Brüsseldə növbəti görüş...
21.05.2022 [09:34]
Avropa İttifaqı İlham Əliyevin mövqeyi ilə hesablaşır
Ermənistan isə əldə olunmuş razılaşmaları yerinə yetirməlidir
Nardar BAYRAMLI
Avropa İttifaqı (Aİ) Şurasının mətbuat xidmətinin yaydığı məlumata görə, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Həmin gün Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı görüşlər də keçirəcək.
Xatırladaq ki, bu formatda sonuncu görüş ötən ay keçirilmişdi. Həmin görüşdə müəyyən razılaşmalar əldə olunsa da, erməni tərəfi bu günə qədər həmin razılaşmalara əməl etməyib. Bütün bunların fonunda mayın 22-də keçirilməsi nəzərdə tutulan görüşün hansı nəticələri ola bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, son dövrlər Avropa İttifaqı Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsi üçün böyük fəallıq göstərir. Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ötən ilin dekabrında və bu il aprelin 6-da Brüsseldə görüşü keçirilib: “Bundan əlavə, Şarl Mişel mütəmadi olaraq iki ölkələrin rəhbərləri ilə telefonla danışır, eləcə də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tez-tez regiona səfər edir. Bütün bunlar proseslərin kifayət qədər aktivliyinin göstəricisidir. Aprelin 6-da Brüsseldə keçirilən görüşdə müəyyən razılaşmalar əldə olunmuşdu. Ən vacib məqamlardan biri aprelin sonunadək birgə sərhəd komissiyasının yaradılması və sülh sazişinin hazırlanması üzrə işçi qruplarının təşkil edilməsi idi. Amma biz o vaxta qədər ermənilərin razılaşmaları dəfələrlə pozduğuna şahidlik etmişdik. Bu dəfə də belə oldu. Ona görə də, proseslərin gələcəyi haqqında qəti fikir söyləmək mümkün deyil. Həm də Paşinyanın Moskvaya səfəri diqqətlə izlənildi, belə fikirlər səslənirdi ki, bu səfərdən sonra erməni tərəfinin mövqeyində dəyişikliklər ola bilər. Həmin səfərdən sonra Avropa İttifaqının Prezidenti Şarl Mişelin həm Azərbaycan, həm də Ermənistanın rəhbəri ilə telefon danışıqları oldu. Eləcə də, xüsusi nümayəndə Toivo Klaar da bölgəyə səfər edərək müzakirələr apardı”.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Şarl Mişellə aprelin 23-də telefon danışığında 6 aprel Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini vurğuladı: “Azərbaycan hər iki məsələ üzrə nümayəndə heyətini müəyyənləşdirdiyini və görüş keçirməyə hazır olduğunu bəyan etdi. Lakin Ermənistan Azərbaycanın görüş təklifindən imtina edib. Azərbaycanın regionda yaratdığı yeni reallıqları Ermənistan da qəbul edir. Nikol Paşinyanın münasibətlərin normallaşdırılması ilə bağlı fikirləri buna sübutdur. Amma parlamentdəki məlum çıxışından sonra Ermənistanda Paşinyana qarşı müxalifət tərəfindən etiraz aksiyaları keçirilir, onun istefası tələb olunur. Daxili təzyiqlərlə yanaşı Paşinyan hakimiyyətinə müəyyən xarici dairələr tərəfindən də təsir göstərilir. Çünki Ermənistan forpost ölkədir. Bu səbəblərdən rəsmi İrəvan əldə olunan razılaşmaları yerinə yetirmir. Ancaq proses belə davam edə bilməz. Çünki Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunması üçün Ermənistan razılaşmalara əməl etməli və sülhə gəlməlidir. Ermənilərin başqa alternativi yoxdur. Düşünürəm ki, mayın 22-də Brüsseldə görüş keçirilərsə, ilk növbədə, Paşinyana Ermənistanın üzərinə götürdüyü öhdəliklər bir daha xatırladılacaq və razılaşmalara əməl edilməsinin vacibliyi vurğulanacaq. Çünki Ermənistanın sülhə gəlməkdən başqa yolu yoxdur. 44 günlük Vətən müharibəsindən sonra dövlətimiz regionda yeni reallıqlar yaradıb və rəsmi İrəvan bu reallıqlardan irəli gələn tələbləri yerinə yetirməlidir. Beləliklə, regionumuzun yeni konfiqurasiyasının formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi həlledicidir. Avropa İttifaqı bu mövqe ilə hesablaşır və növbəti görüş bu baxımdan da önəmlidir”.
Xəbər lenti
Hamısına baxGündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19

