Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AVCİYA-nın müşahidə missiyası: Azərbaycanda parlament seçkiləri şəffaf və ədalətli keçirilib

AVCİYA-nın müşahidə missiyası: Azərbaycanda parlament seçkiləri şəffaf və ədalətli keçirilib

09.11.2010 [09:27]

AzərTAc xəbər verir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) müşahidə missiyasının seçkilərlə bağlı ilkin rəyi açıqlanıb.
Dünən keçirilmiş mətbuat konfransında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, missiyanın üzvləri 106 dairənin 4400 məntəqəsində müşahidə aparıblar. Seçki günü səsvermənin gedişi barədə məlumat beş dəfə ictimaiyyətə təqdim olunub. İlkin rəydə parlament seçkilərinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun, şəffaf və ədalətli keçirildiyi, seçki mühitinin əvvəlki parlament seçkilərindən daha demokratik və konstruktiv olduğu vurğulanıb.
AVCİYA bu seçkilərin vətəndaş cəmiyyətinin quruculuğunda, Azərbaycan dövlətçiliyinin inkişafında mühüm mərhələ olduğunu bəyan edib.

Paylaş:
Baxılıb: 1040 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30