Tarixi ədalət bərpa ediləcək
13.05.2022 [10:10]
Yeni taktika formalaşmalıdır
Məlik MƏMMƏDOV
Siyasi şərhçi, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov mətbuata rəsmi İrəvanın sülh danışıqlarında sərgilədiyi ziddiyyətli mövqeyinə və Azərbaycanın atmalı olduğu addımlarla bağlı maraqlı məqamlarla diqqət çəkən açıqlama verib.
O, müsahibəsində digər məsələlərlə yanaşı, Zəngəzur və Göyçə mahalının qaytarılması və tarixi ədalətin bərpası məsələsinə də toxunub. Qeyd edib ki, bu məsələ bizim strateji məqsədimizdir və onun həyata keçirilməsi üçün taktika formalaşmalıdır. Şərhçinin sözlərinə görə, Azərbaycanın tarixi torpaqları ilə bağlı rəsmi iddia irəli sürmək Azərbaycan xalqının istəyidir: “Çünki vaxtilə bizə qarşı tarixi ədalətsizlik baş verib. O ərazilərdən çıxan yüz minlərlə insanın nəvə-nəticələri öz dədə-baba yurdlarını unutmayıblar”.
Tarixə qısa ekskursiya edək: 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi təqribən 114 min kvadratkilometr olub, ermənilər isə XIX-XX əsrlərdə Yaxın Şərqdən, İran və Türkiyədən Azərbaycan ərazilərinə köçürülüb. 1918-ci il may ayının sonunda Cənubi Qafqazda ilk erməni dövləti yaradıldı və ADR rəhbərliyi məcburən qədim Azərbaycan şəhəri İrəvanı paytaxt kimi ermənilərin müvəqqəti idarəsinə (100 il müddətinə) verdi ki, sonuncular Zəngəzura və Qarabağa iddialarından əl çəksinlər.
Tarixi mənbələrdə, eləcə də müxtəlif səyyahların qeydlərində Zəngəzurun qədim zamanlardan türklərin məskəni olduğu təsdiqlənir. XVIII əsrdə Zəngəzur mahalı ərazisinin böyük hissəsi Qarabağ xanlığının, digər hissəsi isə Naxçıvan və İrəvan xanlıqlarının tərkibində idi. Çar Rusiyası dövründə isə Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil edilmişdir. XX-ci əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı kəndi, üç dəfə az erməni kəndi var idi. 1905-1907 və 1914-1920-ci illərdə erməni silahlı birləşmələrin törətdiyi qırğınlar nəticəsində bu mahalda yaşayan yarım milyona yaxın müsəlman türk qətlə yetirilib. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinib...
Zəngəzur ADR ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl mahalları ilə birlikdə Qarabağ quberniyasının tərkibində idi. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Zəngəzur Azərbaycanın tərkibində ayrıca inzibati ərazi oldu. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da qəbul edilmiş qərar əsasında həyata keçirilirdi. 1933-cü ildə Ermənistan SSR ərazisi rayonlara bölündü və Zəngəzurun adı dəyişdirildi, Qafan, Gorus, Sisian (Qarakilsə) və Meğri rayonları yaradıldı... Nəhayət, 1988-ci ildə əzəli türk torpaqlarında yaşayan azərbaycanlılar öz doğma Zəngəzurdan, həm də bu gün Ermənistan tərkibində olan tarixi Azərbaycan torpaqlarından - Göyçədən, Dərələyəzdən, İrəvandan və Vedidən qovulmuşlar.
Göyçə Qərbi Azərbaycan ərazisində eyniadlı gölün ətrafında yerləşən tarixi mahaldır. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab olunur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranarkən Göyçə mahalı Azərbaycan torpaqları kimi onun tərkibində olub. 1920-ci ildə ADR-i işğal edən bolşeviklər Azərbaycan torpaqlarını - Göyçə, Dərələyəz mahalları və Dilicanı qanunsuz olaraq Ermənistana verdilər.
Azərbaycan xalqı və ölkəmizin rəhbərliyi bu tarixi torpaqları heç vaxt unutmayıb. Və 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində Ermənistan tərəfindən XX-ci əsrin sonlarında işğal olunmuş Azərbaycan əraziləri azad edildikdən sonra dövlət başçısının xalqımızın tarixi ədaləti bərpa etmək arzusunu reallaşdırmaq niyyəti getdikcə daha aydın olur. Məsələn, Prezident İlham Əliyevin aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirdiyi sözləri yada salaq. Konfrans iştirakçılarından birinin Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi üçün SSRİ-nin hansı rəsmi xəritəsinin razılaşdırıldığı barədə sualını cavablandırarkən, dövlət başçısı bütün xəritələrdən - 1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq Sovet İttifaqının dağıldığı dövrə qədərki xəritələrə qədər istifadə ediləcəyini bildirib. “Biz yalnız bir xəritə üzərində dayanmamalıyıq, çünki bir çox xəritələr var - 1918-ci ilin xəritəsi var ki, İrəvan o zaman Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının xəritəsi var ki, Zəngəzur o zaman Azərbaycanın tərkib hissəsi idi”, - deyə Azərbaycan Prezidenti qeyd etdi.
Mayın 10-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da bəyan edib ki, Qazax rayonunun 7 kəndinin və Kərki kəndinin Azərbaycanın nəzarətinə qaytarılması və bununla bağlı digər məsələlər Ermənistanla sərhədin delimitasiyası kontekstində öz həllini tapmalıdır. Bu açıqlama qonşu ölkədə isterikaya səbəb olub. İşğal olunmuş Azərbaycan kəndləri dağıdılıb, orada faktiki olaraq həyat yoxdur. Amma bu ərazilər Ermənistan tərəfi üçün strateji əhəmiyyət kəsb edir. İrəvan-Gorus-Qafan-İranla sərhəd respublika avtomobil yolu Naxçıvan Muxtar Respublikasının sərhədinə yaxın işğal altında olan Kərki kəndindən keçir. Erməni ekspertlər həyəcan təbili çalaraq xəbərdarlıq edirlər ki, Kərki Azərbaycana qaytarılarsa və sərhəd buradan keçərsə, Azərbaycan tərəfi Ermənistanın əsas logistik arteriyasına tam nəzarəti ələ keçirəcək. Aşağı və Yuxarı Əskipara kəndlərinin itirilməsi isə şimala gedən əsas magistral - M-4 İrəvan- Gürcüstanla sərhəd avtomobil yolu “təhlükə” altına düşür.
Yeri gəlmişkən, sovet dövründə Azərbaycanın tarixi ərazisində anklavların yaranması mərkəzi hakimiyyətin siyasətinin nəticəsidir. Azərbaycan və Ermənistan ittifaq respublikaları arasında sərhəd yenicə qurularkən, Qazax rayonunun bir hissəsi heç bir hüquqi əsas olmadan Azərbaycandan qoparılaraq Ermənistana kənd təsərrüfatı ehtiyacları üçün verilib. Guya Ermənistanın kifayət qədər otlaq və əkin sahələri yoxdur bəhanəsi ilə. Eyni zamanda, bir neçə iri kəndə öz əvvəlki yurisdiksiyasını saxlamağa icazə verildi, lakin onlar mühasirəyə alındı və onilliklər boyu çəmbər daralırdı, torpaqlar tədricən “erməni torpaqlarına” çevrildi. Bu proses hələ 20-ci illərdən başlayıb və 1985-ci ilə kimi davam etdi.
Ermənistan başa düşməlidir ki, nəticədə əraziləri qaytarmalıdır və əgər İrəvan destruktiv davranışını davam etdirsə, dövlət sərhədinin müəyyən edilməsi məsələsi uzansa, o zaman ölkəmiz güc tətbiq etməli olacaq. Ermənistan sülh müqaviləsi imzalamayana və delimitasiya və demarkasiya prosesi başlamayana qədər ölkələrimiz arasında heç bir hüquqi sərhəd yoxdur. Ona görə də Azərbaycanla sülh müqaviləsi bağlamaqda tələsmək Ermənistanın özünün maraqlarına uyğundur, əks halda ölkəmizin beynəlxalq hüquq normaları çərçivəsində təkcə sovet dövrünə deyil, həm də Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid tarixi ərazilərinə iddia etmək hüququ var.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26

