İsa Qəmbər niyə adi jurnalistə uduzdu?
09.11.2010 [09:25]
Noyabrın 7-də keçirilən parlament seçkiləri yüksək seçici fəallığı ilə müşayiət olundu. Seçkilərdə iştirak edən, layiq bildikləri namizədə səs verən ölkə seçicilərinin iradəsi əsasında IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri seçildi. Seçkinin ilkin nəticələrinə görə, radikal müxalifət-AXCP-Müsavat seçki bloku seçicilərdən səs ala bilməyib.
Hələ seçkidən öncə müxalifətin xalqdan səs ala bilməyəcəyi məlum idi. Amma hər dəfə çıxışlarında bunu inkar edən, özlərini “ən şanslı” adlandıran blok rəhbərləri İsa Qəmbər və Əli Kərimli seçki marafonunda geridə qaldılar. Ə.Kərimlini öz keçmiş əqidədaşı Fərəc Quliyev üstələdisə, İsa Qəmbər “Lider” televiziyasının əməkdaşı Etibar Hüseynovdan geri qaldı. Ənənəvi şəkildə seçkinin nəticələrini tanımayacağı haqqında bəyanatlar verən, xalqın iradəsi ilə barışmaq istəməyən bu qüvvələr görəsən, hansı səbəblərdən uduzduğunu, xalqdan səs ala bilmədiyini anlayırmı?
Məsələn, Müsavat partiyasının sədri İsa Qəmbər özünü hər zaman müxalifətin bir nömrəli siması kimi cəmiyyətə təqdim edir. Amma bu seçki bir daha sübut etdi ki, xalq artıq bu insanları birmənalı şəkildə dəstəkləmir. İ.Qəmbər bir jurnalistə uduzmaqla bir daha siyasi cəhətdən bitdiyini təsdiqlədi.
Bəli, bu gün seçkinin nəticələri açıqlandıqdan sonra yalandan haray salan, Azərbaycanda gedən demokratik seçki prosesinə kölgə salmağa çalışan İsa Qəmbər ermənilərlə əməkdaşlıq müqaviləsi bağlayanda bilməliydi ki, Azərbaycan xalqı bu növbəti satqınlığının qarşısında onu özünə vəkil etməyəcək. Təbliğat-təşviqat dövründə yalandan küçələrdə gəzərək görüş adı altında küçədə dayanan insanlarla şəkil çəkdirib gözdən pərdə asmağa çalışan İ.Qəmbərin ermənilərlə əməkdaşlıq etməsi xalqımız tərəfindən birmənalı şəkildə ikrah hissi ilə qarşılandı. Əlbəttə ki, xalqın gözü tərəzidir. İsa Qəmbərin gözü isə Qərbdədir və “Sem dayı”sının əmrlərini elə gözüyumulu yerinə yetirmək üçün müntəzirdir.
Təbii ki, İ.Qəmbərin 1992-ci ildə hakimiyyətdə olduğu zaman etdikləri də xalqın yadından çıxmayıb. Kürsü savaşı ucbatından ölkəni qan çanağına çevirən, vətəndaşları qarşı-qarşıya qoyan, Azərbaycanı seperatçılıq meydanına döndərən İsa Qəmbər görəsən, hansı üzlə xalqın qarşısına çıxıb ondan mandat istəyirdi?
özünü psevdomilliyyətçi kimi qələmə verən İsa Qəmbər və onun rəhbərlik etdiyi “siyasi dilənçilərin” hər zaman Qərbdə özünə dayaq axtarması hamıya bəllidir. Maraqlıdır ki, “bu dayaqlar” Müsavatın xəyanət damarını yaxşı bilir və ondan məharətlə istifadə edirlər. Bir neçə il bundan öncə Avropa Liberal Partiyasının sıralarına daxil olan Müsavat partiyası qondarma erməni “soyqırımı”nı tanıyan, cinsi azlıqların hüquqlarının müdafəsi ilə məşğul olan bir qurumla əməkdaşlıq etdiyini bilmirdimi? Və ya bir neçə ay öncə əli Azərbaycan xalqının qanına batmış ermənilərlə “qardaşlıq” müqaviləsi bağlayan İsa Qəmbər hesab edirdi ki, Azərbaycan xalqı bu addımına görə ona təşəkkür edəcək? Əsla. Siyasi karyerası dövründə yalnız ona-buna yarınan, xalqının və dövlətinin maraqlarını öz şəxsi ambisiyaları üçün qurban verənlərin aqibəti İsa Qəmbərdən yuxarı olmur.
Bəli, özünü “müxalifət lideri” qismində görən İsa Qəmbər növbəti dəfə məğlub oldu. İ.Qəmbər özü də dərk edir ki, onun siyasi həyatı sona yetib. çünki ən əsası xalq İ.Qəmbər və onun kimilərinin əsl simasını görür. Bu səbəbdən də, əgər bu insanların ən azından özlərinə azacıq da olsa, hörmətləri qalıbsa, üzüsulu siyasətdən getdiklərini bəyan edib, çıxıb gedərdilər...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

