azərbaycan ilə Rusiya arasında ikitərəfli təmasların dərinləşməsi məsələyə aydınlıq gətirə bilər. Moskva ilə Bakı arasında olan münasibətlərin yüksək ruhu, sülh istiqamətində ortaq fikri təhdid yaratma ehtimalı olan elementlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq”, - deyə politoloq əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

