Yeni Əfv sərəncamı
26.04.2022 [10:09]
Necə nəfərə şamil olunacaq?
ÜMİD
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır. İclaslarda məhkumların, onların vəkillərinin müraciətləri, eyni zamanda, Ombudsman təsisatının, QHT-lərin, deputatların məhkumlarla bağlı vəsatətləri müzakirəyə çıxarılacaq.
Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev “Yeni Azərbaycan”a açıqlamasında müəyyən müddətdir ki, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv sektoru və Əfv Məsələləri Komissiyasının katibliyinin daxil olan hər bir müraciətlə bağlı məlumatlar topladığını, rəylər aldığını və müvafiq arayışlar hazırladığını deyib: “Arayışlar Əfv Məsələləri Komissiyasının sədrinə təqdim olunur. Arayışların təqdim olunması başa çatdıqdan sonra Əfv Komissiyasının sədri tərəfindən iclaslar təyin edilir. Bu gün komissiyanın ilk iclası olacaq”.
Ə.Nuriyev söyləyib ki, Prezident İlham Əliyev hər zaman öz fəaliyyətində humanizm, mərhəmət və şəfqət prinsiplərini əsas götürür: “Təsadüfi deyil ki, 2003-cü ildən bu zamana qədər cənab İlham Əliyev tərəfindən 35 əfv sərəncamı imzalanıb, nəticədə 5000-dən artıq şəxs cəzadan azad edilib və ya cəzası azaldılıb. Əlamətdar günlərdə cəmiyyətdə Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı ilə əlaqədar gözlənti olur. İstisna deyil ki, 28 May - Müstəqillik Günü ilə bağlı növbəti əfv sərəncamı ola bilər. Əlbəttə ki, əfv hüququ cənab Prezidentin müstəsna konstitusion səlahiyyətidir. Amma Əfv Məsələləri Komissiyasının iclaslarından sonra bir qayda olaraq əfv sərəncamlarının imzalanmasının şahidi olmuşuq. Yenə də istisna edilmir. Lakin qeyd etdiyim kimi, nə zaman imzalanması və kimlərə şamil olunması Prezident İlham Əliyevin konstitusion səlahiyyətlərinə daxildir”.
Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin humanizm ideyalarına böyük önəm verməsi və buna uyğun addımlar atılması vətəndaş həmrəyliyinə, insanların dövlətə inam və etimadının artmasına xidmət edib. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə Əfv Məsələləri Komissiyası ilə əvəz olunub. Bütövlükdə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv Fərmanının imzalanması mühüm əhəmiyyətə malikdir. Ümummilli Lider tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Bunlarla yanaşı, ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.
Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini və ənənələrini layiqincə davam etdirən Prezident İlham Əliyev əfv institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib. Azərbaycan Prezidenti indiyə qədər bir çox sərəncam imzalayıb, minlərlə insan azadlığa qovuşub. Eyni zamanda, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları minlərlə şəxsi əhatə edib. Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq ötən il əfv sərəncamı ilə 625 məhkum azadlığa buraxılıb. Ölkə Prezidentinin təşəbbüsü ilə Zəfər Günü münasibətilə amnistiya aktı qəbul edilib. Amnistiyanın tətbiqi nəticəsində şəxslər ayrı-ayrı cəzalardan, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediliblər, bəzilərinin isə cəza müddəti azaldılıb. Məhkəmələrin icraatında olan cinayət işləri üzrə isə müxtəlif şəxslərə amnistiya tətbiq edilərək onlardan yarıdan çoxu cəzadan azad edilib və ya cəza müddətləri azaldılıb.
Bütün bunlar Azərbaycan dövlətinin humanizm siyasətinin əyani ifadəsi - bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxAnalitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17

