Azərbaycanın eksklav əraziləri qaytarılmalıdır
21.05.2022 [10:18]
P.İSMAYILOV
Rəsmi İrəvan növbəti dəfə üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaq istəyir. Belə ki, Ermənistan XİN-i birinci Qarabağ müharibəsi zamanı erməni ordusunun işğal etdiyi Azərbaycan anklavlarını qaytarması niyyəti yoxdur. Və Azərbaycanın anklavları tələb etmək üçün də heç bir hüquqi əsası olmadığını deyir: “Müxtəlif xəritələr dərc olunub, lakin çox mühüm bir hal var: tərəflərdən birinin dərc etdiyi xəritə ərazinin bu və ya digər tərəfə məxsus olmasına qanuni əsas deyil. İstənilən xəritə hüquqi sənədə əsaslanmalıdır”, - deyə bildirilir. Bundan əlavə, qeyd edilib ki, İrəvanın “Azərbaycan ərazisindəki anklavlara” hüquqi əsasları var. Erməni tərəfi bu “əsasları” Azərbaycanla danışıqlar zamanı təqdim edəcək. Həmçinin İrəvan Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra nəzarətə götürdüyü ərazilərdən silahlı qüvvələrini çıxarmasını tələb etməkdə davam edir. Yada salaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirmişdi ki, Qazaxın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır. XİN rəsmisi qeyd etmişdi ki, bu ərazilər Azərbaycan ərazisidir: “Bu torpaqların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə bu çərçivədə baxılacaq. Bu məsələlər müzakirə olunub öz həllini tapacaq”.
Bu arada isə məlum olub ki, Əskipara kəndinin inzibati ərazisində, Əskipara-Bağanis yolunun kənarında rus hərbçilər hərbi qarnizon yerləşdirmək üçün 2 hektar ehtiyat ərazini icarəyə götürürlər. Bu barədə erməni jurnalist Voskan Sərkisyan öz “Facebook” səhifəsində yazıb. Əskipara sakinləri erməni jurnalistə bildiriblər ki, Rusiya hərbçiləri həmin ərazidə iş görüb, torpaq nümunəsi götürüblər. Rusiya hərbi qulluqçularının Tavus regional administrasiyası ilə 2 hektar torpaq icarəsi müqaviləsi imzalayacağına dair məlumatlar var və hazırda həmin sənəd hazırlanır.
Qeyd edək ki, ötən əsrin 90-cı illərində Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib. Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidindədir. 1990-c? ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistanın işğalı altındadır. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir. İşğal altında olan bu 8 kəndin 3-ü - Qazaxın Barxudarlı və Yuxarı Əskipara, eləcə də Sədərək rayonunun Kərki kəndləri Azərbaycanın eksklav əraziləridir.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Tofiq Zülfüqarov bildirib ki, bu mövzuda Ermənistanın da iddiaları var. Sülh danışıqları prosesində, sərhədlərin delimitasiya və demarkasiyası zamanı bütün bunlara aydınlıq gətiriləcək: “Həm miqdar baxımından, həm ölçü baxımından bunlara aydınlıq gətirilməlidir, bu hesablanmalıdır. Və ya yerli orqanların prosesə cəlb olunması ilə bu məsələnin həllini tapmaq olar. Ümumiyyətlə, dünya praktikasında delimitasiya prosesində nümayəndə heyətlərinin geniş tərkibdə olması nəzərdə tutulur. Orada müxtəlif strukturların nümayəndələri iştirak edirlər.
O cümlədən yerli ərazi orqanlarını təmsil edən insanların, məsul şəxslərin də həmin prosesdə iştirakı nəzərdə tutulur. Çünki burada bir çox məsələlərdə qarşılıqlı kompromis şəklində qərarlar qəbul oluna bilər. Bu, dünya praktikasıdır. Həmin proses çox vaxt tələb edən işdir. Məsələn, Azərbaycanın Gürcüstanla demarkasiya və delimitasiya prosesi hələ də öz həllini tapmayıb. Rusiya ilə delimitasiyanı yekunlaşdırsaq da, orada da bəzi məsələlər açıq qalıb. Həmin məsələlər də qarşılıqlı şəkildə həll olunmalıdır. Xəzərə aid mövzuların bəzisi hələ də açıqdır. Bu mənada, delimitasiya uzunmüddətli prosesdir və Ermənistanla da bu proses müəyyən vaxt tələb edəcək. Tez bir zamanda nəticələri gözləmək düzgün olmaz”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

